Musalı (Cəlilabad)
Musalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Musalı | |
---|---|
39°08′27″ şm. e. 48°18′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1879 (2009) nəfər |
|
Tarixi
Musalı kəndi Cəlilabad rayonun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrlərin axırlarında salınmışdır. Cənubdan Cənubi Azərbaycanla (İran İslam Respublikası), şərqdən Ləkin kəndi ilə,qərbdən Zəhmətabad kəndi ilə,şimaldan Burovar dağ silsiləsi ilə həmsərhəddir. Orta əsrlər dövrünə aid silahlar,qablar,bəzək əşyaları,insan sümükləri tapılsada təəssüf ki,bunların hansı dövrə aid olduğunu dəqiq demək çətindir. Hələki burda arxeoloji qazıntı aparılmayıb.[mənbə göstərin]
Toponimikası
- Musalı oyk., sadə.
- Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, XV əsrin sonlarında Cənubi Azərb.-dan köçüb gəlmiş Musa və Müslüm qardaşlan meşə ətəyindəki çeşmənin ətrafında yurd salmışlar. Sonralar həmin ərazi daimi yaşayış məntəqəsinə çevrilmiş və qardaşlardan birinin adı ilə adlandırılmışdır;
- Saatlı r-nunun Nərimanov i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsini vaxtilə Musa adlı şəxs və onun nəs¬linə mənsub ailələr saldığına görə belə adlandırılmışdır;
- Salyan r-nunun Cəngan i.ə.v.-də kənd. Kür çayının sahilində, düzənlikdədir. Yaşayış məntəqəsinin əsasmı Musa adlı şəxs qoyduğuna görə belə adlandırılmışdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1879 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629