Murçexort döyüşü
Murçe Xort döyüşü — Nadir xanın II Təhmasibi Səfəvi taxtında bərpa etmək üçün apardığı kompaniyada qazandığı son böyük döyüş. Əşrəf Xvar keçidində Nadirin qoşunlarının qarşısını ala bilmədi əksinə öz qoşunları mühasirəyə alındı və pusquya düşürüldü. Əfqanlar bu döyüşdə rəqib ordu ilə ayaqlaşmaq üçün öz ənənəvi taktikalarını dəyişdilər, bu da ordularının gücünün daha da azalması ilə nəticləndi. Çünki ordu yeni sistemə uyğunlaşa bilmədi. Qələbə İsfahana cənubdan gedən yolu açdı və Səfəvi hakimiyyətinin bərpa edilməsi ilə nəticələndi. Lakin bir neçə il sonra Nadir səfəviləri hakimiyyətdən saldı.[4][5]
Murçexort döyüşü | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
| |||
Tarix | 12 noyabr 1729 | ||
Yeri | İsfahan şəhərinin 55 km şimalında yerləşən Murçexort adlanan yer. | ||
Səbəbi | II Təhmasibin və Nadir xanın Səfəvi taxtını əfqanlardan geri almaq istəmələri | ||
Nəticəsi | Mütləq Səfəvi qələbəsi | ||
Ərazi dəyişikliyi | İsfahanın azad edilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Arxa plan
Əşrəf İsfahana çatdıqdan sonra təxminən 3.000 yerli aristokratı və din adamlarını edam etdi. Əşrəf Mehmandust döyüşündə məğlub olduqdan sonra İsfahanda ona qarşı üsyan olacağından qorxurdu və qırğınlarla üsyanın qarşısını başlamamış ala biləcəyini düşünürdü. Həmçinin bu zaman Nadirin qoşunları da böyük sürətlə İsfahana yaxınlaşırdı. İsfahanda üsyana rəhbərlik edə biləcək şəxslərin öldürülməsi Əşrəfi şimalda İsfahan üsyançıları ilə cənubdan gələn Nadirin qoşunları arasında qalmaqdan xilas etdi.
Bu qırqınlar xüsusi qəddarlıqla, yağmalama ilə həyata keçirilirdi. Bu hadisələr zamanı məşhur İsfahan bazarı da daxil olmaqla, şəhər yağmalandı. Ümumiyyətlə, əfqanların imperiya taxtında hökmran olduğu qısa müddət ərzində yalnız qırğınlarla, yağmalamalarla xarakterizə oluna bilər. Sonrakı və o dövrün tarixçiləri də onları barbar, mədəniyyətsiz, qəddar və canavar kimi təsvir edir.
Əfqanlara vurulan zərbələrdən sonra Şah Təhmasib Azərbaycan əyalətlərinə, İranın cənub məntəqələrinə fərmanlar göndərərək ölkədə əsil hüquqi hakimiyyətin bərpa olunduğunu bildirdi və yerli hakimləri bu hakimiyyətə tabe olmağa çağırdı. Nadirin uğurlarından xəbər tutan əksər yerli hakimlər və xanlar tabe oldular.
Nadir xan Əşrəfə yazdığı məktubda Xorasandakı üsyanın yatırıldığını bildirirdi və təklif edirdi ki, gəlib şaha təslim olsun və bağışlanma istəsin. Təklifi rədd edildikdən sonra Nadir qoşunları ilə İsfahana doğru irəliləməyə başladı.
Osmanlı dəstəyi
Nadir İranın şimalında gilzay əfqanları məğlub etdikdən sonra Osmanlılara məktub yazaraq tarixi Səfəvi torpaqlarından çıxmalarını istədi. Bu zaman İranın qərbi Əşrəflə imzaladıqları Həmədan müqaviləsi ilə Osmanlılara verilmişdi. Səfəvilərin sərhədlərini bərpa etməyə başlamalarından qorxuya düşən Osmanlı imperiyası Əşrəfin kömək istəyinə müsbət cavab verdilər və ona artilleriya texnikaları və artilleriya mütəxəsisləri göndərdilər. Tarixi ədəbiyyatlarda köməyə göstərilən ordunun 5 min nəfərlik dəstə olduğu göstərilir. 1729-cu ilin 31 oktyabrında Osmanlı imperiyasının yardımı sayəsində özünün atəş gücünü xeyli dərəcədə yaxşılaşdıran Əşrəf İsfahandan çıxaraq Nadirin qüvvələrinə doğru yürüşə başladı.
