Murad Arif
Murad Arif oğlu Şükür (27 sentyabr 1981, Sumqayıt) — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Çox sevilən nəğmələrin müəllifi olaraq, Azərbaycan mətbuatında "Hitmeyker"[1][2][3] kimi təqdim olunur. Youtube-da yayımlanan "Popumuz Var!"[4] layihəsinin müəllif və aparıcısıdır. Beynəlxalq "The Voice Kids" layihəsində ustad seçilmişdir.[5][6]
Murad Arif | |
---|---|
azərb. Murad Arif oğlu Şükür | |
Ümumi məlumatlar | |
Doğum adı | Murad Şükür |
Doğum tarixi | 27 sentyabr 1981 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, jurnalist, müğənni, prodüser |
Fəaliyyət illəri | 2002-ci ildən |
Janrlar | dans-pop, hip-hop[d], caz |
Səs tembri | tenor |
Həyatı
Murad 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olub. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşalıdır. Ailədə özündən başqa 2 bacısı var. Məşhur tele-aparıcı Könül Arifqızının qardaşıdır. Murad Sumqayıt şəhərində, 15 №-li, 28 №-li məktəblərdə və İstedad liseyində təhsil alıb. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. 2011-ci ildə ailə həyatı qurub, 2012-ci ildə oğlu Mikayıl,[7] 2015-ci ildə qızı Ayla doğulub.[8]
Televiziya karyerası
Ali təhsil aldıqdan sonra, iqtisadiyyat sahəsini davam etdirmədi. 2002-ci ildə Radio Space 104 FM-də efir operatoru kimi çalışdı. Bundan sonra 104 FM ilə başlayaraq Lider Jazz FM, İctimai radio, Day. Az Radiolarında DJ kimi fəaliyyət göstərib. Murad Arif həmkarı Leyla Quliyeva ilə Eurovision 2006-da mahnı müsabiqəsinin Azərbaycanda ilk şərhçisi oldu. İlk apardığı televiziya verilişi isə, 2006-cı ildə, İTV efirində yayımlanan, həmkarı Hüsniyə Məhərrəmova ilə apardığı "Qaraj" verilişi idi. 2007-ci ildə Murad Dadaşovun "Maşın Şou" layihəsində, avtomobil qazanaraq qalib olmuşdur. Bundan başqa o Lider TV-də "Yeni Səhər", "Solo" və ATV kanalında "Gün keçir" verilişlərinin aparıcısı olub.2008-ci ildə, İsveçrənin Montrö şəhərində "Montreux Jazz Festival"-da silsilə proqramlar hazırlayıb. 2010-cu ildə Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin şərhçisi olub. Həmçinin "5 Звезд" Beynəlxalq musiqi müsabiqəsini şərh etmişdir. "Böyük səhnə" müsabiqəsində münsif olaraq, Eurovision 2014 milli seçimində Dilarə Kazımovanın qələbəsində təşəbbüs göstərib. 2018-ci ildə Lider TV-dən ayrılaraq, müəllif layihəsi olan "Popumuz Var!" verilişini təqdim edir. İlk öncə YouTube üzərindən paylaşılan verilişin izləyici sayısı yüksək və yetəricə uğurlu proekt hesab olduğuna görə çıxan hər yeni bölümü YouTube ilə yanaşı İctimai TV- də eyniadlı proqramda da təqdim edir.
Musiqi fəaliyyəti
Uzun müddət Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov və Elton Hüseynəliyevin musiqi prodüseri olmuşdur. 2008-ci ildə Murad Arif mahnı müəllifi olaraq öz tamaşaçılarını təəcübləndirir. 2008-ci ildə çalışdığı müğənni Ayaz Qasımova "Almalarınla" mahnısını təqdim edir. Mahnı efirlərə çıxan kimi ölkənin əsas hitlərindən birinə çevrildi. Bu uğurdan sonra, Azərbaycanın ən məşhur müğənniləri Murad Arif ilə əməkdaşlığa can atır. O, Natəvan Həbibi, Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Faiq Ağayev və digər məşhur ifaçılara uğurlu nəğmələr təqdim edir. 2009-cu ildə Mədəniyyət nazirliyinin sifarişi ilə keçirilən "Bakı Gecələri" müsabiqəsində Murad Arifin yazdığı "Sevdiyini söylə" mahnısı qalib olur. Mahnını Natavan Həbibi və İntizar səsləndirdi. 2011-ci ildə müğənni Natəvan Həbibi, sözləri və musiqisi Murad Arifə məxsus olan "Təyyarələr" mahnısını Dənizli şəhərində keçirilən, "Turkcevizyon Muzik Festivali 2011" türk dilli xalqların festivalında təqdim etmişdir.[9] Onun mahnılarına, rəsmi icazə ilə, məşhur türk ulduzları Nil Karaibrahimgil, Ziynət Sali, DJ Suat Ateshdagli, müraciət edib, həmin nəğmələri albomlarına daxil ediblər. Bundan başqa qeyri rəsmi şəkildə Murad Arif mahnıları, dəfələrlə Qazaxıstan, Özbəkistan, Rusiya ifaçıları tərəfindən mənimsənilib. 2014-cü ildə öz mahnılarını ifa edərək, solo karyeraya başlayır. Onun debüt nəğmələri "Həyat Yoldaşımsan", "İnşallah", "Saçların" ölkənin musiqi gündəminə rəng qataraq, diqqəti cəlb edir. 2018-ci ildə işıq üzü görmüş "Oppalara" mahnısı isə, Youtube-da 1 il ərzində 21 milyon baxış toplayaraq rekord vurdu.[10] 2018-ci ildə Murad Arif Heydər Əliyev Mərkəzi qarşısında böyük bir solo proqramla çıxış edir. 2019-cu ildə həmin məkanda daha bir solo-konsert verir. 2019-cu il, dekabrın 5-də Murad Arif ölkənin ən böyük, Elektra Hall klubunda "Tufan" adlı solo-konsertini verir.[11] 2020-ci ildə "The Voice Kids" beynəlxalq televiziya müsabiqəsinə Ustad seçilir.
