Nəriman Nərimanov
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (az-əbcəd. نریمان نریماناوو; 14 aprel 1870, Tiflis – 19 mart 1925, Moskva) — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri.
Nəriman Nərimanov | |
---|---|
SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri | |
30 dekabr 1922 – 19 mart 1925 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Qəzənfər Musabəyov |
12 mart 1922 – 15 yanvar 1923 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Aleksandr Myasnikyan |
28 aprel 1920 – 7 may 1922 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Qəzənfər Musabəyov |
28 aprel 1920 – 19 may 1921 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Vəzifə ləğv edilib. |
Azərbaycan SSR xalq xarici işlər komissarı | |
28 aprel 1920 – 6 may 1921 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Mirzə Davud Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 1925 (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yazıçı, dramaturq, həkim, publisist |
Həyat yoldaşı | |
Uşağı | |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyat[1], siyasət[1] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[2].
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N. Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.[3]
Həyatı
Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası indiki İranın Urmiya şəhərindəndir.[4] 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirmişdir.
1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.
1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.
Artıq 1917-ci ildə N. Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.
1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.
N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N. Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.
1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir.
N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.
Görkəmli inqilabçı Lev Trotski Nərimanovun ölümü ilə bağlı demişdi: "Lenindən sonra Şərqin ən böyük ikinci itkisi."[5] Serqo Orconikidze isə Nərimanovu belə təsvir etmişdi: "Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi."[6]
Ailəsi
N. Nərimanov Tiflis şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Ona əslən Cənubi Azərbaycanın Urmiya mahalından olan ulu babasının adını vermişlər. Böyük qardaşı Salman Nərimanov xatirə dəftərində yazır ki, ulu babamız Nəriman XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında "sabitqədəm" eşik ağası olmuşdur. N. Nərimanovun atası Kərbəlayi Nəcəf xırda ticarətlə məşğul idi. Kərbəlayi Nəcəfin atası Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən idi. Kərbəlayi Nəcəf tiflisli hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə xanımla evlənmiş, onların 9 övladı olmuşdur: Salman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrəbanu.[7]
Qardaşı
Salman Nərimanov Nəriman Nərimanovun böyük qardaşıdır. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. O, "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmişdir. Məqalələrini "Qoca Salman" imzası ilə yazmışdır. Hal-hazırda "Səyahətnamə" əsəri AMEA-nın M. Füzuli adına Əlyazamalar İnstitunda saxlanılır. "Həyat" qəzetinin 1906-cı il nömrələrində dərc edilmiş məqalələri: "Nəmrudlar və Şəddatlar", "Hami-niku", "Ağacı içindən qurd yeyər", "Filankəsə məktub", "Qissədən hissə", "Danışmalı ya danışmamalı", "Açıq məktub", "Hüriyyətdən haqq ilə istifadə lazımdır". 1907-ci ildə Bakıda vəfat etmişdir.[8]
Həyat yoldaşı
Gülsüm Nərimanova (Əliyeva) 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, böyük mütəfəkkir, dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur. 1931–1935-ci illərdə isə o, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik fakültəsində və Qaragül qoyunçuluğu institutunda oxuyur. Qərbi Sibirdəki iş təcrübəsi əsasında Gülsüm xanım "Çox mühüm yem bazası", "Silos kampaniyasında kəskin dönüşə nail olmalı", "Silos üçün qüllələr və xəndəklər uğrunda", "Kollektivləşmə qadını azadlığa çıxarır" adlı kitabçalar yazır. Bundan başqa o, "Təsadüfi kampaniya" məqaləsini, "Uşaqlar üçün nağıl və hekayələr", "Bakinski raboçi" qəzeti üçün məqalə və "Mənim xatirələrim "i yazıb çap etdirir. Fəal hamilik fəaliyyətinə görə Gülsüm xanım Nərimanova Moskva Hərbi Dairəsinin, Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi Xəstəxana komandanlığının fərmanları ilə təltif edilir, "Almaniya üzərində qələbəyə görə medalı" ilə təltif edilir. O, Moskva şəhər Qırmızı Xaç Komitəsinin hamilik komissiyasının üzvü idi, "SSRİ-nin sanitar mühafizəsi əlaçısı" döş nişanı ilə mükafatlandırılmışdır. Gülsüm xanım Nərimanova 1953-cü ildə vəfat etmiş, Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn edilmişdir.[8]
Abdulla Şaiqin N. Nərimanovun ailə qurması münasibətilə yazdığı təbrik şeiri:
"Möhtərəm Nəriman bəy Nərimanov cənablarına!"
Nişan qoymuşsan eşitdim, xeyir olsun! Dan yıldızı kimi bəxtin durulsun. Yaşa, yeni yoldaşınla çox yaşa: Bu dünyanı rahətliklə vur başa. Fırtına tufanlardan sonra əlbət, Gözəl olur sakitlik, istirahət. Yox, sən rahatlıq sevməyən atəşsən, Əriyəcək qəhrinlə müdhiş düşmən. |
Oğlu
Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. 1938-ci ildə doqquzillik məktəbi müvəffəqiyyətlə bitirən Nəcəf Nərimanov sonradan Puşkin adına Tankçılıq məktəbi adını alan Leninqrad Hərbi Texniki-tank məktəbinə daxil olur. Nəcəf Nərimanov 1940-cı ildə Kiyev hərbi məktəbini bitirdikdən sonra Hərbi Akademiyada oxumağı arzulayırdı. Bunun üçün o, Qızıl Ordunun Stalin adına Hərbi Akademiyaya qəbul imtahanına buraxılması üçün ərizə ilə müraciət edir. Lakin 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi onun arzusunun həyata keçməsinə mane olur. O, Stalinqrad və Cənub cəbhələrində döyüşmüş, 2-ci qvardiya mexanikiləşdirilmiş korpusun 58-ci əlahiddə qvardiya təmir-bərpa taborunun tank təmir bölüyünun taqım komandiri olmuşdur. "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunur. 1943-cü il sentyabr ayının 10-da Ukraynanın Volnovaxa şəhərinin və şəhər dəmiryol qovşağının düşmənlərdən azad edilməsində Nəcəf Nərimanovun tankçıları da fərqlənir. Həmin gün cəsur komandir, 24 yaşlı Nərimanov həlak olur. Onu Volnovaxada qardaşlıq qəbirstanlığında əsgəri ehtiramla dəfn edirlər.[10]
Əmisi nəvəsi