Döyüş
Düzülüşlər və döyüşdən əvvəlki manevralar
“Aləm Ara-ye Naderi”yə görə, Nadir öz qüvvələrini aşağıdakı kimi qruplaşdırmışdı: qoşunlardan 12 min nəfərlik bir süvari dəstəsi etdi. Qalan qüvvələr isə piyada kimi döyüşə qatıldı. Toplar qoşunların önündə yerləşdirildi. Mənbədə Əşrəfin toplarının qoşunların dövrəsi boyunca yerləşdirilməsi təsdiq olunur. Eyni zamanda həmin topların mühafizəsini təşkil etmək üçün 8 min nəfərlik cəzayirçi və təfəngdarlar onların ətrafına göndərildi. Bütünlükdə, Əşrəfin 280 ədəd topa malik olduğu bildirilir. Əfqan qoşunlarının sağ cinahı Seydal xana tapşırılmışdı. Onun tabeliyində olan dəstənin sayı 20 min nəfərə çatırdı. Sol cinaha isə Yaqub xan rəhbərlik edirdi.[6]
Onun da qüvvəsinin sayı 20 minə yaxın idi. Arxa eşalonda isə böyük qüvvə ehtiyatda saxlanılmışdı. Bu qüvvə də 4 hissəyə bölünmüşdü. Cinahlarda zəifləmə müşahidə edilən kimi bu dəstələr ora göndərilməli idi. Əşrəf isə əyanları ilə mərkəzdə yerləşib döyüşü izləməli idi.
Nadir bu döyüşdə topçulara və piyadalara daha geniş meydan verdi. O, hətta tüfəngdarların bir hissəsini topların müdafiəsinə istiqamətləndirəndən sonra qalan hissəsini də piyada kimi döyüşə qatdı. Nadir piyadaların vasitəsilə əsas zərbəni vurub əldə edilən uğuru süvarilərin köməyi ilə möhkəmləndirməl istəyirdi.
Con Hanveyin yazdığına görə, Murçexort ətrafındakı döyüş 1729-cu il nyabrın 13-də baş vermişdir. “Aləm Ara-ye Naderi”dəki məlumata görə, bir gün əvvəl hər iki qoşun döyüş meydanında yerləşmiş və həmin gecəni orada keçirmişdir.[7]
Döyüşün gedişatı
Murcexort İsfahan şəhərinin 55 km şimalında yerləşirdi və bu döyüşdə kim qalib gəlsəydi asanlıqla paytaxta sahib ola biləcəkdi.
Döyüşün ilk anlarından Nadir top zərbələrinə üstünlük verdi. Topçuların rəhbəri olan Əmir xana verilən əmrlə əfqanların əsasən mərkəzdəki qüvvələri vuruldu. Tarixçi Səmnaninin bildirdiyinə görə, əvvəlki illərdə bir əfqan döyüşçüsü 100 nəfər qızılbaş döyüşçüsünün öhdəsindən gələ bilirdisə, Murcexort döyüşündə bir qızılbaş döyüçüsü min əfqan döyüşçüsünün öhdəsindən gəlirdi.[8] Nadirin piyadaları əfqanların toplardan və zənburəklərdən olan atəşlərinə baxmayaraq, əfqan sıralarına çata bildilər. Qızılbaş ordusunun əzmkarlığı nəticəsində Əşrəfin topları ələ keçirildi və o, top dəstəyindən məhrum edildi. Əfqanara köməyə gələn Osmanlı doyüşçülərinin bir hissəsi əsir götürüldü. Lakin əsir götürülən döyüşçülər döyüş bitdikdən sonra sərbəst buraxıldı.[9]
Tarixçi Babayinin bildirdiyən görə, əfqan qoşunları var-dövlətlərini döyüş meydanında qoyub qaçdıqdan sonra Qızılbaş ordusu bunları talan etməyə başladı. Halbuki Nadir xan döyüşdən əvvəl belə bir hərəkətə yol verilməməsi ilə bağlı qəti ömr vermişdi. Təpədən bu mənzərəni izləyən Nadir yanında saxladığı ehtiyat qüvvəsi olan 8 minlik süvari qoşuna talançıları meydandan yığışdırmağı tapşırdı. Bir yerə toplanan ordunun qarşısında çıxış edən Nadir talançıların bəzilərini cəzalandırdı və elan etdi ki, hətta 10 il sonra belə kimdənsə əfqanlara aid olan mal-mülk tapılarsa o adam edam ediləcək. Bütün qoşun topladığı əşyaları təhvil verdi. Nadir isə bir yerə toplanmış qiymətli əşyalara od vurub yandırtdırdı.[10]
Nadir xan qaçan əfqanları təqib etmək üçün Əliqulu bəy Əfşara tapşırıq verdi.
