Munira məscidi
Munira məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonu ərazisində Nijeqorodka yaşayış məntəqəsində cümə məscidi. Şəhərin bu hissəsinin yeganə məscididir. Dolqoe gölünün sahilində yerləşir.
Munira məscidi | |
---|---|
«Мөнирә» мәсете | |
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Başqırdıstan |
Şəhər | Ufa |
Memarlıq | |
İnşa tarixi | 2002 – 2011 |
|
|
Saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Munira məscidi Munira Bayqildinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. O, müsəlman qadınları cəmiyyətinin sədridir.[1]
Məscid 100 nəfərlikdir. Məscidin memar Vəkil Davleçtindir. O, həmdə Lalə-Tülpan Kafedral məscidinin memarıdır. Məscidin tikintisinə 2002-ci ildə başlanılır. Təntənəli açılış 2011-ci ildə baş tutur.
İslam bayramlarında burada çoxlu sayda müsəlman Nijeqorodkalılar yığışır. Məsciddə şəriət qaydalarına uyğun geyimlərin mooda nümayişi keçirilir.
Məscid yaxınlığında hokkey meydancasının inşası gedir.[2]
İstinadlar
- "В уфимской мечети совершено нападение на главу мусульманского общества" (rus). IslamNews. 2010-10-04. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
- Диана Султанаева. "В Уфе хоккейная площадка впервые появилась при мечети" (rus). Медиакорсеть. 2011-12-27. 2012-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
Mənbə
- "Уфа. Строится новая мечеть в стиле традиционной башкирской архитектуры" (rus). REGIONS.RU. 2002-03-21. 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
- "Завершилось строительство нижегородской мечети «Мунира»" (rus). Ufacity.info. 2011-06-10. 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.