Diskoqrafiya
Yazdığı mahnılar
Tarix | Müğənni | Mahnı |
---|---|---|
2008 | Ayaz Qasımov | Almalarınla |
2008 | Xəyyam Nisanov | İstanbul |
2008 | Elnarə Xəlilova | Ay qız oyan |
2009 | Natavan Həbibi və İntizar | Sevdiyini söylə |
2009 | Aygün Kazımova | Şou № 1 |
2009 | Xəyyam Nisanov | İstidir |
2009 | Ayaz Qasımov | Şokolad |
2009 | Aygün Rəhimova | Məni dəli kimi sevən adam |
2009 | Faiq Ağayev | Bal kimi |
2010 | Tünzalə Ağayeva və Xəyyam Nisanov | Ürəyimsən |
2010 | Xəyyam Nisanov | Boom |
2010 | Natavan Həbibi | Təyyarələr |
2011 | Natavan Həbibi | Stop |
2011 | Zamiq Hüseynov | O mənə inanır |
2011 | Nadir Qafarzadə | Rakkada-çıkkada |
2012 | Natavan Həbibi | Damlalar |
2012 | Rəşad İlyasov | Adrenalin |
2012 | Roza Zərgərli | Atəş |
2012 | Xəyyam Nisanov | Bakı-Moskva |
2012 | Nil Karaibrahimgil | Ay kız uyan |
2012 | Faiq Ağayev | Riyaziyyat |
2012 | Ziynət Sali | İstanbul |
2013 | Natavan Həbibi | Sən məni başa düşmürsən niyə |
2013 | Fəqan Səfərov | Xəstə |
2013 | Ayaz Qasımov | Mən səni öldürdüm |
2014 | Zamiq Hüseynov | Yeganə |
2014 | Nura Suri | Brilliantlar |
2014 | İlhamə Qasımova | Seni seviyorum |
2014 | Röya Ayxan | Ona nə varki |
2014 | Murad Arif | Həyat yoldaşımsan |
2014 | Zülfiyyə Xanbabayeva və Abbas Bağırov | Xoşbəxt olun |
2015 | Röya Ayxan və Xəyyam Nisanov | Sənə ehtiyacım var |
2015 | Roza Zərgərli | Şirin çay |
2016 | Fuad Dadaşov | Şəkillər |
2016 | Enbe Orkestrası, Ziynət Sali, Xəyyam Nisanov | İstanbul |
2016 | Abbas Bağırov | Safiyə |
2016 | Murad Arif | Sevgililər |
2016 | Murad Arif | Dondurma |
2016 | Manana Caparidze və Murad Arif | Yaşasın Sevənlər |
2017 | Aygün Məmmədli | İkimiz |
2017 | Natavan Həbibi | Sənə |
2017 | Murad Arif | Saçların |
2017 | Murad Arif | Partlat! |
2018 | Murad Arif və Dilarə Kazımova | Yalnız səni gözlədim |
2018 | Murad Arif | Qızım |
2018 | Murad Arif və Ramil Nabran | Oppalara |
2019 | Murad Arif və Günel Zeynalova | Tufan |
2020 | Murad Arif | Oğlum |
Sinqllar
- Həyat yoldaşımsan (2014)
- İnşallah (2014)
- Tavla (2016)
- Sevgililər (2016)
- Dondurma (2016)
- Sevdiyini söylə (2016)
- Ürəyimsən (2016)
- Yaşasın Sevənlər (2016)
- Fərqliyəm (2016)
- Saçların (2017)
- Bu şəhər ikimizə dar (2017)
- Partlat! (2017)
- Yalnız səni gözlədim (2018)
- Qızım (2018)
- Oppalara (2018)
- Tufan (2019)
- Mənə sən lazımsan (2019)
- Bossa Nova (2019)
- Oğlum (2020)
Albomlar
- Solo
İstinadlar
- "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- https://www.interpress.az/maqazin/page/7/91449-murad-arif-18-verili-ad-efird-olmayacaq-vdeo.html#.XjPP7mgzaUk%5B%5D
- "Arxivlənmiş surət". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2020-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.