Nəcəfqulu Rəfiyev
Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev (22 mart 1915, Ordubad, Naxçıvan qəzası – 24 dekabr 1970, Bakı) — Sovet İttifaqı Qəhrəmanı.
Nəcəfqulu Rəfiyev | |
---|---|
Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1970 (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | mayor |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.[1]
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955–1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir.[2]
İrsi
N. R. Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilmişdir. Adına Minsk, Ordubad və Bakıda küçə, Ordubadda zavod, Babək rayonunda sovxoz, texnikum və s. var, Ordubad şəhərində büstü qoyulmuşdur.
Azərbaycan Respublikasında N. R. Rəfiyevin adına futbol yarışları keçirilir.
İstinadlar
- Azərbaycanın qızıl ulduzları, Bakı, 1995, səh. 240.
- "Naxçıvanın Sovet İttifaqı Qəhrəmanları". 2020-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.