Mustafa ağa Arif

Mustafa ağa Arif (1774-1845) — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Qazax sultanlığının son sultanı.

Mustafa Ağa Arif
Mustafa ağa Şıxı ağa oğlu Şıxlı
XIX əsr 1801
ƏvvəlkiƏli ağa Salahlı
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum adı Мустафа-ага Шыхы-ага оглу Шыхлы
Doğum tarixi
Doğum yeri II Şıxlı, Qazax sultanlığı
Vəfat tarixi
Vəfat yeri Xarkov, Rusiya imperiyası
Fəaliyyəti şair
Uşağı Abdullah ağa

Həyatı

Mustafa ağa Şıxı ağa oğlu 1774-cü ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Mustafa ağa şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı.Onun haqqında Firudin bəy Köçərli yazır: "Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir".

Mustafa ağa Nəsib sultan Şəmsəddinli ilə bərabər tutulub Xarkova sürgün edilmişdi. 1845-ci ildə orada vəfat edib.

Ailəsi

Mustafa ağanın Abdulla ağa adlı oğlu vardı.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.