Əşrəf başda olmaqla, sağ qalan əfqanlar İsfahana qaçdı. Əşrəfin məğlub olması xəbərini eşidən isfahanlılar silahlanaraq şəhərdəki əfqan qarnizonunu qırdı.
Şəhərə daxil olan Əşrəf şəhərdə qalmağın təhlükəli olduğunu başa düşürdü və ona görə də, tapşırıq verdi ki, illərlə əhalidən topladığı var-dövləti daşımaq üçün heyvanlar tapılsın. Bunun üçün 300-ə yaxın dəvə və xeyli sayda qatır toplandı. Şəhərdən çıxıb Şiraza yönələn Əşrəf qəzəblənərək vəzirini İsfahandakı bütün evləri yandırmaq üçün geri göndərdi. Əfqanların geri döndüyünü görən şəhər əhalisi yenidən silahlandı. Şəhərdəki hay-küyü görən əfqanlar Nadirin qoşunlarının artıq şəhərə daxil olduğunu düşündü və geri döndülər.[11]
Əşrəf bir neçə Səfəvi şahzadəsini də özü ilə Şiraza aparmışdı.
Nəticə
1722-ci ildə İsfahan üsyançı əfqanlar tərəfindən ələ keçirilmişdi. Bununla da, faktiki olaraq Səfəvi sülaləsinin hakimiyyətinə son qoyulmuşdu. Bu zaman əfqanların hökmdarı Mir mahmud Hotaki idi, lakin o sonradan öz əmisi oğlu Əşrəf xan tərəfindən devrildi. Əşrəf xanın da hakimiyyəti uzun müddət davam etmədi. Mehmandust və ya digər adı ilə Damğan döyüşündə mğlub olan Əşrəf Murcexort döyüşündə də qələbə qazana bilmədi. Bununla da o, paytaxt İsfahanı itirdi. Təxminən 8 il sonra İsfahanda yenidən Səfəvi hakimiyyəti bərpa edildi.
Şah II Təhmasibin paytaxta daxil olması
İsfahanlılar əfqanların qovulmasını böyük şadyanalıqla qeyd etdilər. 1729-cu ilin noyabrın 16-da Nadir xan ordusu ilə birlikdə təntənəli formada İsfahana daxil oldu. “Aləm Ara-ye Naderi”yə görə, İsfahan əhalisi 3 gün boyunca bayram etdi. Nadirin əmri ilə əfqanların şəhərdə qalmış mal-mülkləri müsadirə edildi və Murçexortda fərqlənən əsgərlərə və sərkərdələrə paylanıldı.
Şah II Təhmasib 1729-cu ilin noyabr ayının 29-da İsfahana daxil oldu. Mənbələrdə yazılana görə, bütün şəhər əhalisi şahın pi.vazına çıxmışdı. Çaharbağına qədər 2 millik yola fərşlər, xalçalar, zərli parçalar döşənmişdi. Şah Təhmasib uzaqdan görünəndə Nadir atdan düşüb onun qarşısına çıxdı, onunla salamlaşdı. Birlikdə Hezarcirib bağına gələn Nadir və Şah Təhmasib gecəni orada keçirdilər. Səhəri gün isə onlar yola düşdülər və şah bağı olan Çaharbağa gəldilər. Oradan isə Şah Təhmasib şah sarayına yollandı.
İstinadlar
- Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,p. 374. Etela'at Publishing
- La stratégie militaire, les campagnes et les batailles de Nâder Shâh (fransız), October 2014, 2019-07-25 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-02-14
- Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,s. 373. Etela'at Publishing
- Mehman Süleymanov. Nadir şah. Tehran. 2010. səh. 168. ISBN 978-600-91345-8-8.
- Houtsma, M. Th.; van Donzel, E. E. J. Brill's First Encyclopaedia of Islam, 1913-1936. BRILL. 1993. 760. ISBN 90-04-08265-4. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
- Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,p. 383. Etela'at Publishing
- Flober Uilyam. Bər oftodan-e Səfəviyan, bər amədən-e Mahmud Əfqan. Tehran. 149.
- Səmnani Pənahi. Tarix-e nezami və siyasi-ye doura-e Nader şah Əfşar. I. Tehran. səh. 274.
- Michael Axworthy (2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant,p. 203. I. B. Tauris
- Qulam Rza Əli Babayi. Tarix-e Ərtəş-e İran əz həxamənşi ta əsr=e Pəhləvi. Tehran. səh. 46.
- Sayks P. Tarix-e İran. Tehran. səh. 393.