Musiqi albomu

Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumat verən bukletlər (ing. booklet) ola bilər.[1][2]

Teylor Sviftin 2023-cü ildə buraxdığı "1989 (Taylor's Version)" albomu.

Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd sinql buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.

Haqqında

Tanınmış sənətçilər konsert turları başa çatdıqdan sonra yeni mahnılar üzərində işləməyə başlayırlar.[3] Albomlar ortalama olaraq 12–13 trekdən ibarət olduğu üçün bu da xeyli vaxt almaqdadır. Sənətçilər mahnı yazmaq üçün prodüserlərlə birlikdə çalışırlar. Sənətçi mahnının sözlərini tamamladıqdan sonra, səsini yazmaq üçün prodüserlə birlikdə səsyazma studiyasında sessiyalar keçirir.[4]

Albom yalnız yeni yazılmış mahnılardan təşkil olunur. Sənətçilər albom buraxılmazdan əvvəl buraxılış tarixini elan edə və albom üçün əvvəlcədən sifarişləri aça bilərlər. Sənətçilər albom buraxıldıqdan sonra və ya buraxılmasına az qalmış konsert turlarına başlaya bilər. Bu konsertlərdə sənətçi əsasən yeni mahnıları ifa edir.

İstinadlar

  1. Kreutzmann, Bill; Eisen, Benjy. Deal: My Three Decades of Drumming, Dreams, and Drugs with the Grateful Dead. Macmillan. 2015. səh. 259. ISBN 9781250033796.
  2. Philip Newell. Recording Studio Design. Taylor & Francis. 18 July 2013. 169–170. ISBN 9781136115509. 22 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2017.
  3. "Album Cover Art Series". Rock Art Picture Show. 28 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2012.
  4. "The history of the CD – The 'Jewel Case'". Philips Research. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.