Murad Hacıyev (əsgər)
Murad Hacıyev oğlu Eynulla (18 oktyabr 1997; Ağdaş, Azərbaycan — 13 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi | Əsgər |
Təltifləri |
![]() ![]() ![]() |
Həyatı
Murad Hacıyev 18 oktyabr 1997-ci ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olub.[1]
Hərbi xidməti
Murad müharibə zamanı manqa komandiri kimi hərbi xidmətini yerinə yetirib. Tərtər-Ağdərə istiqamətində döyüş yolu keçib. 13 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[3]
— "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.