Musayal
Musayal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Musayal | |
---|---|
40°31′ şm. e. 45°47′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Musayal oyk., miir. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Keçmiş adı Talakənd olmuşdur. Yaşayış məntəqəsi Yal Böyük Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən olan Musa adlı bir şəxsə məxsus təsərrüfat sahəsində salındığı üçün belə adlandırılmışdır. Kənddə Daşkəsən r-nunun Qabaqtəpə kəndindən çıxmış bayramlı və Qarabağdan çıxmış möhsümlü nəsilləri məskunlaşmışlar.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.