Myspace
MySpace — əsası 2003-cü ildə qoyulan, virtual aləmdə internet istifadəçiləri arasında ünsiyyət qurulmasına xidmət edən, istifadəçilərə fərdi profillər, bloqlar yaratmağa, şəkillər, musiqi və videolar paylaşmağa imkan verən sosial şəbəkə. Qurulduğu dövrdə sosial şəbəkənin baş ofisi Beverly Hillsdə yerləşmişdir. 16 mart 2007-ci ildən etibarən isə baş ofis şəbəkənin mənsub olduğu News Corporation şirkətinin Nyu-Yorkdakı ofisinə köçürülmüşdür. Myspace xüsusilə hələ tanınmayan musiqiçilərə məşhurlaşmaları üçün geniş imkanlar yaradır. Bu musiqiçilər heç bir ödəniş etmədən öz mahnılarını sayta yerləşdirib internet istifadəçilərinin ixtiyarına verə bilirlər. Myspace yüklənən musiqi əsərlərinin müəllif hüquqlarını musiqini yükləyən istifadəçidən tələb etmir, yəni bu sayt bir növ pulsuz reklam saytıdır. Sayta şəkillər və şəxsi məlumatlar da əlavə oluna bilər. Bu cür məlumatlar "gizlilik" prinsipinə əsasən qorunur. Sayt istifadəçiləri profillərindəki məlumatların yalnız özləri müəyyənləşdirdikləri kəslər tərəfindən oxuna bilməsi inkanına malikdirlər. Ancaq ABŞ-də qəbul olunan "Patriot Act" qanunu ABŞ hökumətinə məlumatları gizli saxlanılan profillərə belə giriş hüququ tanımışdır. Çox sayda tənqidlərə məruz qalan bu qanun hələ də qüvvədədir.
Myspace | |
---|---|
Myspace | |
URL | myspace.com |
Tipi | Sosial şəbəkə |
Dilləri | 15 dildə |
Ziyarətçi sayı | |
Serverin yeri | |
Sahibi |
Chris DeWolfe Tom Anderson |
Açılma tarixi | 12 avqust 2003 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
MySpace saytı 18 iyun 2008-ci ildə öz dizaynını dəyişmişdir. Saytın quruluşunda ASP. NET 2.0-dan istifadə olunmuşdur.
Statistika
- fevral 2009-cu il — MySpace dünyada 5-ci yerdə.
- noyabr 2010-cu il — MySpace dünyada 42-ci yerdə.
- aprel 2011-ci il — MySpace dünyada 73-cü, ABŞ-də 41-ci, Rusiyada 203-cü yerdə.
- mart 2012-ci il — MySpace dünyada 158-ci yerdə.