Müzəffər Nərimanov 1897-ci ildə Tiflisdə anadan olmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G. V. Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925–1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927–1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929–1930), AK (b) P MK katibi, Ural Vil. İstehlak İttifaqının sədr müavini (1930–1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933–1937) vəzifələrində çalışmışdır. ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil. Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 1937-ci ildə M. Bağırov tərəfindən tutulmuş, 1938-ci ildə isə repressiya qurbanı olaraq güllələnmişdir.[11]
- Salman Nərimanov
- Gülsüm xanım Nərimanova
- Nəcəf Nərimanov
- Müzəffər Nərimanov
Müəllimlik fəaliyyəti
Qızılhacılı kənd orta məktəbi dövrü (1890–1891)
Tiflis quberniyası qəzalarda icma məktəbi açmaq üçün 22 noyabr 1873-cü ildə xüsusi nizamnamə qəbul etdi. 1875-ci ildə Borçalı qəzasında yaşayan azərbaycanlılar üçün icma yolu ilə bir ibtidai məktəb təşkil etmək məqsədilə N. Nərimanov bölgəni gəzir. Heç bir kənd həmin məktəbi qəbul etmir. Yalnız Qızılhacılı maarif orqanlarına xüsusi ərizə ilə müraciət edərək, icma məktəbinin onlara verilməsini xahiş edirlər. 1875-ci il hesabatında Qafqaz təhsil dairəsinin müdiri Neverov yazırdı: "Öz xərci ilə məktəb açmaq arzusunda olan Borçalı qəzasından Qızılhacılı adlı bir müsəlman kəndi də vardır".[12]
XIX əsrin 70-ci illərində hökumətin xüsusi sərəncamı ilə kəndlərdə təşkil olunan icma məktəbləri dövlətin maarif orqanları tərəfindən nəzarət olunur, lakin dövlət xəzinəsindən yardım göstərmirdi. İcma məktəblərin saxlamaq üçün əhalidən xüsusi vergi toplanırdı. Bu məqsədlə həmin il hər evdən 1 manat 30 qəpik pul toplamaqla qızılhacılar 292 manat pul toplamışdılar. Bunu 200 manatı müəllim üçün illik əmək haqqı, 92 manat isə məktəbin təsərrüfat işlərin və dərs ləvazimatı üçün xərclənmişdir. Beləliklə, qızılhacılar Zaqafqaziyada yaşayan azərbaycanlılar üçün açılmış maarifin ilk pioneri oldular. 1876-cı ildə məktəb üçün yeni tipli, üç sinifli daş bina da tikdilər. Beləliklə, 1877-ci il sentyabrın 1-də əvvəllər xüsusi evlərdə fəaliyyət göstərən molla məktəbinin bazasında yeni tipli, dünyəvi təhsil verən ibtidai məktəb öz işinə başladı. Hələ Nərimanovun sağlığında kənd əhli xüsusi qərarla onu "Nərimaniyyə məktəbi" adlandırmışdılar.[12]
1890-cı ildə Qori müəllimlər seminariyasını bitirən 20 yaşlı Nərimanov pedoqoji fəaliyyətinə Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd ibtidai məktəbində bir rus dili müəllimi kimi öz pedaqoji fəaliyyətinə başlamışdır. Lakin gələcək ədib və dövlət xadiminə yalnız bir tədris ili işləmək müəssər oldu. Maddi imkan ucbatından məktəb bağlandı. Nərimanov Bakıya getməli oldu. O zamankı Azərbaycan kəndinə məxsus olan cəhətlər- savadsızlıq və fanatizm, hüquqsuzluq və dözülməz istismar məhz bu kənddə bütün dəhşəti ilə Nərimanovun gözü qarşısında canlandı və çox sonralar özünün yazdığı kimi "bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək" fikri onda ilk dəfə həmin kənddə yarandı. Qızılhacılıda dərs dediyi müddət "Nadanlıq" əsərini qələmə almağa başlamışdır.[12]
Bakı dövrü (1891–1902)
Bir il sonra yeni məktəb açmaq niyyəti ilə Bakıya köçən Nərimanov çox genişmiqyaslı ictimai-pedoqoji fəaliyyətə başlayır. Məktəb açmaq ona müəssər olmur və Nərimanov S. M. Qənizadənin köməyi ilə A. İ. Pobedonostsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilir. Bu məktəb xüsusi məktəb olduğundan orada işləyənlər dövlət qulluqçusu hesab edilmirdilər və dövlət məktəblərində çalışan müəllimlər üçün ayrılmış imtiyazlardan istifadə etmək hüququndan məhrum idilər. Maddi vəziyyətin ağır keçməsinə baxmayaraq, Nərimanov bu məktəbdə 5 il fəaliyyət göstərir, azərbaycanlı balalarının təhsilə cəlb edilməsinə, şagirdlərin sayının artmasına çalışır.
Bakı şəhər pedoqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov Bakı realnı məktəbinin direktoru tərəfindən 1896-cı ilin əvvəllərində həmin məktəbə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi vəzifəsinə dəvət edilir. Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı şəhər dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilir və Nərimanov artıq dövlət qulluqçusu vəzifəsinə təsdiq edildiyindən həmin gimnaziyada eyni vəzifəyə dəyişilir. Nərimanov burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işguzar, nümunəvi müəllim kimi göstərir. Yüksək səviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medalla, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeniilə təltif edilir.
Nərimanovun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmırdı. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. Həmin dövrdə Nərimanov Bakı şəhərinin müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyir, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayır, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edirdi.
Nərimanov ruspərəst şovinistlərin mövqeyinə qarşı öz mövqeyini də izah edərək deyirdi: "Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir". N. Nərimanovun tövsiyəsi bu idi ki, "türk (Azərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar".
N. Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırmışdır.
N. Nərimanov xalqımızın milli dirçəlişi naminə gördüyü işlərin sayı olduqca çoxdur. Bu yolda onun qətiyyətini sübut edən daha bir fakt: 1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda N. Nərimanovun təklifi ilə məsələ müzakirə olunmuşdur. O, F. Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoymuşdur. N. Nərimanov buna nail olmuş və öz tövsiyələrini XKS sədri Q. Musabəyova yazmışdır.
İlk Milli Qiraətxana (1894)
Həkimlik fəaliyyəti
N. Nərimanov 1902-ci ildə 32 yaşında Odessadakı Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə qəbul olmuş, 1908-ci ildə buranı bitirmişdir. 4-cü kursda oxuyarkən "Tibb və İslam" əsərini yazmışdır. Həştərxanda sürgündə olarkən ictimai-siyasi fəaliyyətlə yanaşı həkimliklə də məşğul olmuşdur. Həştərxan "Xalq Universitetləri Cəmiyyəti"nin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında "Şurayi — İslam" cəmiyyəti adından çıxış etmişdir. 1918-ci ildə Nərimanov Bakı şəhər təsərrüfatı komissarı kimi şəhərin sanitar vəziyyəti, eləcə də xəstəxanaların vəziyyəti ilə bağlı bir çox lazımı tədbirlər görmüşdür.
1914-cü ildən Nərimanov Bakının Qara şəhər rayonunda pulsuz müalicəxanasında işləmiş, neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə etmişdir. O, öz mənzilində də xəstələri pulsuz müalicə edirdi.
1909-cu ildən 1918-ci ilə qədər N. Nərimanov Həştərxanda və Bakıda "Xolera-vəba", "Şaxotka-vərəm", "Traxom", "Qadınlar aləmi", "Tibb və İslam", "Əyyaşlıq" və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirmişdir.
