Nənəcan
Nənəcan — Azərbaycan xalq oyunu.
Qadınlardan ibarət iki dəstə arasında toy və bayramlarda keçirilir. Biri oğlan (bəy), digəri qız (gəlin) tərəfi təmsil edən dəstələrə ağbirçək qadınlar (nənə) başçılıq edir (adı da buradandır).
Mahnılarda tərəflər növbə ilə xorla bayatı oxuyurlar. Gəlin tərəf qızın istək və arzusunu, oğlan tərəf isə bəyin vədlərini ifadə edir. Hər iki dəstə razılığa gəldikdən sonra oyun bitir.
Ədəbiyyat
- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.224
- Tahirov R. A., Azərbaycanın şimal-qərb rayonlarında bəzi məşiət oyunları haqqında, Azərbaycan etnoqrafik məcmuəsi, buraxılış 2, Bakı, 1968.
- Allahverdiyev M., Azərbaycan xalq teatrı tarixi, Bakı, 1978.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.