Muxtar Hacıyev
Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922). Aprel döyüşləri şəhidi, kapitan Mühüd Orucov Muxtar Hacıyevin şəcərə varisidir.
Muxtar Hacıyev | |
---|---|
29 yanvar 1932[1] – 1933 | |
Əvvəlki | Seyidcəfər Yaqubov |
Azərbaycan SSR xalq torpaq komissarı | |
i. e. 1928 – 1930 | |
Azərbaycan SSR xalq ictimai təminat komissarı | |
1927 – 1928 | |
Əvvəlki | Məmməd Məmmədyarov |
19 may 1921 – 6 may 1922 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Səməd ağa Ağamalıoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1938 (61 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir.[2]
Repressiya qurbanı olmuşdur. 1938-ci ildə ölmüşdür.
Siyasi fəaliyyəti
Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur.[2]
Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.[2]
Muxtar Hacıyev 1920–1921-ci illərdə Qazax Qəza İnqilab Komitəsinin sədri olmuşdur. 1921-ci ildə keçirilmiş Birinci Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. O, bu vəzifədə 1922-ci ilədək çalışmış, 1922–1926-cı illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının kollegiya üzvü olmuşdur. 1927-ci ildə Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin edilmiş, 1928–1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsini icra etmişdir. 1932–1933-cü illərdə isə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.[3]
Muxtar Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü , Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və rəyasət heyətlərinin üzvü olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə sədrlik etmişdir.[2] Muxtar Hacıyevin həyat yoldaşı Söylü xanım da repressiya qurbanı olmuş və Qazaxıstana sürgün edilmişdir. Muxtar Hacıyevin 4 qızı, 1 oğlu olub: Tükəzban, Azadə, Gülgəz,Cəvahir və Kamran. Qızı Gülgəz Emin ağa Acalovun oğlu ilə ailəli olub və Namiq adlı oğulları olub bu evlilikdən.
Mükafatları
Muxtar Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
- ASŞC A'li Məhqəmə sədri hakkьnda // Kommynist. № 28 (3445). 1 fevral 1932. S. 4.
- Һаҹыјев Мухтар Һаҹы оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 153.
- М. Һ. Һаҹыјев // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 117–118.