Mumbaya terror aktı
Mumbaya Terror Aktı — Bombey şəhərində silsilə terror aktı. 2008-ci ilin 26 noyabrından 29 noyabra qədər Hindistanın Mumbay şəhərində baş vermişdir.
Mumbaya terror aktı | |
---|---|
Hücum yeri |
Mumbay, Hindistan |
Hücum hədəfi | dəmiryol vağzalı, Tac Mahal və Oberoy otelləri, polis məntəqəsi |
Vaxt |
26 — 29 noyabr 2008 |
Hücum üsulu | əsirlərin götürülməsi, partlayışlar |
Həlak olanlar | 175 (doqquz terrorist daxil olmaqla) [1] |
Yaralılar | Rəsmi: 293 [2] |
Terrorçu sayı | 10[3]-70[4] terrorist |
Terrorçular |
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Fərziyyələrə görə, islam terror təşkilatı "Dəkkan Mücahəddin" ( təşkilat əvvələr naməlum idi, Əl-Qaidə təşkilatı ilə əlaqəli ola bilər) bir neçə mobil qruplarla güclü hücum etdilər.Qruplardan biri Viktoriya dəmiryol vagzal binasında avtomat Kalaşnikovdan aramsız atəş açdı. Digər iki qrup Hindistan qapılarının əks tərəfində " Tac Mahal " və "Oberoy" otellərində əsir götürdülər.(ing. Obroi Trident otel), dördüncü qrup polis məntəqəsinə hücum etdi. Yeddi hücum qeydə alınmışdı ( həmçinin Leopold kafe, hospital və Nəriman adlı Yəhudi iş mərkəzi). Nəticədə 166 dinc əhalı güc strukturunun əməkdaşları həlak olmuşlar və 10 dan 9 terrorist. Həmçinin 300 dən 600 dək insan yaralanmışdır.
Terraktdan əvvəl
Yerli vaxtla saat 22:00 radələrində, 21 noyabr 2008-ci il 10 hazırlanmış terrorist: Acmal Qasab, Abu Əli, Abu Soxeb Abdul, Rəhman Çota, Fəhad Ullah, Abu Dəra İsamal Xan, Nəsir Umar, Babar İmran Akaşa, Akir Əli Xama və Badi Abdulla Rəhman Karaca şəhərini hava qayıqları ilə tərk etdilər. Onların istiqamətləri - Mumbay şəhəridir. Hər bir terrorçu avtomat Kalaşnikovla silahlanıb (AK və ya Ak-74, "Naqan" tipli tapança və onun üçün 50 patron, iki ədəd ov bıçağı, qoruyucu jilet və həftəlik su ehtiyatı və qurumeyvələr götürmüşdülər. 23 noyabr 2008- ci il terrorçular 4 hindli dənizçini güllələyib, balıqçı gəmisini kapitanla birlikdə əsir götürdülər. Onları ölümlə hədələyərək Mumbaya aparmağı təhrik etdilər. 26 noyabr 2008-ci il yerli vaxtla saat 19:40 radələrində "Calaba" limanında 7 km uzaqda terrorçular kapitanı güllələyib və meydini suya atdılar, bundan sonra 4 qayığa minib sahilə qədər kürəklə avar çəkdilər. Saat 20:10 radələrində 4 terrorçudan ibarət birinci qrup sahilə endirildi və "Badhar Park" istiqamətə hərəkət etməyə başladılar. Hələdə 6 nəfər sahil boyu üzməyə davam edərək sahilə yan almaq üçün münasib yer axtarırdılar. Saat 20:30 radələrində qalan terrorçular "Cuffe Parade" rayonunda sahilə endilər və əllərində idman çantaları əvvəlcədən müəyyənləşmiş hədəf istiqamətində gedirdilər. 4 terrorçu piyada "Tac Mahal Palase Tower" və "Leopold Cafe" istiqamətində, iki terrorçu (Əbu Dəra İsmail Xan və Acmal Qasab) taksi ilə "Viktoriya Terminus" vağzalına, eləcədə 2 terrorçu taksi ilə "Traydent Oberoy" otel istiqamətində və son iki terrorçu piyada Yəhudi Biznes Mərkəzi istiqamətində gedirdilər.
Nəticəsi
- Bir sıra Beynəlxalq Avia Reyslər müvəqqəti olaraq Mumbaya uçuşları təxirə salmışdılar, bu komanda və sərnişinlərin təhlükəsizliyi üçün idi.
- 2010-cu il may ayı Hind Məhkəməsi yeganə sag qalmış terroristə ölüm cəzası verdi: terrorda iştirak etmiş Məhəmməd Acmal Əmir Qasab.
- Ekspres İndia saytinın xəbərinə görə, 2012-ci il iyun ayı Hindistan şəhərində 2008-ci il Mumbayda törədilən terror aktına görə təşkilatçılardan biri həbs olundu.
- Abu Həmzə, həmçinin Seyid Zəbuddin kimi tanınır, 21 iyun Deli hava limanında Yaxın şərq ölkəsindən dönərkən yaxalanmışdır. Hindistan telekanalı İBN aydınlaşdırıb ki, Həmzə Hindistanın sorğusu ilə Ərəb Əmirliyindən gətirilib. Terrorçu İnterpol tərəfindən axtarışda olub. Məlumatlara əsasən 166 insanın həyatına son qoyulmuş terror aktında Pakistan hökuməti cavabdehdir.
- 2012-ci ilin avqust ayında Hindistan hökumətinin Ali Məhkəməsi Məhəmməd Acmal Qasabın ölüm cəzasını qüvvədə saxlayırdı. Onun əhvi üçün Hindistan prezidenti Pranab Mukerciyə müraciəti bu ay rədd edildi.
- 2012- ci ilin noyabr ayında Məhəmməd Acmal Qasab edam edildi.
İstinadlar
- Число погибших в Мумбаи достигло 195 человек Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine.
- "Arxivlənmiş surət". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- "Атаку на индийский Мумбаи устроили десять террористов, прибывшие, предположительно, из Пакистана". 2008-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- "Исполнителями терактов в Мумбаи были 70 боевиков". 2008-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- "Полиция установила личности всех террористов, напавших на Мумбаи - Korrespondent.net". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.