Mulde çayı
Mulde— Saksoniya və Saksoniya-Anxalt, Almaniyada bir çaydır. Elbanın sol qoludur və uzunluğu 124 kilometrdir.
Mulde | |
---|---|
| |
Ölkə | Almaniya |
Mənbəyi | |
• Yüksəkliyi | 63 m |
Mənsəbi | Elba çayı |
Uzunluğu | 124 km və ya Zwickauer Mulde daxil olmaqla 290 km |
Su sərfi | 65 m³/s[1] |
Hövzəsinin sahəsi | 7.400,3 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Çay Coldits yaxınlığında Zviçkauer Mulde (Zviçkau içərisindən keçir) və Freiberger Mulde (Sahilində Freiberg ilə) çaylarının birləşməsindən formalaşır. Buradan çay Saksoniyanı (Grimma, Wurzen, Eilenburg, Bad Düben) və Saksoniya-Anxalt (Jeßnitz və Dessau, Anxaltın paytaxtı) keçərək şimala doğru axır. Mulde Dessonun 3 km (2 mil) şimal tərəfində Elbaya tökülür.[2]
2002-ci ilin avqustunda daşqın ciddi ziyana gətirib çıxarmışdır, belə ki, hətta YUNESKO-nun Dünya Mədəniyyəti Mirası "Dessau-Wörlitzer Gartenreich" və Dessau şəhəri təhlükə altına düşmüşdür. Xüsusilə Döbeln və Qrimma şəhərləri daşqın ziyanlarından əziyyət çəkmişdir.
Etimologiyası
Çayın adı qədim Alman (ehtimal ki, Qothiç) "Mulda" (𐌼 ᚢ 𐌻 ᛞᚨ), yəni "toz" və ingilis dilində bənzəri "mould" adlarından götürülmüşdür. Ancaq daha çox ehtimal odur ki, bu alman dilində "dəyirman" mənasını verən "mahlen"-dən əlaqələnmişdir. Buna görə də, Muldenin mənası ehtimal ki, "dəyirman çayı" deməkdir və bu köhnə dövrlərdə çayda idarə olunan çox sayda su dəyirmanına müvafiqdir. Hal-hazırda orada istifadə olunan hidroelektrik stansiyaları var.
Həmçinin bax
İstinadlar
- https://forschung-sachsen-anhalt.de/project/laufentwicklung-mulde-seit-physisch-7910.
- 1911 Encyclopædia Britannica