Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; d. 10 fevral 1917, Adana, Osmanlı İmperiyası – ö. 14 avqust 1983, Rreşen, Albaniya) — Alban yazıçı.
Musine Kokalari | |
---|---|
alb. Musine Kokalari | |
| |
Doğum tarixi | |
Doğum yeri | Adana, Osmanlı İmperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Rreşen, Albaniya |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı | Albaniya |
Milliyyəti | alban |
Təhsili | ali |
Fəaliyyəti | yazıçı, siyasətçi, qadın hüquqları fəalı[d] |
Əsərlərinin dili | Alban dili |
Vikianbarda əlaqəli mediafayllar |
Albaniyada kitabı çap edilən ilk qadın yazardır[1]. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir.
Həyatı
10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür. Ədəbiyyat təhsili almaq üçün 1938-ci ildə Roma Sapienza Universitetinə daxil olmuş və 1941-ci ildə Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı olan Naim Fraşeri barəsində doktorluq dissertasiyası yazaraq təhsilini tamamlamış və ölkəsinə geri dönmüşdür.
Albaniyaya döndükdən sonra xalq mədəniyyətindən ilhamlanan hekayələrini kitab halında çap etdirmişdir. Bu əsər, Albaniyada bir qadının yazarın çap olunan ilk kitabı olaraq qəbul edilir[1]. Bundan sonra 1940-cı illərin əvvəllərində iki qısa hekayələr kitabı çap olunmuşdur.
17 yanvar 1946-cı ildə "xalqın düşməni" ittihamı ilə günahlandırılaraq həbs olundu. Həbs olunmasından əvvəl Tiranadaki müttəfiq qüvvələrə məktub göndərərək azad seçki və ifadə azadlığı tələbini çatdırmışdı. Buna görə də iyirmi il həbs cəzası aldı. Mat vilayətindəki Burrel həbsxanasında 18 il yatdıqdan sonra 1961-ci ildə azad edildi. Amma bu tam azadlıq deyildi. Belə ki, o, ömrünün qalan 19 ilini Mirdite vilayətindəki Rreşen şəhərində olan bir konslagerdə işlədilərək keçirmişdir.
Ona xərçəng diaqnozu qoyulduğundan xəstəxanada müalicə almaq üçün Tiranaya getmək imkanı tapmışdır.
Xatirəsi
Ölümündən sonra Albaniya Dövlət Başçısı tərəfindən "demokratiya şəhidi" elan edilmişdir. Adı Tiranadakı məktəblərdən birinə verilmişdir. Əsərləri qadağan və ya yox edilmiş olduğundan günümüzə gəlib çatmamışdır[1].
İstinadlar
- "Musine Kokalari – Albania, PEN International web sitesi, Erişim tarihi:23.03.2015". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.
Xarici keçidlər
- Musine Kokalari: How the Social Democratic Party was created Arxivləşdirilib 2016-04-21 at the Wayback Machine (ing.)
- Bermude të Gjirokastrës: Musine, Ismail, Enver nga Shpend Sollaku – Noé Arxivləşdirilib 2016-04-24 at the Wayback Machine (alb.)
- Musine Kokalarit, përkujtohet 30 vjetori i ndarjes nga jeta (alb.)