Muyunqum

Muyunqum (qaz. Мойынқұм) — Qazaxıstanın cənubunda, Cambul vilayətiCənubi Qazaxıstan vilayəti ərazisində yerləşən qumlu səhra. Cənub-şərqdən şimal-qərbə 500 km məsafədə uzanır. Səhranın sahəsi 37 500 km² təşkil edir. Okean səviyyəsindən 700 m hündürlükdə yerləşir. Şimal və şərqdən Çu çayının dərəsi, Cənubdan isə Karatau silsiləsi və Qırğızıstan Alatausu ilə əhatələnir. Şimalında 50-70 metr hündürlüyü olan qum topaları vardır. Səthinə yaxın qrunt suları yerləşir.

Muyunqum səhrası
qaz. Мойынқұм
Yerləşməsi
43°53′07″ şm. e. 71°52′38″ ş. u.
Ölkə  Qazaxıstan
Muyunqum səhrası xəritədə
Muyunqum səhrası
Muyunqum səhrası
Muyunqumsəhrası (Asiya)
Muyunqum
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlimi kontinentaldır. Yanvarın orta temperaturu qərbdə −11,2°С, şərqdə isə −2 ; −7,5°С; iyulda isə 25,6-26,9°С təşkil edir. İl ərzində 150 – 330 mm yağıntı düşür. Yanvar ayının minimal temperaturu 40 °C, iyul ayının isə maksimal temperaturu isə 50 °C təşkil edir[1]

Əsasən Saksaul, Cuzqun, Yovşan bitir. Qaban, Dovşan, Sünbülqıran, Ərəbdovşanlar və digər canlılar yaşayır.

Səhra heyvandarlıqda qışlaq kimi istifadə edilir.

İstinadlar

  1. Planet, Lonely. Asie Centrale - Kazakhstan (fransız). Place Des Editeurs. 2011-10-20. ISBN 9782816118834. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-20.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.