Muxas
Muxas — Azərbaycan Respublikasının Oğuz rayonunun Muxas kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Muxas | |
---|---|
41°06′13″ şm. e. 47°23′09″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 766 m |
Saat qurşağı | |
|
Toponimikası
Türkdilli tayfaların toponimiyasında Mux çay adlarında "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Türkdilli xalqların toponimiyasında mux çay adlarında çayın “az sulu”, "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, -as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir.[2]
Tarixi
Keçmişdə Muxas Bucaqlı da adlanmışdır.
Tarixi abidələri
Kəndin ərazisində memarlıq abidələrindən məşhur Muxas qülləsi (IX əsr) var.
Coğrafiyası və iqlimi
Kənd Rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir.
Əhalisi
Kəndin əhalisi 1354 nəfərdir (01 yanvar 2013-cü il).
İqtisadiyyatı
Kənd əhalisi heyvandarlıq, bağçılıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olur.
Mədəniyəti
Kənddə tam orta məktəb, körpələr evi-uşaq bağçası, Diyarşünaslıq evi, kitabxana, poçt, 175 yerlik elektron ATS, feldşer-mama məntəqəsi, ticarət, iaşə və məişət xidməti obyektləri var. Mədəniyyət evində 3 özfəaliyyət dərnəyi fəaliyyət göstərir
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- Muxas // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.