Muxtar (Xocalı)

Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır.[1] Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş[2] kənd Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşir. Muxtar kəndi 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir.

Muxtar
39°45′41″ şm. e. 46°46′28″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Muxtar xəritədə
Muxtar
Muxtar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər.[3] Ermənilər tərəfindən Mxitarişen adlandırılır.

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Muxtar kəndinin əhalisinin faktiki sayı 77 nəfər, qeydiyyatdakı əhalinin sayı 90 nəfər təşkil edirdi[4].

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.