Nəhəcir nekropolu

Coğrafi mövqeyi

Nəhəcir nekropolu, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə.

Haqqında

Nəhəcir nekropolu Nəhəcir yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır.

Nekropoldakı kromlexlərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur.[1]

Mənbə

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007

Həmçinin bax

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 171. 2019-04-12 tarixində arxivləşdirilib (PDF).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.