N. Nərimanov hər mühazirədən sonra "Tibb və islam" kitabçasını yoxsul fəhlələr arasında yaymaq üçün pulsuz paylayırdı. (Bax: həmin illərdə Həştərxanda nəşr olunan "Burhani-tərəqqi", "İdel", "Astraxanskiy kray" və s. eləcə də Bakıda nəşr olunan "İqbal", "Baku", "Sədayi-həqq" və s qəzetlər) Bu elmi-kütləvi mühazirələr ən çox yayılan vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı təcili profilaktik tədbirlərin görülməsində böyük rol oynayırdı.
N. Nərimanov Qara şəhərdə işləməyə başlayandan sonra onun ilk yarımillik fəaliyyəti haqqında Bakı tibb-sanitariya bürosunun hesabatında göstərilirdi ki, doktor çox gərgin işləyir, qəbul vaxtını məhdudlaşdırmırdı. Bir gündə onun qəbuluna 50-dən 80-ə kimi xəstə gəlirdi və onlara hər cür tibbi yardım göstərilirdi. 1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul etmiş, 2441 nəfərə cərrahi yardım göstərmişdir. 9418 resept yazmışdır.[13]
N. Nərimanov çıxışlarının birində deyirdi: "Həkimlərin xəstələrin qəbuluna vaxtı çox az qalır. Hər bir xəstəyə orta hesabla 2 dəqiqədən 3,5 dəqiqəyədək vaxt sərf edə bilirlər".
Onun Moskvada- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyərkən Rusiya Qırmızı Xaç cəmiyyətinin sədri Z. Solovyevə və RSFSR Xalq səhiyyə komissarı N. A. Semaşkoya göndərdiyi məktublar bunu sübut edir. Həmin məktublarda o, Azərbaycan əhalisinin tibb və səhiyyə sahəsindəki ehtiyaclarından danışır və xahiş edir ki, Azərbaycanın cərrahiyyə, aptek alətləri, müxtəlif medikamentlər və xüsusi ilə həmin dövrdə çox ehtiyac duyulan malyariya əleyhinə kinə ilə təmin edilsin.[13]
Siyasi fəaliyyəti
Qarabağ
N. Nərimanovun Dağlıq Qarabağ probleminə münasibəti birmənalı olmuşdur. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi "qurultayın" qərarının nəticəsiz qalmasını N. Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi kimi qiymətləndirmək olar. 1920-ci il iyulun 10-da N. Nərimanov Moskvaya RK(b)P MK-ya "Dağlıq Qarabağda vəziyyət" haqqında teleqram vurmuşdur. Teleqram bu sözlərlə bitirdi: "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir".[14]
Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən erməni millətçilərinin "Böyük Ermənistan " yaratmaq iddiası sovetləşmədən sonra davam etdirildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Belə ki, Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bu azmış kimi, 1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın "Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi" kimi elan olunduğu haqqında dekret qəbul etdi. Bir qədər sonra onlar qətnaməni ləğv etmədən Dağlıq Qarabağ və digər mübahisəli hesab etdikləri ərazilər üzrə komissiya yaratmaq təklifini irəli sürdülər.[15] 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri də N. Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən "Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında" dekret həyata keçirilmədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edildi.[14] İyunun 27-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosu və Təşkilat Bürosunun iclası keçirildi. İclas "Tiflisdə komissiyanın işi ilə əlaqədar Azərbaycanla Ermənistanın sərhədləri haqqında" məsələyə baxıb aşağıdakı qərarı qəbul edir:
1. Siyasi Büro və Təşkilat Bürosu Dağlıq Qarabağın Azərbaycana şəksiz iqtisadi meylini nəzərə alaraq, Dağlıq Qarabağ haqqında məsələnin Bekzadyan tərəfindən qoyuluşunu qəbuledilməz sayır. Məsələ həmin mənada da həll olunmalıdır.
2. Ona görə də erməni və türk əhalili yerlərin müvafiq olaraq Ermənistana və Azərbaycana ayrılması təklifi inzibati və iqtisadi məqsədəuyğunluq baxımından qəbul edilə bilməz.[16]
İyun ayının 28-də N. Nərimanovun sədrliyi ilə Azərbaycan Xalq Komissarları Sovetinin (bundan sonra — Azərbaycan XKS) yeni iclası çağırıldı və A. Myasnikovun (Myasnikyan) Dağlıq Qarabağı "Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi" kimi elan edən bəyanatı rədd edildi. Eyni zamanda, həmin iclasda Azərbaycan XKS-in rəyi olmadan təyin edilmiş
A. Mravyanın geri çağırılması məsələsi qoyuldu.[15]
Bununla da, iki sovet respublikası arasında ixtilaflar artdığından,1921-ci il iyulun 4–5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. Məsələnin müzakirəsində RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun üzvləri Q. Orconikidze, S. Kirov, A. Myasnikov, F. Maxaradze, N. Nərimanov, A. Nazaretyan, Y. Fiqatner, İ. Oraxelaşvili və başqaları iştirak etdilər. Bu zaman iki nöqteyi-nəzər ortaya çıxmışdı. S. Kirovun təklifmə görə, Qarabağın dağlıq hissəsi Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilməli idi. Ancaq N. Nərimanov qətiyyətlə buna etiraz etmiş və bildirmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi tələbi bu iclasda ilk dəfə məhz Kirov tərəfındən ortaya atılmışdı. İyulun 4-də axşam iclasında Kirov-Myasnikov qruplaşmasınm (S. Kirov, A. Myasnikov, Q. Orconikidze, Y. Fiqatner) təklifi ilə Dağlıq Qarabağın Ermənistanm tərkibinə daxil edilməsi haqqında əsassız və qərəzli qərar qəbul edildi.[15] Məsələnin belə bir ciddi xarakter aldığını görən N. Nərimanov Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-ə verilib-verilməməsi barədə bütün Qarabağ əhalisi arasında rəy sorğusu keçirməyi təklif etdi. N. Nərimanovun bu təklifınə qarşı Kirov-Myasnikov qruplaşması bildirdi ki, rəy sorğusu bütün Qarabağda deyil, yalnız Qarabağın dağlıq hissəsində yaşayan ermənilər arasında keçirilsin. Bu məsələ üzrə səsvermədə də Kirov-Myasnikov qruplaşması qalib gəldi. İclasda Qarabağın Azərbaycan hüdudlarında saxlamlması lehinə N. Nərimanov, F. Maxaradze, A. Nazaretyan, əleyhinə Q. Orconikidze, A. Myasnikov, S. Kirov, Y. Fiqatner səs verdilər. Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə verilməsi və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi lehinə Orconikidze, Y. Fiqatner, S. Kirov, A. Myasnikov, A. Nazaretyan səs verdilər. Iclasın sonunda N. Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq RK(b)P MK-nın Qafqaz bürosu bu məsələ barədə RK(b)P MK-nın qəti qərarın çıxarılmasmı zəruri saydı.[17] Nərimanovun mövqeyini Maxaradze, və Nazaretyan müdafiə edir, Orconikidze, Kirov, Myasnikov və Fiqatner isə əleyhinə səs vermişdir. N. Nərimanov həqiqətən Stalinin, Orconikidzenin üstünə qışqırmış və demişdir: '"Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!".[18]
Beləliklə, N. Nərimanovun ciddi müqavimətindən sonra, iyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenumun RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: ‘Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin". Qərarda, həmçinin, göstərilirdi ki, Azərbaycan K(b)P MK-ya tapşırılsın ki, muxtar vilayətin sərhəddini, ərazisinin həcmini müəyyən etsin və onu RK(b)P MK Qafqaz bürosunun təsdiqinə təqdim etsin.[15]
Milliyət məsələləri
N. Nərimanovun siyasətinin əsas mahiyyəti yerli azərbaycanlı əhalinin güzəranını yaxşılaşdırmaq, hər sahə üçün milli kadr potensialı yaratmaq, azərbaycanlıların hakimiyyətdə sözünü daha kəsərli etmək, Bakının erməniləşdirilməsinin qarşısını almaqdan ibarət olmuşdur. Onun bu işlərə zidd gedənlərə qarşı ifşaedici fəaliyyəti, istər azərbaycanlı olsun, istər erməni, istərsə də Mərkəzin nümayəndəsi, barışmaz olmuşdur. N. Nərimanovun fəaliyyəti Mərkəzin və ermənilərin planlarını pozduğundan, onlar N. Nərimanovun siyasətini Kommunist Partiyasının "beynəlmiləlçi" siyasətinə zidd kimi qiymətləndirərək onu zəiflətmək yolu ilə getmişdir.
