My Dying Bride
My Dying Bride — Death/doom metal qrupu, 1990-cı ildə İngiltərənin şimalında yerləşən Bradford şəhərində, gitarist Andrew Craighan və barabançı Rick Miah-nın Abiosis-dən ayrıldıqdan sonra aralarına vokalist Aaron Stainthorpe və gitarist Calvin Robertshaw tərəfindən quruldu. Anathema, Paradise Lost və Katatonia ilə birlikdə, My Dying Bride qrupuda death/doom metal üslubunun liderlərindən hesab edilir.
My Dying Bride | |
---|---|
| |
Ümumi məlumatlar | |
Milliyyəti | Birləşmiş Krallıq, İngiltərə |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1990- indiyədək |
Janr | Death/doom metal Doom metal Qotik metal |
Albom şirkəti | Peaceville Records |
mydyingbride.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
6 aylıq çalışmalardan sonra qrup "Towards the Sinister" adlı ilk demo albomunu buraxdı. Qısa bir sürədən sonra qrup "God Is Alone" adlı ilk siqnllarını buraxdı. Bu sinqldan sonra qrup, Peaceville Records şirkətilə ilə müqavilə imzalayaraq 1991-ci ildə "Symphonaire Infernus Et Spera Empyrium" adlı ilk EP albomlarını çıxartdı. Bu albomdan sonra qrupa bas gitara üçün Adrian Jackson qatıldı.
1992-ci ildə qrup ilk debüt studio "As the Flower Withers" adlı albomunu çıxartdı. Death/doom metal üslubunda ifa edən qrup bu relizlərdən sonra, Böyük Britaniyada və digər Avropa ölkələrində konsertlər də çıxış etdi. Bu müvəffəqiyyət sonra növbəti EP "Thrash Of Naked Limbs" adlı albom buraxıldı. Daha sonra qrupa skripkaçı və kalvişə Martin Powell dəvət edildi. 1993-cü ilin sonunda «Turn Loose The Swans» adlı albom buraxıldı, My Dying Bride Avropada konsertlər də çıxış etdi. Albomun ardından 1994-cü ildə bir turne daha gəldi və yeni bir EP "I Am the Bloody Earth" albomu buraxıldı. Bundan sonra kolektiv dünya metal janrında ön planda oldu və Avropa turnesi davamlılığı olan ən əhəmiyyətli olan Hollandiyada «Dinamo Open Air» festivalın da çıxış etdi. Daha sonra Iron Maiden qrupu ilə birgə bir tur təşkil edərək, konsertlər də çıxış etdi.
1995-ci ildə qrup yenidən studio "The Angel and the Dark River" adlı albomunu buraxdı, həmin ildə 3 EP-lərindən parçalar olan "Trinity" toplu albom çıxarıldı. 1996-cı ildə qrup "Like Gods of the Sun" adlı albomu dinləyicilərin ixtiyarına verildi.
Bundan əlavə qrup 1998-ci ildə "34.788%...Complete" , 1999-cu ildə "The Light at the End of the World" , 2001-ci ildə "The Dreadful Hours" , 2004-cü ildə Songs of Darkness, "Words of Light" , 2006-cı ildə "A Line of Deathless Kings" , 2009-cu ildə "For Lies I Sire" , 2011-ci ildə "Evinta" və 2012-ci ildə "A Map of All Our Failures" adlı studio albomunu buraxmışdır.
Qrup üzvləri
- İndiki üzvlər
- Aaron Stainthorpe — vokal
- Andrew Craighan — gitara
- Hamish Hamilton Glencross — gitara
- Lena Abe — bas
- Shaun MacGowan — klavişlər, skripka
- Dan "Storm" Mullins — zərbələr (2007 — 2010, 2011-dən)
- Əvvəlki üzvlər
- Rick Miah - zərb alətləri (1990-1997)
- Martin Powell - skripka, klaviş (1991-1998)
- Calvin ROBERTSHAW - gitara (1990-1999)
- Bill Law - zərb alətləri (1998-1999)
- Yasmin Ahmed - sintezator (1998-2002)
- Shaun Taylor-Steels - zərb alətləri (1999-2006)
- Adrian Jackson - bas (1991-2007)
- Sarah Stanton - klavişlər (2002-2008)
- Katie Stone - skripka, klaviş (2008-2009)
- Dan Mullins - zərb alətləri (2007-2012)
Diskoqrafiya
Studio albomlar
- As the Flower Withers (1992)
- Turn Loose the Swans (1993)
- The Angel and the Dark River (1995)
- Like Gods of the Sun (1996)
- 34.788%...Complete (1998)
- The Light at the End of the World (1999)
- The Dreadful Hours (2001)
- Songs of Darkness, Words of Light (2004)
- A Line of Deathless Kings (2006)
- For Lies I Sire (2009)
- Evinta (2011)
- A Map of All Our Failures (2012)
- Feel the Misery (2015)
- The Ghost of Orion (2020)
- A Mortal Binding (2024)
Demolar,sinqllar və Ep-lər
- Towards the Sinister (1990, demo)
- God Is Alone (1991, 7")
- Symphonaire Infernus et Spera Empyrium (1991, EP)
- The Thrash of Naked Limbs (1992, Sinql)
- Unreleased Bitterness (1993, 7")
- I Am the Bloody Earth (1994, Sinql)
- The Sexuality of Bereavement (1994, 7")
- Deeper Down (2006, Sinql)
- Bring Me Victory (2009, EP)
- The Barghest O' Whitby (2011, EP)
- The Manuscript (2013, EP)