Mustafa Miyasoğlu
Mustafa Miyasoğlu (1946, Kayseri – 1 avqust 2013, İstanbul) — türkiyəli yazıçı, şair, dramaturq, tədqiqatçı
Mustafa Miyasoğlu | |
---|---|
Mustafa Miyasoğlu | |
Təxəllüsləri | Semih Güngör, Mehmet Sadef, Osman Burak |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 2013 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Türk |
Təhsili | |
Fəaliyyəti | müəllim, tədqiqatçı, yazıçı |
Əsərlərinin dili | türkcə |
Janrlar | Roman, hekayə, şeir, esse, səyahətnamə, biyoqrafik əsər, elmi-publisistik məqalə, tədqiqat |
İlk əsəri | "Röya çağrışı" şeirlər toplusu |
Tanınmış əsərləri | "İtirilmiş günlər", "Gözəl ölüm" romanları, "Nəcib Fazil Qısakürək ərməğanı" adlı tədqiqat əsəri |
Üzvlüyü | Türkiyə Yazıçılar Birliyinin üzvü, Dünya İslami Ədəbiyyat Birliyinin üzvü, İslami Ədəbiyyat Vəqfinin üzvü |
Həyatı
14 avqust 1946-cı ildə Kayseridə dünyaya göz açan Mustafa Miyasoğlu ilk təhsilini burada Kayseri M. Karamancı məktəbində almış, daha sonra 1967-ci ildə Kayseri Axşam Liseyindən məzun olmuşdur. Ədəbiyyata, xüsusən də Nəcib Fazil yaradıcılığına marağı bu illərdə formalaşmışdır. "1965-ci ildə Nəcib Fazili dinləmək bizim için bir dönüş nöqtəsi oldu" deyən yazıçı üçün bu illər, onun qəzet və dərgi çalışmalarına qatıldığı, "Böyük Doğu Fikir Klubu"nun seminarlarını dinlədiyi illərdir.[1] İstanbul Üniversiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə təhsil alan yazıçı 1973-cü ildə buranı müvəffəqiyyətlə bitirib, 1974–1978-ci illərdə İzmitdə İmam Hatib liseyində, 1978–1981-ci illərdə İstanbul Şəhrəmini liseyində, 1985–1988-ci illərdə Memar Sinan Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.[2] 1988–1992-ci illərdə YÖK (Yüksək Öyrətim Kurulu) və Milli Təhsil Nazirliyinin təyinatı ilə Pakistanın İslamabad şəhərində Modern Dillər Universitetində professor kimi fəaliyyətinə davam etdirmişdir.[3] Vətənə qayıtdıqdan sonra İstanbulda bu fəaliyyətini davam etdirmiş, eyni zamanda 1996–1998-ci illərdə Şəhər teatr repertuarında çalışmışdır.[4] Yazıçılığa daha çox vaxt ayırmaq üçün 1998-ci ildə Universitetdəki işindən ayrılıb təqaüdə çıxmışdır. O, qısa bir müddət Tuzla Bələdiyyəsinin mətbuat katibi kimi də fəaliyyət göstərmişdir.[5] Çoxsahəli yaradıcılığa malik olan Mustafa Miyasoğlu ədəbiyyatın bütün sahələrində əsərlər yazmış, zəngin bədii irs buraxmışdır. O, 1 avqust 2013-cü ildə dünyasını dəyişmiş, vəsiyyətinə görə ustadı Nəcib Fazil Qısakürəkin məzarının yaxınlığında Əyyub qəbristanlığında dəfn olunmuşdur.[6][7] "Dil və ədəbiyyat" jurnalının 57-ci sayı M. Miyasoğlunun əziz xatirəsinə həsr edilmişdir.[8]
Fəaliyyəti
