Muxtar Məmmədov (dövlət xadimi)
Muxtar Məmməd oğlu Məmmədov (1983, Bakı) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən).
Muxtar Məmmədov | |
---|---|
Vəzifədədir | |
11 yanvar 2023-cü ildən | |
Prezident | İlham Əliyev |
28 iyul 2022 – 11 yanvar 2023 | |
Nazir | Emin Əmrullayev |
29 aprel 2021 – 28 iyul 2022 | |
Nazir | Emin Əmrullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1983 |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.
2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.
2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib[1]
İngilis, rus və türk dillərini bilir.
Evlidir, iki övladı var.
İstinadlar
- "M. M. Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.