Musa Məmmədov (dövlət xadimi)
Musa Salam oğlu Məmmədov (15 iyul 1932, Qutqaşen – 12 mart 2019, Bakı) — Azərbaycan dövlət xadimi və alimi, Azərbaycan Respublikası Baş nazirin müavini (1992),[1] dövlət müşaviri, Azərbaycan Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri (1989–2001), Azərbaycan SSR Ali Sovetinin (X–XII çağırış) deputatı, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədi, əməkdar aqronom.[2]
Musa Məmmədov | |
---|---|
2 yanvar 1992 – 6 mart 1992 | |
Prezident | Ayaz Mütəllibov |
Baş nazir | Həsən Həsənov |
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini — Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin sədri | |
13 dekabr 1985 – 26 dekabr 1988 | |
Əvvəlki | Süleyman Tatlıyev |
Sonrakı | Müzamil Abdullayev |
21 dekabr 1984 – 13 dekabr 1985 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 2019 (86 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | aqronom |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələdə anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə aspiranturaya daxil olan Musa Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir.[3]
Fəaliyyəti
Bir müddət Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunmuşdur.
1968–1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini, 1970–1979-cu illərdə isə Respublika tədarük nazirinin müavini vəzifələrində işləmişdir. Daha sonra vəzifədə irəli çəkilərək "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə təyin edilmişdir. 1984-cü ilə qədər sədr vəzifəsini icra edən Musa Məmmədov bir il müddətinə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1985–1989-cu illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989–2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdır.
Musa Məmmədov həmçinin SSRİ Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasına üzv seçilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir. Sonralar vəfat edənədək isə Kənd təsərrüfatı nazirinin müşaviri vəzifələrində işləmişdir.
Mükafatları
"Qırmızı əmək bayrağı", "Oktyabr inqilabı", iki dəfə "Şərəf nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. İki dəfə Respublika Ali Sovetinin Fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl, iki gümüş və bürünc medalları ilə, iki dəfə sərginin Fəxri diplomları ilə təltif edilmişdir. Elm və texnika üzrə Dövlət mükafatı laureatı, Respublikanın əməkdar aqronomu adına layiq görülmüşdür. Respublikada aqrar sahənin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində göstərdiyi əvəzsiz xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
İstinadlar
- "Azərbaycan Respublikası Prezidentinin Müvəkkili: M. S. Məmmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
- "Veteranlarla görüş". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
- Tahirli Abid. "Keçmiş nazir müavini vəfat edib - Unudulmaz Musa müəllim" (az.). modern.az. 12 mart 2019. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.