Nərgiz Abdullayeva
Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor.
Nərgiz Abdullayeva | |
---|---|
Nərgiz Cavad qızı Abdullayeva | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | memarlıq |
Elmi dərəcəsi | memarlıq doktoru |
Elmi adı | professor |
İş yeri | AMİU Memarlıq fakültəsi Dizayn kafedrası |
Təhsili | AİMİ |
Həyatı
Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978-1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986-88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvələrində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. 2010-cu ildən Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət üzrə Problem Şurasının sədr müavini kimi fəaliyyət göstərir. 2012-ci ildə "Azərbaycan memarlığında mühəndis qurğularının rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və elmlər doktoru elmi dərəcəsi alıb.
70-dən çox elmi və metodik əsərin müəllifidir. Onlardan: 2-si monoqrafiya, 1-i dərslik, 4-ü dərs vəsaiti və 5-i fənn proqramıdır.