N. Nərimanov Kommunist Partiyasının işlərinə müdaxilədən uzaqlaşdırılmışdır. O özü də etiraf edirdi ki, "mən tərkibi tamamilə düşmənlərdən ibarət olan Azərbaycan MK-nın (AK(b)P MK) qərarına təsir göstərə bilmirəm".
1923-cü ilin aprelində keçirilən RK(b)P XII qurultayına N. Nərimanov Azərbaycandan nümayəndə seçilməmişdi. Onun əvəzinə keçmiş müsavatçı Yusif Qasımov seçilmişdi. N. Nərimanov qeyd edirdi ki, "M. Hüseynov, Ə. Qarayev müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmağın zəruriliyi haqqında mənim tələblərimdə millətçilik meyli görürdülər".
N. Nərimanovun hər çıxışı Sarkis və Mirzoyan tərəfindən milli təmayüllü kommunistin çıxışı kimi şərh edilirdi. N. Nərimanov Stalinə yazdığı məktubda xüsusi olaraq qeyd edirdi ki, "Mikoyan Bakı Komitəsinin şəxsində müxalifət yaradır ki, mənim fəaliyyətimin, milli təmayüllülüyümün qarşısını alsın", "Mərkəz mənə etibar etsəydi bu, çox asan olardı. Mərkəz ancaq S. Orconikidzeyə etibar edir".
N. Nərimanov Stalinə yazdığı müraciətdə özünün "millətçi" olduğunu danmırdı: "Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə, əleyhdarlarımın dili ilə desək, "millətçi" adını qazanmışam". N. Nərimanovun əsas məqsədi "müsəlman fəhlələrinin inkişaf səviyyəsini təxminən rus fəhlələrinin inkişaf səviyyəsinə çatdırmaq" idi.
Fəaliyyətinin əvvəlindən N. Nərimanov Azərbaycan xalqının milli dəyərlərini ön plana çəkmişdir. N. Nərimanovun hökumətin başçısı vəzifəsindəki fəaliyyəti bolşevik hakimiyyəti şəraitində Azərbaycanı bir sıra bəlalardan qorumuş, adamların şüurunda sovet dövründə milli inkişafın mümkünlüyünü bərqərar etmişdir. Onu demək kifayətdir ki, "Nərimanovçuluq" uzun müddət sovet rəsmi dairələrində "millətçilik" kimi qəbul olunduğu halda, xalqımız üçün sovet sistemi şəraitində milli mənliyin, milli adət-ənənələrin və mənəvi dəyərlərin qorunmasının əsas qaynağı idi.
Hələ Ermənistan sovetləşməmişdən əvvəl Ermənistan Respublikasının Azərbaycandakı nümayəndəsi 1920-ci ilin avqustunda N. Nərimanovla görüşdən aldığı təəssüratını İrəvana belə yazırdı: "N. Nərimanov kommunistliyini çox tez-tez unudur və özünün milli türk simasını açıq nümayiş etdirir". N. Nərimanovun milli təmayüllü siyasəti "Nərimançılıq" adlanırdı. "1920-ci illərdən başlayaraq doktor Nəriman Nərimanovun Komissarlar Şurasının sədri olduğu zamanlarda "Nərimançılıq" adı altında millətçi bir qrupun meydana çıxdığını eşitməyən az idi"[19].
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi
N. Nərimanovun fəaliyyətində milli təmayül və millətin mənafelərini qorumaq üstünlük təşkil etmiş, o, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləmiş, yerli xüsusiyyətləri nəzərə almış və milli birliyə xüsusi diqqət yetirmişdir. Beləliklə, N. Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə başlıca yerlərdən birini tutmuşdur.
Onun bu mövqeyi Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala məsələlərinin həlli zamanı özünü göstərmişdir. Azərbaycanın ərazi problemləri N. Nərimanovun zamanında deyil, ondan əvvəl meydana çıxmışdır. Bu problemlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də xarici siyasətin ən ağrılı və mürəkkəb məsələləri olaraq qalmış və həll edilməmişdir.
N. Nərimanov ağır bolşevik sistemi şəraitində Azərbaycan hökumətinin, demək olar ki, hüquqlarının məhdud olduğu şəraitdə ərazi bütövlüyünü qorumağa çalışmış və çətin olsa da buna nail olmuşdur. Çünki N. Nərimanovun hökumət başçısı işlədiyi dövrdə itirilməsi rəsmiləşdirilməsini gözləyən ərazilər faktiki olaraq əvvəllər Azərbaycanın nəzarətindən çıxmışdı.
N. Nərimanov sovet Rusiyasının iddialarına qarşı barışmaz siyasi xətt yeridərək, xalqının hüquqlarını və maraqlarını, respublikanın müstəqilliyini qorumağa çalışmışdır. Qeyd etmək lazımdır ki, bu məsələlərdə N. Nərimanovla mərkəz arasında çox vaxt ciddi fikir ayrılıqları yaranmışdır. Problemlərin əksəriyyətinin müsbət həll olunması N. Nərimanovun şəxsi nüfuzu və əzmkarlığı sayəsində mümkün olmuşdur.
1917-ci il Rusiyada Fevral inqilabından sonra sərhəd quruluşu məsələsində təşəbbüsün ermənilərin əlinə keçməsindən, onların genişmiqyaslı təbliğatlarından və dünya ictimai fikrini öz tərəflərinə çəkmələrindən, nəhayət, Rusiyanın və dünyanın aparıcı dövlətlərinin geostrateji maraqlarından doğmuşdur[19].
