Mutasiya (Genetik alqoritm)
Genetik alqoritmlərdə istifadə edilən və bir haldan başqa hala keçmək mənasını verən mutasiya qısaca bir geni meydana gətirən xromosomların dəyişməsidir. Bu dəyişmə aşağıdakı şəkillərdən biri ola bilər:
- Tərsləmə (Inversion)
- Yerləşdirmə (Insertion)
- Çıxarma (Displacement)
- Yer dəyişdirmə (Reciprocal Exchange, Swap)
Yuxarıdakı bu mutasiyaları aşağıdakı nümunələr ilə izah edək:
- Tərsləmə, seçilən bir xromosomun dəyərinin tərsinə çevirilməsidir.
- Məsələn: 110101 -> 100101 nümunəsindəki ikinci xromosomun tərsi alınmışdır.
- Yerləşdirmə əməliyyatı, gen düzülməsinə yeni bir xromosom əlavə olunması şəklində olar.
- Məsələn : 110101 -> 1100101 düzülmənin 3. xromosom əlavə olunmuşdur.
- Çıxarma əməliyyatı isə düzülmədən bir xromosomun azaldılması ilə reallaşar.
- Məsələn 110101 -> 10101 düzülmədəki 2. xromosom çıxarılmışdır.
- Yer dəyişdirmə əməliyyatında da mövcud xromosomlardan birinin sıradakı yerinin dəyişməsidir.
- Məsələn 110101 -> 100111 düzülmədəki ikinci xromosom ilə 5. xromosom yer dəyişdirmişdir.
Həmçinin Bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.