Muncuqlutəpə qədim qəbiristanlığı

Muncuqlutəpə yaşayış yeriŞəmkir rayonunun Qaracəmilli kəndindən 8 km şimalda, Kürün sağ sahilindən 120 metr aralıda yerləşir.

Yaşayış yerinin narınqalası ən yüksək, hakim mövqedə yerləşməklə üç tərəfdən qala divarları ilə möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı hüdudlayırdı.Qalınlığı 1,7-1,8 metrə çatan mədəni təbəqə qatında IX-X və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilmişdir. Qazıntı zamanı çaydaşından və bişmiş kərpicdən hörülmüş tikili qalıqları, çoxlu təndir və ocaqlar, təsərrüfat quyuları üzə çıxarılıb öyrənilmişdir. Memarlıq hissələrinin, o cümlədən sütun başlıqlarının tapılması vaxtilə burada monumental binaların olmasına dəlalət edir. Mədəni təbəqədən tapılmış arxeoloji materiallar və şirsiz saxsı qab-qacaqla, dəmir alət və silahlarla metal məmulat və müxtəlif bəzək əşyaları ilə təmsil olunmuşdur. Şirli saxsı qabların tapıntılar arasında çoxluğu xüsusi qeyd olunmalıdır.


Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.