Mustafa Asım Turqut

Mustafa Asım Turqut (1870-1937) — Osmanlı İmperiyasının son dövründə xidmət edən türk siyasətçisi.

Mustafa Asım Turqut
türk. Mustafa Asım Turgut
Doğum tarixi
Vəfat tarixi
Milliyyəti Türk
Fəaliyyəti Siyasətçi

Həyatı

Mustafa Asım bəy 1870-ci ildə anadan olmuşdur. 1908-ci ildə II Konstitusiya monarxiyasının elanından sonra Stokholma səfir vəzifəsinə təyin edildi. 1908-ci ildən 1909-cu ilin fevral ayına kimi bu vəzifəni icra etdikdən sonra 1909-cu ildə Sofiyaya səfir təyin edildi. 1909 və 1911-ci ilin iyun ayları arasında bu vəzifədə xidmət etdi, 1911-ci ildə isə Xarici İşlər Naziri oldu. 1911-ci ilin oktyabr ayından 1912-ci ilin iyul ayına qədər bu vəzifədə təxminən bir il işləmişdir.

Birinci Dünya müharibəsindən sonrakı dövr

1914-cü ilin yanvarından 1916-cı ilin fevralına qədər Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının Tehrandakı səfiri idi. Daha sonra isə, Vyanada səfir olan Mustafa Asım vəzifəsindən ayrıldıqdan sonra bir müddət Vyanada yaşamağa davam etdi. Respublikanın elanından sonra 1932-ci ildə Türkiyəyə geri döndü.

1937-ci ildə vəfat edən Mustafa Asım Turqut məşhur qadın üzgüçü olan Leyla Asım Turqutun atası idi.

Həmçinin bax

  • Leyla Asım Turqut

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.