Növrəs İman

Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzasıXX əsr) — Azərbaycanlı ustad şair, aşıq.[1]

Növrəs İman
İman Məşədi Saleh oğlu
Təxəllüsü Novrəs
Doğum tarixi 13 may 1903(1903-05-13)
Doğum yeri
Vəfat tarixi XX əsr
Vəfat yeri bilinmir
Dəfn yeri bilinmir
Vətəndaşlığı
Uşağı Şahmalı Salahov
Atası Məşədi Saleh
Təhsili
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Növrəs İman Vikimənbədə

Həyatı

Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.[2]

İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.

Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.[3]

Kitabları

  • Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
  • Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004.

Ailəsi

Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.[4]

Şəcərəsi

  • Heydər
    • Əbdüləzim

İstinadlar

  1. Bu günün tarixi (13.05.2011)
  2. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
  3. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  4. Qılman İman. "Növrəs İman:"Axtarmadı qohum, qardaş, ellərim"". analoq.az. 23.03.2016. 2017-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.