Qərbi Azərbaycan torpaqlarının müdafiəsi
1918-ci il may ayının 29-da Azərbaycan Milli Şurası qədim Azərbaycan vilayətini və şəhəri olan İrəvanı çoxsaylı etirazlara baxmayaraq, əlacsız qalaraq ermənilərə güzəştə gedir, əvəzində isə erməni məllətçiləri Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkəcəyinə dair sənədlərə imza atır. Bununla da Azərbaycan rahat nəfəs almağa başlayır ki, ermənilər tarixi Azərbaycan torpaqları Zəngəzur, Göyçə, Naxçıvan və Qarabağa dair ərazi iddialarına son qoyacaqlar. Lakin erməni millətçiləri daha da şirniklənərək Azərbaycanın bu ərazilərinə qarşı da ərazi idddialarına başladılar.
Zəngəzuru Azərbaycandan ayırmaq eyni zamanda aparıcı dövlətlərin geosiyasi maraqları da üst-üstə düşürdü. Zəngəzur Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirdiyindən bu ərazi Türkiyəni Azərbaycanla və türk dünyasına açılan bir pəncərə və yeganə quru ərazi idi. Tarixən Avrasiyada mövcud olan "vahid türk xətti" dünya xəritəsində bir neçə sahədə parçalanmalı idi. Gündəlikdə Zəngəzurun hesabına Azərbaycanla Türkiyə arasında birbaşa əlaqənin pozulması durmuşdur. Zəngəzur Azərbaycan torpağı olsa da artıq 1918–1919-cu illərdə silahlı erməni dəstələri azərbaycanlılar yaşayan bir çox kəndləri dağıdaraq ərazinin böyük hissəsinə nəzarət edirdilər. 1920-ci ilin noyabrında, hətta 1921-ci ilin yayına qədər Zəngəzur bolşeviklərin deyil, daşnakların idarəçiliyində idi.
N. Nərimanov 1921-ci ildə etiraf edirdi ki, Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən Zəngəzurun Azərbaycandan ayrılmasının qarşısını təkbaşına almaq iqtidarında deyildi.
O, bu haqda deyirdi: "Əgər müsəlman kommunistlərinin əksəriyyəti… milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi". 1920-ci il iyulun 10-da N. Nərimanovun Moskvaya Kommunist Partiyası Mərkəzi Komitəsinə "Dağlıq Qarabağda vəziyyət" haqqında vurduğu teleqram bu sözlərlə bitirdi: "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin siyasətinə xainlik kimi qiymətləndirəcəkdir".
V. Leninə məktubunda N. Nərimanov ərazi problemləri barədə Mərkəzin siyasəti ilə barışmaz mövqeyini sərt və açıq-aydın qoyaraq, onları Azərbaycanın Rusiya ilə ittifaqını pozacağı ilə hədələyirdi[19].
Naxçıvanın müdafiəsi
N. Nərimanovun 1920-ci il 1 dekabr tarixli Naxçıvan haqqında bəyanatından 27 gün sonra Ermənistan İnqilab Komitəsinin cavab bəyanatı verildi ki, Naxçıvanın taleyi əhalinin öhdəsinə buraxılmışdır[19].
1921-ci il martın 16-da Moskvada, həmin il oktyabrın 13-də isə Qarsda imzalanan müqavilələrdə Naxçıvanın Azərbaycan ərazisi olduğu beynəlxalq sazişlə təsdiqləndi. Naxçıvanın taleyinin həllində N. Nərimanovun həyata keçirdiyi milli maraqlara söykənmiş, düşünülmüş dövlət siyasəti, ardıcıl, strateji və taktiki addımlar silsiləsi, Azərbaycanın Türkiyə ilə gizli danışıqlarda razılaşdırılmış addımları, Mustafa Kamal Paşanın və N. Nərimanovun qiyabi və həmrəy danışıqları, Naxçıvan əhalisinin qətiyyəti belə uğurlu nəticə ilə başa çatdı. N. Nərimanov Ümumazərbaycan sovetlər qurultayında Naxçıvanla bağlı məsələni xüsusi vurğulamışdır ki, sovet Rusiyası ilə Türkiyə arasındakı müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında bir respublika kimi tanınacaq və Azərbaycan nümayəndə heyəti bu işdə var qüvvəsi ilə çalışacaqdır. Türkiyə-Rusiya danışıqlarında məhz Azərbaycanın təkidi ilə Naxçıvan məsələsinin müzakirə edilməsinə nail olunmuş və Türkiyənin təkidi ilə bu məsələnin Azərbaycanın xeyrinə həlli təmin olunmuşdur. Azərbaycan tərəfi hələ Qars müqaviləsi qəbul olunmamış, 1921-ci il avqustun 14-də Naxçıvan və Ermənistan rəhbərliyinə teleqram vuraraq tələb etdi ki, "Ermənistan XKS tərəfindən göndərilən bütün şəxslər təcili olaraq Naxçıvandan çıxarılsınlar"[19].
Ərazi problemləri bolşeviklərin siyasətində sovet hakimiyyətini qurmaq üçün şirnikdirici amil kimi istifadə olunurdu. Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində Naxçıvan, Qarabağ, Zəngəzur və Zaqatalanın Azərbaycan ərazisi olduğu dəfələrlə etiraf edilsə də, Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıq Zaqatalanın gürcülərin xeyrinə mübahisəli olduğu haqda saziş imzaladı, Ermənistanda sovet hakimiyyəti qurulduğu gün, yəni dekabrın 1-də Naxçıvanı, Zəngəzuru, Qarabağı onlara vermək haqqında Azərbaycanın bəyanatına nail oldular. 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdisə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdır. 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər Milli Şuranın, 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzləşdiyi ərazi mübahisələri 1920-ci ilin aprelindən sonra da Azərbaycan sovet hökuməti qarşısında bütün ağırlığı ilə durmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurularkən Azərbaycan tərəfindən İrəvan xanlığının əraziləri rəsmi olaraq ermənilərə verilmiş, Borçalı və Dərbənd problemi gündəlikdən çıxmış, Qarabağda separatçı silahlı üsyan qalxmış, Naxçıvanda vəziyyət çox ağır olaraq qalmışdı. Zəngəzurun böyük hissəsinə erməni silahlı dəstələri tərəfindən nəzarət olunurdu. Qarabağ, Naxçıvan və Zəngəzur ermənilər tərəfindən iddialı ərazi olaraq qalırdı, Gürcüstan Zaqatalaya qarşı iddialarından əl çəkmədiyindən Zaqatala RusiyaGürcüstan müqaviləsi ilə mübahisəli ərazi kimi müəyyənləşmiş, sovet Rusiyası Bakını mənimsəmək planlarını hələ də qurmaqda idi. N. Nərimanov Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal və yorulmaz mübarizə aparmış və fəaliyyəti əksər hallarda uğurlu olmuşdur. Məhz N. Nərimanovun siyasəti nəticəsində 1918–1920-ci illərdə olduğu kimi, Bakı yenə də sovet Azərbaycanının paytaxtı olaraq tanındı. Qarabağ, Naxçıvan və Zaqatala Azərbaycanın ərazisi statusunda ilk dəfə olaraq beynəlxalq hüquq normaları ilə qəbul olundu. Bununla belə, 1918–1920-ci illərdə İrəvan və Dərbənd xanlıqlarının və Zəngəzur mahalının ərazilərinin itirilməsi bağışlanmaz haldır. N. Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda ardıcıl mübarizəsini davam etdirmişdir. O dövrdə baş verən ərazi bölgüsünü bəzi erməni siyasətçiləri özlərinin məğlubiyyəti kimi qiymətləndirirdilər.
