Murad Ömərov

Murad Ənvər oğlu Ömərovazərbaycan əsilli Ukrayna alimi, texniki elmləri doktoru, professor, Belorus, Rusiya və Ukrayna Tətbiqi Radioelektronika Akademiyasının akademiki, Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayəti "Azərbaycan-Ukrayna dostluq cəmiyyəti" idarə heyətinin sədri [1].

Murad Ənvər oğlu Ömərov
Doğum tarixi
Doğum yeri Xırdapay Kürdəmir rayonu
 Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
 Ukrayna
Milliyyəti azərbaycanlı
Atası Ənvər Ömərov
Elm sahələri riyaziyyat, informatika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
İş yeri Xarkov Milli Radio Elektronika Universiteti
Alma-mater Xarkov Radio Elektronika İnstitutu
Təhsili ali
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Murad Ömərov 28 mart 1963-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olmuşdur.[2]

1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunmuş, 1985-ci ilədək instututda muxtəlif vəzifələrdə calışmışdır.[3]

1991-ci ildə İnformasiya oturulməsi uzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını mudafiə etmişdir.

2004-cu ildə Ukrayna Tətbiqi Radio Elektronika Akademiyasının akademiki secilmişdir.

2009-cu ildə professor adını qazanmışdır.

2009-cu ildən etibarən Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların Tədris Mərkəzinin direktoru olmuşdur. 2015-ci ilin oktyabrında Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilmişdir[4].

2000-ci ildən etibarən Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin uzvu olmuş, 2001-ci ildə isə bu cəmiyyətin sədri secilmişdir.

2002-ci ildə Murad Omərov Ukrayna Milli Mədəni Birlik Assosiasiyasının vitse-prezidenti secilmişdir.

2004-cu ildə “XXI əsrin liderləri” beynəlxalq imic proqramının ekspertlər şurasının qərarı ilə Ukraynanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə gorə “Ukrayna iş adamı” medalı və diplomu ilə mukafatlandırılmışdır.

2006-cı ildə Xarkov şəhər Şurasının İcraiy ə komitəsinin “Millətlərarası sulh və razılığın mohkəmləndirilməsi” nominasiyasında mukafata layiq gorulmuşdur.

2002-2006-cı illərdə Xarkov şəhəri Kiyev rayon şurasının IV cağırış deputatı, İqtisadi inkişaf və sahibkarlıq daimi komissiyasının sədri olmuşdur.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.
  2. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  3. "MURAD ƏNVƏR OĞLU ÖMƏROV — diaspora.gov.az saytı". 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  4. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.