Nərəcan
Nərəcan — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd.
Nərəcan | |
---|---|
41°32′13″ şm. e. 48°45′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 63 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2725 |
|
Tarixi
Rəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər.
Mədəniyyəti
Kənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyət göstərməyən klub da var.
Əhalisi
Əhalinin əksəriyyəti yerli, həmçinin burada başqa millətlər də var (tat, söbülü və s.). Əhali hamısı müsəlmandır.
İqtisadiyyatı
Kənd ərazisində kifayət qədər mağaza (məişət, ərzaq, tikinti materialları), çayxana, un fabriki, 2 aptek, 2 qəssabxana, bərbərxana və s. var. Həmçinin burada kənd əhalisinə məxsus olan bağlar da var.
Təhsil
Burada 2009-cu ildə yeni məktəbin açılışı olub. Məktəb şəhid Cəbiyev Cavidin adını daşıyır. Məktəbin hər il təqribən 30 məzunu olur və hər il təqribən 10 məzun ali məktəblərə qəbul olur.
İstinadlar
Xarici keçidlər
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine