Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir.
Musée des Blindés | |
---|---|
Açılış tarixi | 1977 |
Ölkə | |
Yerləşir | Saumur |
Ziyarətçi sayı |
|
47°14′39″ şm. e. 0°04′15″ q. u. | |
museedesblindes.fr musee-des-blindes.asso.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir. Tank muzeyinin mənşəyi əsərlər toplusuna əsaslanırdı. Hələ də Fransa Ordusu tərəfindən maliyyələşdirilən bir hökumət agentliyidir, ancaq illik jurnal nəşr edən və ictimai üzvlüyü təbliğ edən Assosiasiya des Amis du Museé des Blindés tərəfindən idarə olunur. Saumur şəhərində ayrıca ənənəvi atlı süvarilər muzeyi də vardır.
Nümayiş etdirilən maşınlar
Zirehli maşınlar 11 müxtəlif ada malik otaqda nümayiş etdirilir.
- Birinci Dünya Müharibəsi
- Dörd Fransız maşını nümayiş etdirilir, bəziləri hələ də işlək vəziyyətdədir: Schneider CA1, Saint-Chamond, Renault FT və Renault yük maşını.
- Fransız Cəbhəsi 1940
- Fransa ordusunda xidmət edən bütün əsas zirehli maşınlar nümayiş etdirilir: Hotchkiss H39, Renault Char B1 bis, Somua S35, AMR 33 və Renault R35.
- Almaniya İkinci dünya müharibəsi
- Marder I, Marder III, Panzer II, Panzer III, Panzer IV, Tiger I, Tiger II (işlək vəziyyətdədir), Jagdpanzer və Panther də daxil olmaqla 28 yaxşı qorunmuş Alman zirehli döyüş texnikası nümayiş olunur.
- Müttəfiq qüvvələr İkinci dünya müharibəsi
- ABŞ (M3 Lee, M4 Sherman, GMC DUKW "Duck"), İngilis (Matilda, Crusader, Churchill Mk V) və Sovet texnikaları (T-34, SU-100) nümayiş olunur.
- Maraqlı əşyalar otağı
- Bu otaqların içərisində 75 mm-lik geri təpməli tüfəng daşıyan Vespa 150 TAP və tarixi filmlər üçün yenidən restavrasiya edilmiş döyüş maşınları var.
- Varşava Paktı
- BMP-1, T-54, T-62, BTR-70, BRDM-2 və T-72 bu hissənin diqqətəlayiq maşınlarıdır. Bunlardan bəziləri Birinci körfəz müharibəsi əsnasında ələ keçirilən İraq tanklarıdır.
- NATO
- İngilis (Centurion, Chieftain, Conqueror), ABŞ (M26 Pershing, M47 Patton, M48 Patton, M60 Patton) və Alman tankları (Leopard 1, Leopard 2) nümayiş etdirilir
- Fransa İkinci Dünya Müharibəsindən sonra
- Bu hissəyə ARL 44, AMX 50, AMX 40, nüvə başlığına malik olan Pluton raketli AMX 30, AMX 13, AMX 10 P, AMX 10 RC və Leklerk daxildir.
İnkişaf etdirilməsindən imtina edilərək tərk edilmiş bütün eksperimental fransız hərbi maşınları burada saxlanılır. Böyük saxlama yerləri yalnız özəl qonaqlar üçün əlçatandır. Fransız zirehli maşın tarixinin qeydlərini arxivləşdirən bir kitabxanası vardır. Muzey adını Fransız tank qüvvələrini yaradan şəxs olan General Jean Baptiste Eugène Estiennedən alır.