Muxtarov məscidi (Vladiqafqaz)
Muxtarov məscidi (rus. Мечеть Мухтарова, oset. Мухтаровы мæзджыт) və ya sadəcə Sünni məscidi (rus. Суннитская мечеть) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
Muxtarov məscidi | |
---|---|
rus. Мечеть Мухтарова oset. Мухтаровы мæзджыт | |
43°01′33″ şm. e. 44°40′33″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Vladiqafqaz |
Yerləşir | Vladiqafqaz |
Memar | İosif Ploşko |
Sifarişçi | Murtuza Muxtarov |
Tikilmə tarixi | 1900—1908 |
Üslubu | Misir stili[1] |
Minarələri | 2 |
Günbəzləri | 1 |
Material | kərpic |
Vəziyyəti | yaxşı |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 1510010000 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
İnşa tarixi
1900–1908-ci illərdə tanınmış Bakı milyonçusu Murtuza Muxtarov məscidin tikilməsinə maliyyə köməkliyi edir. "Priazovskiy kray" qəzetinin məlumatına görə 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Murtuza ağa Muxtarov vermişdir. Bu səbədən məbədə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur.[qeyd 1] Məscidin tikintisi 14 oktyabr 1908-ci il tarixində tamamlanmışdır.
Memarlıq üslubu
Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir. Məscidin girəcəyi qot tağı (neştərəbənzər) ilə bəzədilmişdir. İki yaruslu, azan üçün eyvanı ola qoşa simmetrik minarələr girişin hər iki tərəfindən ucalmışdır. Minarələr və günbəz qızılı çubuqlar üzərində aypara ilə tamamlanır. Minarələrin hündürlüyü 33 m-dir. Məscid daxilində döşəmədən günbəzə qədər hündürlük 16.5 m-dir. Layihə zamanı Misirin paytaxtı Qahirə şəhərindəki Əl-Əzhər (970–972) və digər məscidlərin ornamentlərindən istifadə etmişdir. Tikinti zamanı istifadə olunan əhəng daşı Bakı ətrafındakı karxanalaradan aparılmışdır.[2] Bəzək və rəssamlıq əsasən də Х-ХII əsr Qahirə məscidlərini xatırladır. Dekorasiyasında ərəb əlifbası ilə Qurani-Kərimdən ayələr işlənmişdir.[3]. İki minarəsi və bir günbəzi olan məscidin giriş qapısı şimala tərəfdir. 1934-cü ildən etibarən tarixi abidə statusu alaraq qorunur. 1996-cı ildə partlayış zamanı ciddi dağıntıya məruz qalmışdır.
Məscid 2019-cu ildə Azərbaycan prezidentinin maddi dəstəyi ilə bərpa edilib[4].
Qeydlər
- Bakı şəhərindəki Səadət Sarayı da həmin memar tərəfindən layihələndirilmişdi.
İstinadlar
- Михаил Рощин Ислам в Северной Осетии Arxivləşdirilib 2013-09-24 at the Wayback Machine
- Şimali Osetiya Sosial Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Sosial və Siyasi Araşdırmalar İnstitutu Старый Владикавказ. Историко-этнологическое исследование Arxivləşdirilib 2019-02-20 at the Wayback Machine
- Muxtarov Məscidi-Республика Северная Осетия-Алания Arxivləşdirilib 2021-12-21 at the Wayback Machine
- "Azərbaycan Prezidentinin şəxsi yardımı ilə bərpa olunmuş Vladiqafqazdakı Muxtarov məscidinin açılışı olub" (az.). trend.az. 26 yanvar 2019. 21 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2022.