Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı.
Nəcəfqulu Nəzərli | |
---|---|
Doğum tarixi | 20 mart 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 1929 (39 yaşında) |
Həyatı
Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür.
Təhsili
İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir.
Yaradıcılığı
1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur:
- "Морской пейзаж" в.акв. (14х28) № 1568 - "Dəniz mənzərəsi";
- "Морской пейзаж" в.акв. (28,8x14) № 1569 - "Akvarel 1912";
- "Novqorod şəhərindən görünüş" yağlı boya, 1925;
- "Альбом с-12 акварелями рисунок" не докончено. Б.Тущъ в. акв (1930)
Onun Nəzərlilər soyadının "simvolu" olan şəcərəsini əks etdirən çəkdiyi "Ağac" şəkli şah əsərlərindəndir. Bu əsər rəssamın qardaşı Ələkbərbəy Nəzərlinin şəxsi evində qorunduğu üçün 1981-ci ilin yanvarında ev söküldüyü zaman torpağa qərq olmuşdur. Hazırda bu "Ağac" şəklinin yeni modelini illər sonra Nəcəfqulu Nəzərlinin Nemət qardaşının nəvəsi Azərbaycanın əməkdar rəssamı Hacıağa Nəzərli çəkərək ev divarında nümayiş etdirir. Şəkil Nəzərlilər soyadına aiddir və Nəcəfqulu Nəzərlinin şəxsi ideyasıdır. "Ağac" şəkli ideyasını Yeni Azərbaycan Partiyası öz simvolu kimi götürmüşdür.
Həmçinin bax
Mənbə
Azərbaycan Sovet Ensiklopediyası. 7. Bakı. 1983. səh. 234.