Yazıçı, dramaturq, tədqiqatçı Mustafa Miyasoğlu publisistika ilə də məşğul olmuş, 1968-ci ildən bir çox jurnallarda elmi-publisistik məqalələr yazmış, türk ədəbiyyatının problemləriylə bağlı geniş diskurslar aparmışdır. O, "Milli gənclik", "Yeni sənət", "Sedir" jurnallarında redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Ədəbiyyat aləminə 1967-ci ildə Kayseridə "Filiz" məcmuasında çap olunan şeiriylə gələn Mustafa Miyasoğlu "Hisar", "Türk ədəbiyyatı", "Ədəbiyyat", "Mavera", "Milli gənclik", "Yeni sənət", "Yeni dövr", "Vaxt", "Hərəkət", "Tarix və düşüncə" kimi müxtəlif qəzet və jurnallarda əsərləri dərc olunmuşdur.[9] O, "Suffə" nəşrlərini quraraq Suffe Mədəniyyət və incəsənət illik kitabının beş cildini (1982–88) nəşr etdirmişdi. Mustafa Miyasoğlu radio və televiziya proqramlarında iştirak etmiş, türk ədəbiyyatı ilə bağlı geniş tədqiqatlar aparmış, antologiyalar hazırlayıb təqdim etmişdir. O, eyni zamanda dramaturq kimi də fəaliyyət göstərmiş, "Ümid suları" adlı pyes yazmışdır. Bununla yanaşı, Əhməd Midhat əfəndinin "Çəngi" romanını "Daniş Çələbi və çəngi Sümbül" adı altında ssenariləşdirmişdir.[10] Əsər 2003-cü ildə İstanbul Böyük Şəhər Bələdiyyəsi şəhər teatrlarında səhnəyə qoyulmuş, böyük maraqla qarşılanmışdır. Şair, nasir, dramaturq Mustafa Miyasoğlu romanlarıyla xüsusi şöhrət qazanmış, Türkiyə Yazıçılar Birliyi tərəfindən müxtəlif vaxtlarda iki dəfə "İlin romançısı" adına layiq görülmüşdür.[11] Əsərləri ərəb, ingilis və urdu dillərinə tərcümə edilərək çap edilmişdir.[12]
Şeir kitabları
|
Hekayələri
- Keçmiş zaman aynası(1976)
- Pancur (1998)
- Devrim avtomobili (1982)
Romanları
- İtirilmiş günlər ("Kaybolmuş Günler", 1975)
- Döngə (1980)
- Gözəl ölüm (1982). Roman tədqiqatçı Sabri Tevfik Hammam tərəfindən ərəb dilinə tərcümə edilərək, 2008-ci ildə Qahirədə nəşr edilmişdir.[14]
- Eşq macərası ("Bir Aşk Serüveni", 1995),
- Yollar və izlər (2002). Bu əsər Məsud Akhtar Şaiq tərəfindən "Roads and Footprints" adıyla ingils dilinə tərcümə edilib, 2003-cü ildə Konyada nəşr edilmişdir.[2]
Pyesləri
- Ümid sular (1973)
- Telefon (1973, radio teatrı)
Yol qeydləri, xatirə və səyahətnamələri
- Zügüdar Babildən Tac Mahala (2003, səyahətnamə)
- Strasburq günlüyü (2004, gündəlik, yol qeydləri)
- Min bir günlük (2005, gündəlik, yol qeydləri)
Esse və elmi-publisistik, tənqidi əsərləri
- Ədəbiyyat ənənəsi (1975)
- Dövlət və zeniyyət (1980)
- Mühacir (1981)
- Roman düşüncəsi və türk romanı (1998)
- Kültür həyatımız (1999)
- Sənət və ədəbiyyat söhbətləri (2000)
- Ədəbiyyat söhbətləri (2003)
- Zamansız bağçalar (2009)
Tədqiqat əsərləri
- Dədə Qorqud kitabı (1984, araşdırma, sadələşdirmə, Səmih Güngör imzasıyla)
- Nəcib Fazil Qısakürək ərməğanı (1984, əlavələrlə 1996, 2004)
- Nəcib Fazil Qısakürək (1985)
- Asəf Halət Çələbi (1985, Səmih Güngör imzasıyla)
- Ziya Osman Səba (1987)
- Haldun Tanər (1988)
- Bir könül mədəniyyəti (2005)
Hazırladığı antologiyalar
- Çağdaş islami şeirlər antologiyası (1988)
- Çəngi (Əhməd Midhat əfəndinin eyni adlı əsəri əsasında ssenari, 1997)
- Gül şeirləri antologiyası (1999)
Mükafatları
- 1975-ci ildə "İtirilmiş günlər" ("Kaybolmuş Günler") romanı Türkiyə Milli Mədəniyyət Vəqfi Ərməğanına layiq görülmüşdür.
