Mustafa bəy Qabulov

Mustafa bəy Qabul oğlu QabulovBakı şəhərinin polismeystri.

Mustafa bəy Qabulov
Mustafa bəy Qabul oğlu Qabulov
10 aprel 1920 27 aprel 1920
ƏvvəlkiRüstəm bəy Mirzəyev
24 yanvar 1920 10 aprel 1920
SonrakıRüstəm bəy Kərimbəyov
1919 24 yanvar 1920
SonrakıLütvəli bəy Zülqədərov
Şəxsi məlumatlar
Doğum tarixi 1840
Doğum yeri
Vəfat tarixi 29 may 1920(1920-05-29)
Vəfat yeri

Həyatı

Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, 1919-cu ildə Cavanşir qəzasının rəisi təyin edilmiş və bu vəzifədə 1920-ci ilin yanvarınadək fəaliyyət göstərmişdi. Daxili işlər naziri Mustafa bəy Vəkilovun 24 yanvar 1920-ci il tarixli 805 nomrəli əmri ilə Mustafa bəy Qabulov tutduğu vəzifəsindən azad olunaraq xidmətdə irəli çəkilmiş və Balaxanı-Sabunçu polismeysteri təyin olunmuşdu. O, 1-ci dərəcə üzrə ayda 3.600 manat məvaciblə bu vəzifədə 1920-ci il aprelin 10-dək işləmişdi. Bakı Möhkəmləndirilmiş rayonun general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasın 7 aprel 1920-ci il tarixli 6966 nömrəli əmri ilə Bakı polismeysteri Rüstəm bəy Mirzəyev tutduğu vəzifəsindən azad olunmuşdu. Daxili işlər naziri Mustafa bəy Vəkilovun 10 aprel 1920-ci il tarixli əmri ilə daha məsul vəzifəyə — Bakı şəhərinin polismeysteri vəzifəsinə təyin edilmiş, bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək bu vəzifədə çalışmışdır.[1]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm bəy Mirzəyev bir qrup keçmiş Azərbaycan Cümhuriyyəti DİN-in məmuru sırasında "Müsavat hökumətinə" xidmət etdiyi üçün həbs olunub, bolşevik Əli Bayramovun "işi" üzrə mühakimə olunaraq Azərbaycan SSR Ali inqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də güllələnmişdi[2]

O sonralar bu haqda belə demişdir:

" 1920-ci il aprelin 10-da Bakı Dəmir Yolunun Tiflis vağzalında şəxsi vaqonunda məni qəbul edən Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Mustafa bəy Vəkilov mənim yeni vəzifəyə — Bakı şəhərinin polismeysteri vəzifəsinə təyin olunduğumu bildirərək, tapşırdı ki, özbaşınalığına görə polismeyster Rüstəm bəy Mirzəyevi həbs edim. O və yaxın adamları bolşevik Əli Bayramovun oğurlanıb vəhşicəsinə qətlə yetirilməsində müqəssir bilinirdilər. Mən Rüstəm bəy Mirzəyevi və daha 3 nəfər qorodovoyu həbs edib, silahlı konvoyun müşayiəti ilə Bayıl Dustaxxanasına saldırdım. Rüstəm bəy Mirzəyevin yaxın qohumu, 4-cü sahə polisinin pristavı Nurəddin Seyidovun (o, polismeyster Rüstəm bəy Mirzəyevin baçısı oğluydu) və onun müavini Süleyman bəy Sübhanverdixanovun yerlərini dəyişib Balaxanıya göndərdim… "

Həmçinin bax

İstinadlar

  1. Şahsevən, İltifat. İSTİQLAL FƏDAİLƏRİ – AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI. Bakı: Mütərcim. 2013.
  2. "Arxivlənmiş surət". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.