Türkiyə-Rusiya danışıqlarında məhz Azərbaycanın təkidi ilə Naxçıvan məsələsinin müzakirə edilməsinə nail olunmuş və Türkiyənin təkidi ilə bu məsələnin Azərbaycanın xeyrinə həlli təmin olunmuşdur. Azərbaycan tərəfi hələ Qars müqaviləsi qəbul olunmamış, 1921-ci il avqustun 14-də Naxçıvan və Ermənistan rəhbərliyinə teleqram vuraraq tələb etdi ki, "Ermənistan XKS tərəfindən göndərilən bütün şəxslər təcili olaraq Naxçıvandan çıxarılsınlar". Ərazi problemləri bolşeviklərin siyasətində sovet hakimiyyətini qurmaq üçün şirnikdirici amil kimi istifadə olunurdu[19].
Gürcüstanla ərazi məsələsi
Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində Naxçıvan, Qarabağ, Zəngəzur və Zaqatalanın Azərbaycan ərazisi olduğu dəfələrlə etiraf edilsə də, Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıq Zaqatalanın gürcülərin xeyrinə mübahisəli olduğu haqda saziş imzaladı, Ermənistanda sovet hakimiyyəti qurulduğu gün, yəni dekabrın 1-də Naxçıvanı, Zəngəzuru, Qarabağı onlara vermək haqqında Azərbaycanın bəyanatına nail oldular. 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdisə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdır.
1920-ci ilin aprelindən sonra da Azərbaycan sovet hökuməti qarşısında bütün ağırlığı ilə durmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurularkən Azərbaycan tərəfindən İrəvan xanlığının əraziləri rəsmi olaraq ermənilərə verilmiş, Borçalı və Dərbənd problemi gündəlikdən çıxmış, Qarabağda separatçı silahlı üsyan qalxmış, Naxçıvanda vəziyyət çox ağır olaraq qalmışdı. Zəngəzurun böyük hissəsinə erməni silahlı dəstələri tərəfindən nəzarət olunurdu. Qarabağ, Naxçıvan və Zəngəzur ermənilər tərəfindən iddialı ərazi olaraq qalırdı, Gürcüstan Zaqatalaya qarşı iddialarından əl çəkmədiyindən Zaqatala Rusiya Gürcüstan müqaviləsi ilə mübahisəli ərazi kimi müəyyənləşmiş, sovet Rusiyası Bakını mənimsəmək planlarını hələ də qurmaqda idi. N. Nərimanov Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal və yorulmaz mübarizə aparmış və fəaliyyəti əksər hallarda uğurlu olmuşdur. Məhz N. Nərimanovun siyasəti nəticəsində 1918–1920-ci illərdə olduğu kimi, Bakı yenə də sovet Azərbaycanının paytaxtı olaraq tanındı. Qarabağ, Naxçıvan və Zaqatala Azərbaycanın ərazisi statusunda ilk dəfə olaraq beynəlxalq hüquq normaları ilə qəbul olundu. Bununla belə, 1918–1920-ci illərdə İrəvan və Dərbənd xanlıqlarının və Zəngəzur mahalının ərazilərinin itirilməsi bağışlanmaz haldır. N. Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda ardıcıl mübarizəsini davam etdirmişdir. O dövrdə baş verən ərazi bölgüsünü bəzi erməni siyasətçiləri özlərinin məğlubiyyəti kimi qiymətləndirirdilər[19].
Lakin bir sıra əzəli Azərbaycan torpaqlarının itirilməsi qaçılmaz oldu, təəsüf ki, bu məsələdə Bolşevik rəhbərliyi müsəlman və türk azərbaycanlılara tamamilə zidd mövqe tutaraq, maksimum onlara məxsus torpaqları parçalamaq və qonşu respublikalara verməklə öz xəyanətini bir daha nümayiş etdirdi. N. Nərimanov "V. İ. Leninə məktub"unda ərazi problemləri haqqında erməni və rus siyasəti ilə barışmaz mövqeyini açıq-aydın ortaya qoymuşdur. Məktubundakı fikirlər bunu təsdiq edir: "Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Ərazilərimizi Ermənistana, daşnaklara vermək, düzəldilməsi mümkün olmayan pis nəticələr verə biləcək səhvdir".
Beləliklə, N. Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti əksər hallarda uğurlu olmuşdur. Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. N. Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda ardıcıl mübarizəsini davam etdirmişdir[19].
Nəriman Nərimanov və Türk dünyası
N. Nərimanovun Azərbaycanda, daha sonra Moskvada çalışarkən Sovet Rusiyasının Türküstan siyasətinə fərqli baxışlarının olduğunu, bu siyasətə tənqidi yanaşmasının mahiyyətini, onun dövlətçilik fəaliyyətində türkçü mövqeyini, Türkiyənin, Türküstanın türk xalqları və xadimləri ilə bağlı siyasəti Sovet rəhbərliyinə məlum idi.
N. Nərimanov hələ hakimiyyətə gəlməmişdən əvvəl, 1918-ci ildə Zaqafqaziya seyminin Osmanlı dövlətinə qarşı müharibə etməsini pisləmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqda N. Nərimanovun siyasətində Türkiyə-Rusiya-Azərbaycan strateji üçbucaq maraqları özünü büruzə verməyə başladı. Nəriman Nərimanovun Şərq ölkələri ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin yaradılmasında böyük xidmətləri olmuşdur. Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin yaradılması N. Nərimanovun siyasi fəaliyyətində misilsiz hadisə — "sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamış", demək olar ki, unudulmuşdur[20].