- 1980-ci ildə "Döngə" ("Dönemeç") romanı Türkiyə Yazıçılar Birliyi tərəfindən "İlin romançısı" mükafatına layiq görülmüşdür.
- 1981-ci ildə "Hicrət Dastanı" adlı şeir kitabı Türkiyə Milli Mədəniyyət Vəfqi tərəfindən mükafata layiq görülmüşdür.
- 1995-ci ildə "Eşq macərası" ("Bir Aşk Serüveni") adlı əsəri "İlin romançısı" mükafatına layiq görülmüşdür.[15]
Həmçinin bax
İstinadlar
- Zeki Taştan. "Mustafa Miyasoğlu'nun Hayatı, Eserleri ve Romancılığı". Yüzüncü Yıl Üniversitesi. Sosyal Bilimler Enstitüsü Dergisi, s.15-32. (türkcə). www.academia.edu. 2013. Archived from the original on 2023-05-06.
- Sait Karagöz. "Mustafa Miyasoğlu Hayatı ve Eserleri" (türkcə). www.liseedebiyat.com. 22.04.2018. Archived from the original on 2023-04-30.
- Abdullah Uçman. "Miyasoğlu, Mustafa - şair, roman ve deneme yazarı - TDV İslam Ansiklopedisi" (türkcə). islamansiklopedisi.org.tr. Archived from the original on 2023-04-30.
- Eşqanə Babayeva. "Türk ədəbiyyatının böyük ustadı. Müsahibimiz Nəcib Fazil Qısakürəyin tədqiqatçısı Mustafa Miyasoğludur". Xalq qəzeti, s.7 (Azərbaycan dilində). anl.az. 31.01.2010. 30.04.2023 tarixində arxivləşdirilib.
- Nurullah Çetin. "Türk Edebiyatı İsimler Sözlüğü M.Miyasoğlu" (türkcə). teis.yesevi.edu.tr. 13.03.2019. Archived from the original on 2023-02-12.
- "Yazar Mustafa Miyasoğlu toprağa verildi" (türkcə). www.star.com.tr. 02.08.2023. Archived from the original on 2023-05-04.
- "Miyasoğlu Hakk`a yürüdü" (türkcə). www.erzurumgazetesi.com.tr. 01.08.2023. Archived from the original on 2013-08-05.
- "Dil ve Edebiyat dergisi, Mustafa Miyasoğlu özel sayısı" (türkcə). dergilik.blogspot.com. 09.11.2013. Archived from the original on 2017-11-12.
- Hayri Bostan. "Mustafa Miyasoğlu ile roman üzerine bir söyleşi" (türkcə). ahenkdergisiderdestan.blogspot.com. 13.03.2016. Archived from the original on 2023-05-03.
- Mustafa Miyasoğlu. "Ahmet Mithat Efendi`nin kültür mirası" (türkcə). www.tarihistan.org. 18.12.2012. Archived from the original on 2020-09-24.
- Mustafa Miyasoğlu. "Edebiyat Geleneği" (türkcə). www.turkedebiyati.org. 2007. Archived from the original on 2023-04-19.
- "Mustafa Miyasoğlu" (türkcə). www.turkcebilgi.org. Archived from the original on 2012-08-18.
- Hilal Uştuk. "Edebiyatın çok yönlü kalemi: Mustafa Miyasoğlu" (türkcə). www.aa.com.tr. 01.08.2020. Archived from the original on 2023-02-11.
- Yaşar Keskin. "Mustafa Miyasoğlu hayatı - eserleri - sanatı". T.C.Selçuk Universitesi Sosyal Bilimler Enstitüsü Türk Dili ve Edebiyatı Anabilim Dalında hazırlanan Yüksek Lisans tezi (türkcə). docplayer.biz.tr. 2015. Archived from the original on 2019-09-13.
- "Biyografya: Mustafa Miyasoğlu - şair, yazar" (türkcə). www.biyografya.com. Archived from the original on 2022-05-17.