Musa Ələsgərov
Musa Ələkbərov (tam adı: Musa Əhməd oğlu Ələkbərov; 1888, Xızı, Quba qəzası – 1956, Bakı) — 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmişdir.
Musa Ələkbərov | |
---|---|
Musa Əhməd oğlu Ələkbərov | |
Digər adı | Dağ Pişiyi |
Doğum tarixi | |
Doğum yeri |
Xızı kəndi, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya İmperiyası → Zaqafqaziya DFR → Azərbaycan → Azərbaycan SSR → Zaqafqaziya SFSR → SSRİ |
Həyat yoldaşı | Minaxanım Ələkbərova |
Atası | Əhməd Ələkbərov |
Milliyyəti | Tat |
Həyatı
Musa Ələkbərov 1888-ci ildə tarixi Bərmək mahalının Xızı kəndində yoxsul bir ailədə anadan olub. 1900-cü ildə Bakıya köçüb. Əmisi Məşədi Məlikin qızı Minəxanımla ailə həyatı qurub. Övladları olmayıb. 1956-cı ildə Bakıda vəfat edib.
Xidmətləri
"Dağ pişiyi" ləqəbi ilə tanınan Musa Ələkbərov Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. Dağlı Musa erməni neftxudalarına qarşı, xüsusilə də qoçularına qarşı son dərəcə amansız və barışmaz olub.
Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik olub. Belə ki, 1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi. Türkiyənin Hərbi naziri Ənvər paşa və Daxili İşlər naziri Tələt paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə türklər Qars və Batum tərəfdən Qafqaza daxil oldular. Əsas zərbə Sarıqamış rayonuna endirilməli idi. Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. Doxsan min nəfərlik ordudan cəmi on min nəfər salamat qaldı. 1916-cı ildə say etibarı ilə çoxluq təşkil edən rus qoşunları hücuma keçərək Ərzurumu və Trabzonu tutdular. Döyüşlər zamanı türklərdən çoxu əsir alındı. Onlardan təxminən 600 nəfəri Böyük Zirə adasında saxlanılırdı. Belə bir vəziyyətdə Musa və onun qardaşı Qurbanqulu pulla onları rus əsgərlərindən satın alır, yaxud qaçırıb vətənlərinə yola salınmasını təşkil edirdilər. Bəzən bir günə 10–14 əsir qaçırılırdı. Dağlı Musanın Brilyant Ağakərimə söylədiklərindən məlum olur ki, 1917-ci ilin əvvəlindən sonunadək 200 nəfərdən artıq türk əsir zabit və əsgərin qaçırılması faktı öz əksini tapır.[1]
1918-ci ildə Bakının erməni-daşnaq işğalından azad edilməsində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə bərabər, həmçinin Bakı qoçularının da rolu olmuşdur. Ermənilər Bakıya hücum edəndə, Dağlı Musa və digər qoçular öz vəsaitləri hesabına aldıqları xeyli silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıblar və özləri də igidliklə döyüşüblər. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa "Dağ pişiyi"nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə yüzbaşı (leytenant) rütbəsi verilməsi haqqında fərman imzalayıb. Dağlı Musa 1920-ci ilin əvvəlində Nuru paşanın dəvəti ilə Türkiyəyə gedərək Ənvər paşaya təqdim edilib. Burada onun şərəfinə təşkil olunan ziyafətdə Ənvər paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub.
Dağlı Musa 1934-cü ildə Türkiyədən vətənə qayıdıb və az bir müddət sonra Sumbat Topurudze tərəfindən həbs olunub. 1938-ci ildə cəzasının tam çəkdikdən sonra azadlığa buraxılıb. 1956-cı ildə Bakıda vəfat edib.[2]