Bu barədə türk tədqiqatçısı Hüseyn Adıgözəl "Atatürk, Nərimanov və Kurtuluş Savaşımız" mövzusunu ilk olaraq tədqiqata cəlb etməklə Türkiyə-Azərbaycan münasibətlərində "unudulmuş səhifələrin" — tarixi həqiqətin bərpa edilməsi Nərimanovun bir müdrik şəxsiyyət kimi Türk-Azərbaycan birliyinə sədaqətini nümayiş etdirir. Onun müdrik siyasi xadim kimi portretinin bərpasına kömək edir. Hüseyn Adıgözəl tarixçi kimi toxunduğu mövzuda əsər yazmasının məqsədini şərh edərkən yazır: "Qurtuluş savaşımızın ən təhlükəli günlərində, bir qardaş olaraq əlini uzadan və əlindən gələn bütün yardımları yapan Sovetlər Birliyinin üzvi olan Azərbaycandan Türk Qurtuluş Savaşına böyük dəstək verən Nəriman Nərimanovun bir kommunist olsa da, Türk olduğundan, Türk millətçisi olduğundan zərrə qədər şübhəmiz yoxdur. Onun Kommunist olması bizə yardım etməsinə əngəl olmadığı kimi, bizlər də onun kommunist olmasına baxmayaraq, onun Türkiyə türkləri və türk milləti üçün etdiklərini əsla unuda bilmərik. Tarix olduğu kimi, yazılmalıdır ki, Türk birliyinin təməli sağlam olsun![21]
Məlum olduğu kimi Nəriman Nərimanovun Türkiyəli türklərlə ilk tanışlığı 1909–1913-cü illərdə Həştərxanda olmuşdur. Sürgün illəri nəzarət altında olan N. Nərimanov burada gizli inqilabi fəaliyyətini leqal tədbirlərdə məharətlə davam etdirirdi. Onun "Şurayi-islam cəmiyyəti"ndə təşkil olunan tədbirlərində tatar, rus, qazax, qırğız və türk zabitləri də iştirak edirdilər. Hüseyn Adıgözəl yazır: "Birinci Dünya Müharibəsində əsir düşən və Həştərxana göndərilən türk zabitləri ilə (Nərimanov) orada qarşılaşmış və onlardan aldığı məlumatlarla Türkiyə və türklərin vəziyyətindən xəbər tutmuş, Qurtuluş Savaşı müddətində çətin durumda olan Türkiyə türklərinə əlindən gəldiyindən də daha artığını yaparaq, yardım etməyə çalışmışdır"[20].
1920–1921-ci illərdə Böyük öndər Mustafa Kamal Paşa ilə Nəriman Nərimanov arasında "müxtəlif tarixlərdəki yazışma və məktublardakı söhbət, qarşılıqlı ortaq fikirlər" əsasında yaranmış dostluq münasibətləri sarsılmaz qardaşlıq əlaqələrinə çevrilmişdir. 1920-ci ildə N. Nərimanovun "müstəqil sovet Azərbaycanına" Xalq Komissarları Sovetinin sədri kimi başçılıq etməsi Mustafa Kamal Paşanı məmnun etmişdi. O, Azərbaycanla dostluq əlaqələri qurmaq üçün tanınmış şair və diplomat Memduh Şevket Esendağı səfir göndərir. Bir ildən sonra Türkiyədə, Ankara şəhərində Azərbaycan səfirliyi açılarkən ilk səfir İbrahim Əbilovun dəvətəni qəbul edib açılışda şəxsən iştirak edən Mustafa Kamal Paşa "Azərbaycan bayrağını öz əlləri ilə qaldırır" və çıxış edərək deyir: "Milli hüdudumuz içində azad müstəqil yaşamaq istəyirik. Millətimiz bu istəyimizin qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən dəstəkləndiyi üçün böyük qürur hissi duyur. Türkiyə və Anadolu türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri xoş və gözəl duyğulara böyük dəyər verirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı".
Mustafa Kamal Atatürkün tövsiyəsi ilə əvvəlcə Bakıda N. Nərimanovun dəvətində olması təsadüfi deyildi. Nərimanov Leninə məktub yazıb Behbud Şahtaxtinskini də Türk nümayəndə heyəti ilə Moskvaya göndərir. Lenin tutarlı arqumentlərlə yazılmış N. Nərimanovun məktubunu 1921-ci il fevralın 19-da Mərkəzi Komitənin üzvləri ilə də tanış edir. N. Nərimanov məktubun bir yerində Leninə yazırdı: "Erməni məsələsi türklər üçün ölüm-qalım məsələsidir. Bu məsələdə Türklərin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik və Azərbaycanı əldə saxlamaq mümkün olmaz! ("Respublika" qəzeti, 10 iyul 2019-cu il). Hadisənin axarından göründüyü kimi, gözlənilən nəticədən anlaşılır ki, Lenin xarici işlər naziri ermənipərəst Çiçeçrin kimi düşünən, türk heyətini soyuq qarşılayan və təkliflərini diqqətə almayan rəhbərlərin münasibətəlrini nəzərə almadan Nərimanovun məktubundakı xəbərdarlıqlarına diqqət yetirmiş, "tərəflər arasındakı anlaşmanın gərəkli olması qənaətinə gəlmişdir"[20].
Ona görə də Türkiyə nümayəndə heyətinin Rusiya Federasiyası ilə anlaşmasında uğur əldə edilir: "Türkiyə bir milyon qızıl pul borc alır. Naxçıvanın Azərbaycanın tərkibində qalması razılaşdırılır. Rusiya Federasiyası ilə Türkiyə ortaq düşmənləri İngiltərəyə qarşı hər məsələdə iş birliyində olmağı qərarlaşdırırlar".
N. Nərimanov Türkiyənin ağır durumunda onun böyük bir dövlət tərəfindən dəstəklənməsinə nail olur. Hüseyn Adıgözəl yazır: "Ankara hökumətinin Sovet İttifaqı tərəfindən tanınması beynəlxalq siyasi müstəvidə çox önəmli hadisə idi. Bu uğurun memarlarından biri, heç şübhə yoxdur ki, o dönəmdə Azərbaycan Şura hökumətinin başçısı Nəriman Nərimanov idi". Türkiyə ordusunun Qurtuluş Savaşında işğalçı qoşunlarına vurduğu zərbələr Azərbaycanda böyük sevinclə qarşılanırdı. N. Nərimanovun tapşırığı ilə Azərbaycanın xarici işlər komissarı Davud Hüseynov Türk xalqını, Türkiyə Böyük Millət Məclisini və onun rəhbəri Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan xalqı adından təbrik edir[20].
Bu münasibətlə 1921-ci il may ayının ortalarından hər ay Azərbaycan hökuməti Türkiyəyə 62 sistern neft və üç vaqon kerosin göndərməyi qərara almışdı. …1922-ci ilin iyul ayına qədər 9 min tondan çox kerosin və 350 ton benzin göndərilmişdir. 1921-ci il martın 17-də Türkiyənin səfiri Memduh Şovkət bəy Mustafa Kamal Paşanın təqdim etdiyi məktuba əsasən N. Nərimanov "hökumət üzvlərindən bəzilərinin qarşı çıxmasına rəğmən" dərhal xəzinədə olan 500 kilo qızılı Ankaraya göndərdi. Əlavə də 30 sistern neft, iki sistern benzin və 8 sistern mədən yağı göndərdi.
1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə yazırdı: "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir".[22]
Tarixi mənbə və qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin başında qaldığı iki il boyunca Moskvaya bağlı olmasına baxmayaraq, müstəqil dövlət başçısı kimi hərəkət edərək, Türkiyə hökuməti ilə olan əlaqələri daha yüksək ölçü və miqyaslara daşımış və hər şeydən önəmlisi, çox çətin durumda olan Anadoludakı qardaşlarına dövlətinin bütün imkanlarını səfərbər edərək, heç kimsədən çəkinmədən əlindən gələn hər cür yardım etmişdir. Bütün bunlar sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamışdır[20].
