Muxu Əliyev

Muxu Himbətoviç Əliyev (avar. Мухlу Гьимбатил Гlалиев; 6 avqust 1940, anadan olub, Tanusi kəndi, Xunzax rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sovet, Rusiya dövlət və siyasət xadimi. 6 mart 1990-cı ildən 23 avqust 1991-ci ilə qədər Dağıstan Sov.İKP-nın Vilayət Komitəsinin birinci katibi.

Muxu Əliyev
Muxu Himbətoviç Əliyev
14 iyun 2013 4 aprel 2014
PrezidentVladimir Putin
Dmitri Medvedyev
ƏvvəlkiMaqomedəli Maqomedov Dağıstan Respublikası Dövlət Şurasının sədri vəzifəsinə təyin edildi
SonrakıMaqomedəli Maqomedov
bayraq
Dağıstan Respublikası Xalq Məclisi sədri
bayraq2
18 aprel 1995 20 fevral 2006
SonrakıMaqomedsalam Maqomedov
bayraq
Dağıstan Sov.İKP-nın Vilayət Komitəsinin birinci katibi
6 mart 1990 23 avqust 1991
ƏvvəlkiMaqomed Yusifov
SonrakıMaqomedəli Maqomedov Dağıstan Respublikası Dövlət Şurasının sədri vəzifəsini ləğv etdi.
Şəxsi məlumatlar
Doğum tarixi 6 avqust 1940(1940-08-06) (83 yaş)
Partiya
Təhsili Dağıstan Dövlət Universiteti
İxtisası filoloq
Fəaliyyəti siyasətçi, dövlət xadimi
Dini islam (sünni)
Hərbi xidmət
Mənsubiyyəti SSRİ SSRİ
Rusiya Rusiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi filologiya elmləri doktoru
professor
Elmi adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 aprel 1995-ci ildən 20 fevral 2006-cı ilədək Dağıstan Respublikası Xalq Məclisinin sədri işləmişdir. 20 Fevral 2006-cı ildən 20 fevral 2010-cu ilə qədər Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsini icra etmişdir.

Həyatı

Muxu Əliyev milliyətcə Avardır.

  • 1962-ci ildə Dağıstan Dövlət Universitetinin (DDU) Filologiya fakültəsinin Dağıstan filologiyası şöbəsini bitirib, baş müəllim, məktəb direktoru vəzifələrində işləyib.
  • 1964-1966-cı illərdə Dağıstan Dövlət Universitetinin Komsomol Komitəsinin katibi, sonra Fəlsəfə bölməsinin aspirantı olub.
  • 1969-cu ildə Mahaçqala Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
  • 1972-ci il Mahaçqala Sov.İKP Sovet Rayon Komitəsinin birinci katibi çalışıb.
  • 1985-ci il Sov.İKP Dağıstan vilayət komitəsinin təşkilati, partiya və kadr işləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 1990-1991-ci illər Sov.İKP-nın Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsini icra edib.
  • 1990-cı ilin iyulunda Sov.İKP-nın XXVIII qurultayında Sov.İKP Mərkəzi Komitəsinin üzvü seçildi.
  • 1991-1995-ci illərdə öncə Sədr müavini, sonra Dağıstan Ali Şurasının sədri vəzifəsini icra edib.
  • 1995-2006-cı illərdə Dağıstan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmışdır.
  • 2006—2010-cu illərdə Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsində çalışıb.

29 sentyabr 2006-cı ildən 16 mart 2007-ci ilə qədər Rusiya Federasiyası Dövlət Şurası Rəyasət Heyətinin üzvü olub.[1][2]

Ailəsi

Muxu Əliyev evlidir. İki övladı var.

Elmi fəaliyyəti

Muxu Əliyev filologiya elmləri doktoru, professordur.[3]

Onun elmi araşdırmaların əsas istiqamətləri Rusiya dövlətçiliyinin formalaşması problemləri, Şimali Qafqazdakı etnopolitik vəziyyət, vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyi prosesində vətəndaş, milli və konfessional razılığın öyrənilməsi, nəzəri, siyasi və hüquqi, mənəvi, əxlaqi və aksioloji razılıq problemləri istiqamətində olmuşdur.

