Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ilə qədər köçəri həyat tərzi keçirmiş Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar adlanan tərəkəmə kəndləri birləşdirilərək indiki yerdə daimi məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur.
Muradxanlı | |
---|---|
39°55′44″ şm. e. 47°57′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | İmişli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.433 nəfər |
|
Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir.
Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb. Struktur 1943-cü ildə qravimaqnit kəşfiyyatla aşkar edilib, 1975-ci ildə ÜDN üsulu (ümumi dərinlik nöqtəsi ) ilə qazımaya hazırlanıb.
Onu da əlavə edək ki, Muradxanlı(imişli), Cəfərli(imişli)və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında (“Saziş”) “Zenit Aran Oil Company” (“Zenit”), SOCAR-ın Ortaq Neft Şirkəti (“ONŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında, 16 mart 2016-cı il tarixində imzalanıb və 11 avqust 2016-cı il tarixindən qüvvəyə minib. Qeyd edək ki,Muradxanlı neft yatağında 550-600 işçi çalışır.
Kənddə yarımsəhra və quru çöllərdə quraqlıq heyvanlarından dovşan, tülkü, çaqqal, canavar, cəld kərtənkələ, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, ərəb dovşanı, quru tısbağası, gürzə, koramal, çöl siçanı və s.-ə rast gəlmək olar. Qamışlıqlarda və sahil zonalarında çöl donuzu, qamışlıq pişiyi, çaqqal, su siçovulu, su ilanı, bataqlıq qunduzu, quşlardan vağ, soltan toyuğu, bəzgək, turac, qırqovul, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır.
Kəndin arazisindən axan çaylarda çəki, çapaq, ilan balığı, sıf, xəşəm, naxa və bobla kimi balıq növləri vardır.
Tuğay meşələrində heyvanat aləmi çöl donuzu, dovşan, tülkü, çaqqal, porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-qu quşu, qaratoyuq və s. quşlar məskən salır. Ölkənin digər düzənlik meşələrində və dağətəyi kolluqlarda həmçinin , çüyür, vaşaq, sincab, , vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır.
Meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. , qarapaça, , dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab, oxlu kirpi, çöl donuzu vardır. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək, qartal, bülbül, Qafqaz tetrası, Zaqafqaziya qırqovulu kimi quşlara və s. heyvanlara rast gəlinir.
Çəmənliklər dovşan, tülkü, , qar siçanı, qarapaça, canavar, çaqqal, Xəzər uları, Qafqaz uları, kərkəs üçün yaşayış yeridir.
Bu ərazilərdə quşlardan toğlugötürən, göyərçin, kəklik, bildirçin, alacəhrə, sürünənlərdən gürzə, kələz, quru qurbağasına rast gəlinir. Şirin sulu göllərdə çoxlu miqdarda köçəri və daimi yaşayan quşlara rast gəlinir.