Bığlı balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi.
Bığlı balinalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dəstə: Klad: Artiofabula Klad: Cetruminantia Klad: Cetancodontamorpha Yarımdəstə: Whippomorpha Klad: Cetaceamorpha İnfradəstə: Parvdəstə: Bığlı balinalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur:
- Qrenlandiya balinası
- Seyval
- Kiçik cənub zolaqlı balina
- boz balina
- qozbel balina
- göy balina
- finval
- seyval
- Kiçik zolaqlı balina
- Brayde zolaqlı balina.
Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür. Piyi, əti və bığı istifadə olunur. Dişsiz balinalar xüsusi gəmilərlə ovlanır. Dünyada dişsiz balinalar ovlanan yerlər Antarktika suları və Sakit okeanın şimal hissələridir. 1967-ci ildən Antarktikada göy balina beynəlxalq miqyasda mühafizə edilir. Mühafizə nəticəsində Berinq dənizində boz balinanın sayı bir qədər bərpa olunmuşdur.
Təsnifatı
- Kiçik balinalar (Neobalaenidae) fəsiləsi
- Boz balinalar (Eschrichtiidae) fəsiləsi
- Əsl balinalar (Balaenidae) fəsiləsi
- Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsi
- Janjucetidae fəsiləsi (nəsli kəsilib)
- Mammalodontidae fəsiləsi (nəsli kəsilib)
- Cetotheriidae fəsiləsi (nəsli kəsilib)
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2008.
- Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7