Murad Köhnəqala

Mahmudov Murad Piri oğlu (Murad Köhnəqala; 15 oktyabr 1959, Köhnəqala, Tovuz rayonu) — Azərbaycan şairi, publisist.

Murad Köhnəqala
Doğum tarixi 15 oktyabr 1959(1959-10-15) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair

Həyatı

Murad Köhnəqala 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur.[1] Burada orta məktəbi bitirmişdir. Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləmişdir (1976-1977). Ordu sıralarında xidmət etmişdir (1977-1979). Tərxis ediləndən sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olmuşdur. Tovuz şəhər təmir-tikinti sahəsində fəhlə (1980-1982), Bakı şəhər metro tikintisində fəhlə (1983-1988) işləmişdir.

Yaradıcılığı

1980-ci illərdən mətbuatda öz şerlərini vaxtaşırı çap etdirir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir (1985-1990).[1] Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləmişdir (1991-1992). Bir vaxt "Yol" qəzetinin təsis etdiyi "Altun Ay" mükafatına layiq görülmüşdür (1992). Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olmuşdur. Sonra Sibirdə, Uzaq Şərqdə yaşamışdır (1993-1996). Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışmışdır. 1994-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olsa da, sonradan öz ərizəsilə üzvlükdən çıxıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısı olub. Müstəqil media orqanlarında bədii və publisistik yazılarla çıxış edir.

Kitabları

  • "Alma əhvalatı"[1]
  • "Bulud pinəçisi"[1]
  • Nizami Cəfərovla türk dünyasına səyahət / M. Köhnəqala, Ş. Göytürk.- Bakı: AzAtaM: Elm və Təhsil, 2015.- 120 s.[2]
  • "Yuxularım"
  • "Amurun hekayələri"

Mükafatları

  • "Altun Ay" mükafatı — 1992

İstinadlar

  1. Babək Göyüş. ""İntihar etmək fikrinə düşmüşəm" – Murad Köhnəqala" (az.). aznews.az. 2014-11-03. 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-09.
  2. "Biblioqrafiya: Azərbaycan kitab abidələri". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.