Nəhəng ulduzlar
Nəhəng ulduzlar — "Spektr-işıqlıq" diaqramında baş ardıcılıqdan üstdə nəhəng ulduzlar yerləşmişlər. Ötgün siniflərə (G-M) məxsus və təqribən M=+1m ulduz ölçüsünə malik olan az sayda ulduzlar nəhənglər qrupunu təşkil edirlər. Bu ulduzların işıqlığı Günəşinkindən 100–1000 dəfələrlə böyükdür. Nəhəng ulduzların effektiv temperaturları Günəşinkindən kiçik olduğundan onların işıqlıqlarının çox böyük olmasını əsasən radiuslarının çox böyük olması ilə izah etmək olar. Nəhənglərin radiusları Günəşinkindən 10, hətta 100 dəfəyədək böyükdür[1].
İstinadlar
- R. Ə. Hüseynov , Astronomiya, "Maarif" nəşriyyatı, Bakı, 1997
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.