MySQL

MySQL dünyanın ən məşhur baza sistemlərindən biridir. MySQL əvvəllər İsveçin MySQL AB kompaniyası tərəfindən işlənilirdi. İndi isə Sun Microsystems şirkətinə məxsusdur. Proqramın açıq kodu GNU General Public License lisenziyası altında mövcuddur. MySQL proqram təminatı SQL sorğu dilindən istifadə edərək verilənlər bazası ilə işləməyə imkan verir. MySQL <may-es-kyu-el> – sərbəst (havayı) yayılan relyasiyalı verilənlər bazasının idarəolunması sistemi. Oracle Corporation şirkəti tərəfindən inkişaf etdirilir və dəstəklənir. MySQL kiçik və orta həcmli məsələlərin həllində istifadə olunur.

MySQL
Loqonun şəkli
Tipi relyasiyalı verilənlərin idarəolunması sistemi, Açıq mənbəli proqram təminatı
Tərtibatçı Sun Microsystems, Oracle
Proqramlaşdırma dili C++[1], C[2]
Əməliyyat sistemi Linux[3], Microsoft Windows[3], macOS[3], FreeBSD[3], Solaris[3], Unix bənzəri
Yayımlanma tarixi 2001
Platforma x86_64[d][4], İA-32[4]
Sonuncu versiya
Sayt mysql.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstifadəsi

MySQL əməliyyat sistemlərinə server kimi instalyasi olunur. 11 milyondan artıq instalyasiyası vardır. Əksər veb serverlər MySQL bazası ilə idarə olunur.

MySQL alətləri

MySQL bazasını idarə etmək üçün həm command-line, həm də GUI (qrafik istifadəçi interfeysi) şəklində bazaya administratorluq, bazada dəyişiklik etmək və digər işləri görmək üçün müxtəlif alətlər mövcuddur.

Database Master MySQL idarə aleti (Türk)

Xüsusiyyətləri

  • Əməliyyat sistemindən asılı deyildir. Demək olar ki, əksər əməliyyat sistemləri üçün instalyasiyaları movcuddur.
  • ANSI SQL 99 dəstəkləyir.
  • Prosedura, funksiya, triqqer, kursorlar yaratmaq imkanı vardır.
  • SSL dəstəklidir.
  • Mətn indeksləşşdirilməsi, axtarışı mövcuddur.
  • Yunikod dəstəklidir.
  • Həqiqi VARCHAR tiplidir.
  • INFORMATION_SCHEMA
  • InnoDB, BDB and Cluster dəstəklidir.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

  • İsmayıl Calallı. Rasim Əliquliyev (redaktor ). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı. 2017. ISBN 978-9952-434-82-8. 6 sentyabr 2023 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url).

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.