Nəbati ornamentlər

Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlar.

Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır. Bu nəbati bəzək motivi təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu. “İslimi” öz dinamik, sanki daima hərəkətdə olan rəsmi ilə dairəvi əşyaları bəzəyərkən xüsusilə gözəl və bədii görünür.

İstinadlar

    NOT : ornamentlərin gözəlliyinə şahid olun

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.