İctimai-siyasi görüşləri

Muxu Əliyev möhkəm ictimai mövqeyə və sərbəst siyasi görüşlərə malikdir. Dağıstan rəhbəri olduğu dövrdə o, hakimiyyətin problemləri barədə sərbəst danışırdı. Xüsusilə Şimali Qafqazda islam terroru və işsizlik barədə kifaqət qədər sərt çıxışlar etmişdir. Muxu Əliyev korrupsiyaya bulaşmış dövlət orqanlarının tənqidi ilə məşhurdur. 2006-cı ilin aprelində "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə Muxu Əliyev müxalifətin olmasının idarəetmənin və demokratiyanın əsas şərti adlandırmışdır: "Normal cəmiyyətdə dövlətin konstruktiv müxalifəti olmalıdır. Ümid edirəm ki, bizdə də olacaq. Onun olmaması yerini avtoritarizmlə doldurulur. Hakimiyyət özü demokratiyada maraqlı olmalıdır. Belə ki, ictimai sektor gücləndikdə hakimiyyəti də idarə etmək asan olur".[4]

Onun Dağıstan rəhbəri təyin olunması Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə xüsusi nümayəndəsi Dmitri Kozakın şəxsi təqdimatı ilə olmuşdur.[5] M Əliyevin namizədliyi veriləndə onu müxtəlif avar siyasi xadimləri (xüsusən Xasavyurt meri Sayqidpaşa Umaxanov) dəstəkləyirdi. Dağıstan hökumətinin əksər nazirləri təyinatlarını Əliyevə borclu idilər. Onların bir çoxu (məsələn, iqtisadiyyat naziri Alavudin Mirzabalayev) əvvəllər Əliyevin rəhbərlik etdiyi Dağıstan Xalq Məclisinin keçmiş deputatları idi.

Mükafatları

  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Şərəf nişanı" ordeni
  • Federasiya Şurasının fəxri fərmanı
  • "Dağıstan Respublikasının xidmətlərinə görə" ordeni
  • "IV dərəcəli Vətənə xidmətə görə" ordeni (25 dekabr 2000) — Dağıstan Respublikasının konstitusiya quruluşunu qorumaq, xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi və uzun illər vicdanlı əməyi ilə bağlı vətəndaşlıq borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə[6]
  • III dərəcəli Vətənə xidmətə görə orden (14 noyabr 2005) — Rusiya dövlətçiliyinin möhkəmlənməsinə və qanun yaradıcılığındakı xidmətlərinə görə[7]
  • "Federal İcra Hakimiyyətinin 10 illiyi" medalı (18 oktyabr 2007)[8]
  • "Şərəf" ordeni (2008) — respublikanın sosial-iqtisadi vəziyyətinin inkişafına, təhlükəsizlik ilə bağlı məsələlərin həllinə verdiyi töhfələrə görə[9]
  • "Moskva Müqəddəs Şahzadəsi Daniel" ordeni (15 iyul 2009) — dini həyat problemlərinin həlli səyləri nəzərə alınmaqla Bakı-Xəzər Yeparxiyasının dirçəlişinin 10 illiyini qeyd edilməsindəki yüksək səy və fəaliyyətinə görə[10]
  • "II dərəcəli Vətənə xidmətə görə" ordeni (18 fevral 2010) — dövlətə xidmətlərinə və respublikanın sosial-iqtisadi inkişafına verdiyi əvəzsiz və böyük şəxsi töhfələrinə görə[11]
  • "Aleksandr Nevski" ordeni (2015)[12]

İstinadlar

  1. "Распоряжение Президента Российской Федерации от 29.09.2006 г. № 460-рп «О президиуме Государственного совета Российской Федерации»". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  2. "Распоряжение Президента Российской Федерации от 16.03.2007 г. № 110-рп «О президиуме Государственного совета Российской Федерации»". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  3. "Алиев Муху Гимбатович". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  4. "Алиев, Муху Гимбатович, На посту главы Дагестанa". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  5. ОДИН ДЕНЬ ПРЕЗИДЕНТА Глава Дагестана Муху Алиев принимал посетителей в присутствии обозревателя «Новой»
  6. "Указ Президента Российской Федерации от 25.12.2000 г. № 2081 «О награждении государственными наградами Российской Федерации граждан Республики Дагестан»". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  7. "Указ Президента Российской Федерации от 14.11.2005 г. № 1316 «О награждении орденом «За заслуги перед Отечеством» III степени Алиева М. Г.»". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  8. "Видные государственные и общественные деятели Российской Федерации и иностранных государств, награждённые ведомственными наградами Федеральной службы судебных приставов". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  9. "Путин наградил президента Дагестана орденом Почета". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  10. "Президент Дагестана Муху Алиев награжден орденом Святого благоверного князя Даниила Московского". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  11. "Указ Президента Российской Федерации от 18.02.2010 г. № 218 «О награждении орденом «За заслуги перед Отечеством» II степени Алиева М. Г.»". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  12. "Путин наградил Муху Гимбатовича орденом Александра Невского". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.