Musa Pənahov

Musa Sədi oğlu Pənahov (1959) — Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini

Musa Pənahov
bayraq
Azərbaycan Respublikası
Nəqliyyat Nazirinin müavini
bayraq2
23 fevral 2004-cü il 13 fevral 2017-cü il
Şəxsi məlumatlar
Doğum tarixi
Atası Sədi Pənahov
Uşağı 2 övladı var

Həyatı

Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlamışdır.

1984–1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı — Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993–2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur.

Ailəlidir, 2 övladı var.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.