Nərələr
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Nərələr | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Dəstə: Fəsilə: Nərələr |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
21 aprel 2004-cü il tarixində ABŞ-nin Canlı Təbiət və Balıqların Mühafizə Xidməti nərə balıqları fəsiləsindən olan bölgəni yox olma təhlükəsi altında olan növlərin siyahısına daxil etmişdir.
Xəzərdə Nərələrin sayının azalması
Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalmışdır və keçən əsrin 80-ci ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri bir neçə faktordur:
- 20-ci əsrin 90-cı illərində brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması;
- kürütökülən əksər çaylarda, və hər şeydən əvvəl Kür çayında bəndlərin salınması;
- Xəzər dənizinin çirkləndirilməsi;
- bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması;
- yabanı orqanizmlərinin dənizə düşməsi ilə və onların mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması.[3]
Nərə balığı zavodları
Azərbaycanda qiymətli balıq növlərinin yetişdirilməsi ilə dörd xüsusi müəssisə məşğul olur. Azərbaycanda ilk belə müəssisə 1954-cü ildə işə salınmış Əli Bayramlı nərə balığı zavodudur. Onun ardınca daha iki müəssisə istifadəyə verilmişdir. Müasir tipli Xıllı nərə balığı zavodu isə 2003-cü ildən fəaliyyət göstərir. Sələflərindən fərqli, ən mütərəqqi texnologiyalarla təchiz edilmiş müəssisə hazırda Xəzər dənizi hövzəsində ən müasir istehsalatdır.
Dünya Bankı "Təxirəsalınmaz ekoloji sərmayələr" layihəsi çərçivəsində zavodun tikintisinə 6 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırmışdır. Layihənin sifarişçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında layihələri reallaşdırma qrupudur. "Billur" yerli istehsalat firmasında hazırlanmış layihəni "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin mütəxəssisləri həyata keçirmişlər. Texnoloji avadanlıq Almaniyanın "FERROSTAAL" şirkəti tərəfindən gətirilmiş, layihənin məsləhətçisi kimi Fransanın "SOFREQO" şirkəti çıxış etmişdir.
Zavodda 5 növ nərə balığı yetişdirilir. Fəaliyyət göstərdiyi 5 il müddətində müəssisədə təxminən 35 milyon müxtəlif növ körpə nərə balığı yetişdirilərək, Kür çayı nın mənsəbinə buraxılmışdır.
Balıq ehtiyatlarının bərpası
- "Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu" – Dövlət Müəssisəsi
AZ 1080, Bakı, Qaradağ rayonu, Sahil qəsəbəsi Sektor: Qızıl balıq və nərə cinsli balıq körpələrini yüksək çəkiyə qədər böyüdülməsi.
- "S.Q.Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu" – Dövlət Müəssisəsi
AZ 4700, Neftçala rayonu, Bankə qəsəbəsi Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası.
- "C.Cavadov adına Kür ağzı Nərə Balıqyetişdirilmə Zavodu"
AZ 4700, Neftçala rayonu, 2-ci mayak qəsəbəsi Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası.
- "Əli Bayramlı Nərə Balıqartırma Zavodu" – Dövlət Müəssisəsi
AZ 1800, Əli Bayramlı Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması.[4][5]
Növləri
- Nərələr yarımfəsiləsi
- Nərə (Acipenser) cinsi
- Sibir nərəsi (Acipenser baerii)
- Acipenser baerii baerii
- Acipenser baerii baicalensis
- Kütburun və ya kiçik nərə (Acipenser brevirostrum)
- Koreya nərəsi (Acipenser dabryanus)
- Göl nərəsi (Acipenser fulvescens)
- Nərə və ya rus nərəsi (Acipenser gueldenstaedtii)
- Yaşıl nərə (Acipenser medirostris)
- Saxalin nərəsi (Acipenser mikadoi)
- Yapon nərəsi (Acipenser multiscutatus)
- Adriatik nərəsi (Acipenser naccarii)
- Kələmo (Acipenser nudiventris)
- İtiburun nərə (Acipenser oxyrinchus)
- Acipenser oxyrinchus oxyrinchus
- Acipenser oxyrinchus desotoi
- İran, Cənubi Xəzər nərəsi (Acipenser persicus)
- Çökə (Acipenser ruthenus)
- Amur nərəsi (Acipenser schrenckii)
- Çin nərəsi (Acipenser sinensis)
- Uzunburun (Acipenser stellatus)
- Atlantik nərəsi (Acipenser sturio)
- Ağ nərə (Acipenser transmontanus)
- Sibir nərəsi (Acipenser baerii)
- Ağ balıq (Huso) cinsi
- Huso huso
- Huso dauricus
- Nərə (Acipenser) cinsi
- Scaphirhynchinae yarımfəsiləsi
- Scaphirhynchus cinsi
- Scaphirhynchus albus
- Scaphirhynchus platorynchus
- Scaphirhynchus suttkusi
- Pseudoscaphirhynchus cinsi
- Pseudoscaphirhynchus hermanni
- Pseudoscaphirhynchus fedtschenkoi
- Pseudoscaphirhynchus kaufmanni
- Scaphirhynchus cinsi
- Nərələr yarımfəsiləsi
Şəkillər
- Oreqon zooparkındakı nərə balığı
- Cavan göl nərəsi
- Acipenser nərəsi
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- "Nərə balıqları – Xəzərin ən qiymətli varlığıdır". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
- "Arxivlənmiş surət". 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-26.
- http://www.azregionaldevelopment.az/2008/09/13/n601r601-bal305287305-zavodunun-yubileyi.html%5Bölü+keçid%5D%5B%5D
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 62.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.