Murad Teymurxanov

Teymurxanov Murad Zabir oğlu (3.1.1899, Dağıstan — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Murad Teymurxanov
Murad Zabir oğlu Teymurxanov
Doğum tarixi
Doğum yeri Axtı, Dağıstan, Rusiya imperiyası
Vəfat tarixi ?

Həyatı

Teymurxan-Şura real məktəbini bitirmişdir (1918). Parlamentin "Azərbaycan vətəndaşlığı haqqında" 1919-cu il 11 avqust tarixli qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan vətəndaşlığını qəbul etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini nəqliyyat sahəsində davam etdirmək üçün Karlsruhe şəhərinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Temurxanovun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.