Murad-Sad (film, 1988)
Murad-Sad | |
---|---|
Janr | dram |
Rejissor | Oleq Səfərəliyev |
Ssenari müəllifi | Oleq Səfərəliyev |
Baş rollarda |
Əyyub Abbasov — Murad Yevgeniya Şarova Məbud Məhərrəmov Cəmil Quliyev |
Operator | Bağır Rəfiyev |
Rəssamlar |
Fikrət Ələkbərov Y.Kirşner |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 30 dəq. |
Ölkələr | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
3 hissə 840 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Film qeyri-adi tərzdə yeni dövrdə gənc müasirlərimizin qarşılıqlı münasibətlərindən söhbət açır. Kinolentin qəhrəmanı Murad (Əyyub Abbasov) "Jan-Pol Maratın təqib olunması və qətli" adlı tamaşa hazırlayır. Tamaşadakı əhvalatlar Napoleon Bonapartın dövründə cərəyan edir.
Məşhur tarixi şəxsiyyətləri yada salmaqla filmin müəllifləri fransız inqilabı ilə bizim qəhrəmanlıq dövrü arasında bir oxşarlıq axtarmağa çalışırlar.
Film haqqında
Bu film İ.Vaysın pyesi üzrə improvizasiyadır.
Film rejissor Oleq Səfərəliyev və operator Bağır Rəfiyevin diplom işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Quruluşçu rejissor: Oleq Səfərəliyev
- Ssenari müəllifi: Oleq Səfərəliyev
- Quruluşçu operator: Bağır Rəfiyev
- Quruluşçu rəssam: Fikrət Ələkbərov, Y.Kirşner
- İkinci rejissor: Yusif Əlizadə
Rollarda
- Əyyub Abbasov — Murad
- Yevgeniya Şarova
- Məbud Məhərrəmov
- Cəmil Quliyev
- Dağlar Rüstəmov — canlı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.