Mustafa Babanlı

Mustafa BabanlıAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015[1]–2023[2]), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub.

Mustafa Babanlı
Mustafa Baba oğlu Babanlı
Doğum tarixi
Doğum yeri Saatlı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı Professor
İş yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Təhsili
Tanınır forma yaddaşlı ərintilər üzrə mütəxəsis
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2020

Həyatı

Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır.

M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.

27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək "materialşünaslıq" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.[3]

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilmişdir.[4] Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür.[5]

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib.[6]

Ailəlidir, 2 qızı, 1 oğlu var.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.

Elmi işlərinin istiqaməti

  • Massiv amorf ərintilərin işlənməsi.
  • Forma yaddaşlı ərintilərin işlənməsi.
  • Materialların yeni texnologiyalarla hazırlanması.
  • Nanoquruluşlu forma yaddaşlı ərintilərin işlənməsi.

M. Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi vardır. Müdafiədən sonra M. Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunmuşdur.

1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev, Ukrayna), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Texniki Universiteti (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində "STCU-453" (1997–1999), "DNİPRO" (1999–2002), "ECONET" (2002–2005), "STCU-3520" (2006–2009), "CNRS-ANAS" (2009–2010), "CNRS-ANAS" (2010–2011) "STCU-5078" (2010–2011) və "STCU-5595" (2012–2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik etmişdir.[7]

Əsas tədris-metodiki işləri

  1. Termiki emal texnologiyası. Dərslik, Bakı, "ELM" 2012, 325s. (həmmüəlliflə).
  2. Layihə menecmenti. Dərs vəsaiti, Bakı, 2013, 210s.
  3. Ərintilərin plastiki və termiki emalı. Monoqrafiya, Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2013, 310 s. (həmmüəlliflə).
  4. Nadir metalların metallurgiyasının nəzəri əsasları və texnologiyası. Fənn proqramı, Bakı, 2013, 12səh.
  5. Механические свойства металлов. Dərs vəsaiti, Bakı, 2012, 112s. (həmmüəlliflə).
  6. Termiki emal sexlərinin layihələndirilməsi və avadanlıqları. Fənn proqramı, Bakı, 2012, 6 səh.
  7. Механические свойства металлов. Fənn proqramı, Bakı, 2012, 6 səh. Əsas elmi işləri:
  8. Shape Memory Behavior in Some (Ti, Zr, Hf)50(Ni, Cu)50 Alloys Elaborated by Glass Diversification. Advances in Science and Technology Vol. 59 (2008) pp 113–118 Trans Tech Publications, Switzerland.
  9. Износостойкий биметалл из синтетического чугуна Журнал "Процессы литья", 2011, № 4, с. 54–58.
  10. Структурные состояния в сплавах системы (Ti, Hf)50 (Ni, Cu)50 при закалке из расплава. Журнал Известия Вузов. Химия и химическая технология, 2011, т.54, № 4, с.58–61
  11. KOICA Project of Education Network for Azerbaijan Technical University. KPU İnternational Forum: "Improving global network in industrial technology education", Koreya, Seul, Konfrans materiallari, səh.51–63
  12. Методы получения аморфных и микрокристаллических сплавов журнал "Процессы литья", 2011, № 6, с. 63–69
  13. Titanın mislə maye ərintilərinin əmələgəlmə entalpiyası. Проблемы Химии, 2011, № 4, c.585–591
  14. Механические свойства многокомпонентных сплавов TiHfNiCu полученные инновационными технологиями. Международная конференция "Инновационные технологии и экономика в машиностроении" Томский Политехнический Университет, г.Юрга, 2012, Сб.трудов, стр.153–156
  15. Перспективы внедрения информационно-коммуникационных технологий на пути к информационному обществу. Материалы международной конференции. //Москва, Материалы международной конференции МГТУ им.Н.Э.Баумана 2012, 87–93.
  16. X-ray and electron diffraction analysis of Mo-induced bainitic transformation in low carbon steels: -The case of continuous cooling International Journal of Materials Research, Germany, 2013.
  17. Application of information and communication technologies in development of e-education. International Conference Proceedings "ICAICTSEE", 2012, Sofia, Bulgaria, pp. 19–24

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.