Nürgüt

NürgütAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna daxil olan bir kənd.[1] Rayonun mərkəzinin şimal-qərbində, Ordubad düzündədir. [Nürgüt] bələdiyyəsinin tərkibindədir.

Nürgüt
39°13′30″ şm. e. 45°53′54″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Ordubad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.899 m
Saat qurşağı
Nürgüt xəritədə
Nürgüt
Nürgüt

Toponimikası

Gilan çayının hər iki sahilində Zəngəzur silsiləsinin cənub şərq yamaclarında yerləşən və tarixən çox qədim olan kənd. Dağlıq ərazidə yerləşdiyinə görə Nürgüt ((nou qut)yeni qala ) adlanır. Tədqiqatçıların fikrinə görə kəndin adı Nouqut sözünün təhrif olunmuş variantıdır.Oykonim fars dilindəki nou (təzə, yeni) və qut "kənd, şəhər və qala" komponentlərindən düzəlib "yeni kənd" mənasındadır.Hələ qədim dövrlərdən Nürgütdə Türk tayfaları olan kəngərlilərin məskunlaşdığı məlum olmuşdur[2] Həmçinin Nürgüt sözünün digər bir mənası da "nur" işıq "qut" qutlamaq,bayram etmək mənasını veririr . Yəni Günəşin doğuşun qutlayıb bayram etmək

Əhalisi

Əhalisi 176 nəfərdir (2009).[3] Əhalisi arıçılıq,əkinçilikheyvandarlıqla məşğuldur. Orta məktəbi ,kitabxanası ,tib məntəqəsi , kənd mərkəzi və klubu var.

Həmçinin bax

İstinadlar

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2.   Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  3.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.