Əsərləri
- 1894 — Nadanlıq
- 1895 — "Dilin bəlası" yaxud "Şamdan bəy"
- 1896–1908 — Bahadır və Sona
- 1899 — Nadir şah
- 1909 — Xolera-Vəba
- 1910 — Tibb və İslam
- 1910 — Çaxotka-Vərəm
- 1910 — Ailəmi-nisvan
- Tif və Dizenteriya
- Vərəm
- Traxom
- Həmli arvat
- 1913 — Pir
- 1915 — "Bir kəndin sərgüzəşti" yaxud "Əmi"
- Həmli arvat
- Traxom
- Tibb və İslam (əski əlifba ilə)
Xatirəsi
Ədəbiyyatda
- Həsənov, Həsən Əziz oğlu Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti Bakı: Elm, 2005. 248 səh.[19]
- Olub-keçənləri düşünərkən: Heydər Əliyevin Nəriman Nərimanovla bağlı müsahibəsi, Bakı, "Ulduz" jurnalı, 1990, № 6, 78 səh.
- Əhmədov, Teymur Əkbər oğlu Nəriman Nərimanov dramaturgiyası: monoqrafiya / T. Ə. Əhmədov ; elmi red. M. İbrahimov — Bakı : Nurlar NPM, 2005. — 384 səh.
- Qurbanov, Şamil Dünyamalı oğlu Nəriman Nərimanov : ömrünün son illəri / Təkmilləşmiş, əlavələr edilmiş II nəşri — Bakı : Azərbaycan nəşriyyatı, 2003. — 376 səh.[23]
- Əhmədov, Hüseyn Mustafa oğlu Seçilmiş pedaqoji əsərləri : 12 cilddə / Azərbaycan Beynəlxalq Universiteti, VI cild: Nəriman Nərimanov: həyatı, fəaliyyəti, pedaqoji və tibbi fikirləri / elmi red. A. B. Məmmədov. — Bakı : Təhsil, 2006. — 284 səh.
- Həsənov, Həsən Əziz oğlu Nəriman Nərimanovun tarixi missiyası / ön sözün müəl. Q. M. Bayramov; elmi red. F. F. İbrahimli. — Bakı: Pedaqogika, 2005. — 88 səh.[24]
- Əhmədov, Teymur Əkbər oğlu Nəriman Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığı: monoqrafiya / tərt. İ. Allahverdi; red. M. Ə. İbrahimov. — Bakı: Nurlar NPM, 2006. — 320 səh.[25]
- Əliyeva, Firuzə N. Nərimanov və milli məsələ / elmi red. Ə. M. Tağıyev; AMEA, Fəlsəfə və Hüquq İn-tu. Əliyeva, Firuzə. Bakı: Nafta-Press, 2015. 79 səh.[26]
- Ən mühüm, ən başlıca şərt (Mətn) / N. H. Nərimanov; H. Hüseynov. Nərimanov, Nəriman Həmid oğlu. iqt. e. n., dos. Bakı: Azərnəşr, 1965, 57 səh.
- Qasımlı Əmir Teymur oğlu Nəriman Nərimanov və Türk xalqları – Bakı, "Nurlan", 2006, 160 s.
- Nərimanov Nəriman Nəcəf oğlu Məktublar və Qarabağ məsələsinə dair sənədlər Bakı, Nurlar NPM, 2016, 176 səh.[27]
Haqqında çəkilən filmlər
- Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film)
- Nəriman Nərimanov (film, 1966) — Muxtar Dadaşovun rejissorluğu ilə
- Nəriman Nərimanov (film, 1972) — Oqtay Mirqasımovun rejissorluğu ilə
- Ulduzlar sönmür(1971)
Digər
"Bolşevik Nərimanov" gəmisi 1957-ci ildə düzəldilərək istifadəyə verilmiş, 1982-ci ildə isə istifadə müddəti bitmişdir. Gəmi istismardan çıxarıldıqdan sonra Sumqayıt sahilində saxlanılmış, iaşə obyekti kimi istifadə olunmuşdur.
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- "Nəriman Nərimanov — alovlu vətənpərvər, böyük türk təəssübkeşi". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- "Dövlət xadimi Nəriman Nərimanov". memim.az. 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-08.
- The Great Soviet Encyclopedia, 1939, p. 160.
- Teymur Əhmədov. Nəriman Nərimanov. Bakı, 1982.
- P. Əzizbəyova, İ. Mosesova. Ailə Şərəfi. Bakı,1970
- A.Şaiqin ev muzeyinin fondu
- Teymur Əhmədov. Nəriman Nərimanov. Bakı, 1982
- Azərbaycan Sovet Ensiklopediyası. VII cild. Bakı,1983. S.226
- "Maarif" (Gürcüstan maarif işçilərinin elmi-metodiki qəzeti), may, 2003.
- Baxış Qəhrəmanov. Doktor Nərimanov. Bakı,1990
- Həsən Həsənov. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı, 2005.
- Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü (təhlili xronika). Bakı, 2012.
- Rəna Bayramova. Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920–1925-ci illər). Bakı, 2007
- К истории образования Карабахской автономной области Азербайджанской ССР. 1918–1925. Документы и материалы. Баку, 1989.
- Şamil Qurbanov. Nəriman Nərimanov dünyası. Bakı, 2001.
- Həsənov, Həsən. Nəriman Nərimanovun Milli Dövlətçilik Baxışları Və Fəaliyyəti (PDF). Elm nəşriyyatı, elmi redaktor: Q. M. Bayramov, rəy: T. H. Musayeva, F. F. Əhmədova. Bakı, 2005. səh. 248. 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-12.
- Mustafa Kamal Atatürk və Nəriman Böyük türk xalqına məhəbbətdən qaynaqlanan qardaşlıq (az.). anl.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-12.
- "Respublika" qəzeti, 19 iyul 2019-cu il
- Doğan Avcıoğlu. "Milli Qurtuluş tarixi" III-cild, səh. 438. Sitat Hüseyn Adıgözəlin məqaləsindən götürülmüşdür
- ""Nəriman Nərimanov ömrünün son illəri" kitabinin təqdimatı" (az.). azertag.az. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-12.
- Həsənov, Həsən. Nəriman Nərimanovun tarixi missiyası. Pedaqogika nəşriyyatı, elmi redaktor: Q. M. Bayramov. Bakı, 2005. səh. 88. 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-12.
- "Teymur Əhmədovun "Nəriman Nərimanov"u" (az.). anl.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-12.
- Əliyeva, Firuzə. N. Nərimanov və milli məsələ (PDF). Nafta-Press, elmi redaktor: Ə. M. Tağıyev; AMEA, Fəlsəfə və Hüquq İn-tu. Əliyeva, Firuzə. Bakı, 2015. səh. 79. 2022-03-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-12.
- Nərimanov, Nəriman Nəcəf oğlu. Məktublar və Qarabağ məsələsinə dair sənədlər (PDF). Nurlar NPM. Bakı, 2016. səh. 176. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-12.
Həmçinin bax
Xarici keçidlər
- Teymuroğlu Əmir. Nəriman Nərimanov və türk xalqları. Bakı: "Nurlar", 2006.
- Səda — Nəriman Nərimanovun doğum günüdür (14. aprel 2016)
- Nəriman Nərimanovun xatirəsi (BİOQRAFİYA)
- https://mail.muallim.edu.az/news.php?id=10675&lang=