Mukden döyüşü

Mukden döyüşüRus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi.

Mukden döyüşü
Rus-yapon müharibəsi
Rus süvariləri Mukden yaxınlığında kəşfiyyatda
Rus süvariləri Mukden yaxınlığında kəşfiyyatda
Tarix 17 fevral [1] və yaxud 19 fevral[2] — 10 mart 1905
Yeri Mukdendən cənubda, Lyaonin
Nəticəsi Yapon qoşunlarının taktiki qələbəsi, rus qoşunlarının geri çəkilməsi
Münaqişə tərəfləri

Rusiya imperiyası

Yaponiya imperiyası

Komandan(lar)

A.N.Kuropatkin
N.P.Lineviç
A.V.Kaulbars

A. A. Bilderling

Oyama İvao
Kuroki Tamemoto
Maresuke Noqi
Oku Yasukata
Kawamura Kageaki
Nozu Mitsitsura

Tərəflərin qüvvəsi

280 000

270 000

İtkilər

8.705 ölü
7.109 itkin
51,438 yaralı və kontuziyalı
21,100 nəfər əsir düşdü [3]

15 892 ölü
59,612 yaralı
2.000 əsir düşdü

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Rus ordusu Mukdendə
    Mukden (indiki Şenyan). Tərəflərin vəziyyəti 1904-cü il sentyabrın ortalarında, Rusiya imperiyasının Mançur ordusu hücuma keçməzdən əvvəl.Rus-yapon müharibəsi[4]

    Döyüşdən əvvəlki vəziyyət

    Mukden döyüşündən əvvəl Port Arturun təslim olması (5 yanvar) və Sandepə uğursuz hücum (25–29 yanvar) daxil olmaqla bir sıra uğursuz döyüşlərdən sonra Rusiya ordusunun birləşmələri qismən dağınıq vəziyyətdə idi.

    Rusiya qüvvələri

    Lyaoyandan geri çəkildikdən sonra rus ordusunun bölmələri Mukden bölgəsində cəmləndi. Döyüşün əvvəlinə qədər rus qüvvələri təxminən 280 min döyüş heyəti, 1475 artilleriya qurğusu və 56 pulemyotla 150 km uzanan cəbhəni tuturdu. Burdakı qüvvələrə ümumi komandanlığı general Kuropatkin icra edirdi. O, Mancur ordusunu üç hissəyə ayırmışdı.

    • Qərbdən Mukden Kaulbarsın (100 min nəfərlik) 2-ci Mancur ordusu tərəfindən müdafiə olunurdu.
    • Şərqdən — Lineviçin 1-ci Mancur Ordusu dayanmışdı (107 min nəfər).
    • Onların arasında Bilderlinqin 3-cü Mancur Ordusunun (68 min nəfər) mövqeləri var idi.
    • 16-cı Ordu Korpusu və 6-cı Sibir Korpusunun 72-ci diviziyası (ümumilikdə 45000 nəfər, 144 artilleriya qurğusu) Baş Komandanın ehtiyatında qaldı. Hər üç Mancur ordusunun yerləşmə mövqeyinin dərinliyi 20 – 25 km idi. Cəbhənin uzadılması ilə general Kuropatkin düşmənin əhatəli hərəkətlərinin qarşısını almağa ümid edirdi.

    Yapon qüvvələri

    Yapon qüvvələri 270 min canlı heyət, 1062 artilleriya qurğusu və 200 pulemyot təşkil edirdi. Ümumi komandanlığı marşal Oyama həyata keçirirdi. Yaponiya ordusu da üç hissəyə və beş orduya bölünmüşdü.

    • Rus generalı Kaulbarsın qərb cəbhəsinə qarşı general Okanın 2-ci ordusu və general Noqinin 3-cü ordusu (100 min nəfər və 468 top) dururdu.
    • Şərqdə general Lineviçə qarşı — Kurokinin 1-ci ordusu və Kavamuranın 5-ci ordusu (90 min nəfər və 254 top) dayanırdı.
    • Mərkəzdə Nozunun 4-cü ordusu (50 min kişi və 170 top) dururdu.
    • Marşal Oyamanın ehtiyatında 3-cü diviziya və üç ehtiyat briqadası (cəmi 48 topla 30 min canlı qüvvə) qalırdı.

    Tərəflərin niyyəti

    Hər iki tərəf 1905-ci ilin fevralında hücuma keçməyə hazırlaşırdılar. Rus komandanlığının planına görə düşmənin sol cinahına həlledici zərbə vurulmalı idi. Yanvar ayında olduğu kimi, planda yenidən 2-ci Ordunun qüvvələri tərəfindən cəbhədə Sandep tərəfindən hücum təşkil edilməli idi. Digər orduların rolu isə "nümayiş" səviyyəsinə endirilirdi. Hücumun başlanğıcı fevralın 12-nə (25) təyin edilmişdi. Yapon komandanlığı rus qoşunlarının hər iki cinahını tutmağı və bütün qüvvələri onların sağ cinahlarına qarşı cəmləşdirməyi planlaşdırırdı. Sedan yaxınlığında Moltkenin zəfərinin şəxsi şahidi olan marşal Oyama düşməni mühasirəyə almağa hazırlaşırdı. Rus ordularının uzanan cəbhəsi Oyama və qərargah rəisi general-leytenant Kodamanın 5-ci ordunu irəli aparmaqla rusların Fuşin istiqamətində Kuropatkinin bütün ehtiyatlarını buraya cəlb etmək üçün sol cinahını mühasirəyə almaq mümkünlüyü fikrinə səbəb oldu. Bu da öz növbəsində əlavə qüvvələr gətirmədən rusların sağ cinahına zərbəni asanlaşdırdı. Plan rabitə xəttlərini kəsmək üçün 3-cü ordunun rusların 2-ci Mancur ordusunun ətrafından keçməsini nəzərdə tuturdu. Sonradan isə Oyama və Kodama rusların arxasında Noqinin 3-cü ordusu ilə Kavamuranın 5-ci ordusunun birləşməsini planlaşdırmışdı.

    Döyüş meydanı dəmir yolu xətti ilə iki hissəyə bölünmüşdü: qərb — düzən və şərq — dağlıq. Dəmir yolunun qərbində düzən yerdə yolun zolağı boyu ərazidə xırda çəpərlərlə əhatələnmiş kiçik Çin kəndləri yerləşirdi. Şərqə, bir sıra silsilələrlə kəsişən ərazidə yollar yararsız halda idi. 1904-cü ilin may ayından etibarən Kuropatkinin göstərişi ilə Mukdenə qədər bütün istiqamətləri əhatə edəcək istehkamlar tikilməyə başlandı. Buna görə də Mukden əməliyyatının əvvəlində burada dörd möhkəmlənmiş istehkam var idi: Şahey, Mukden, Telinsk və Kaulitun. Cəbhənin ön hissəsindəki kəndlər müdafiə vəziyyətinə gətirilmişdi, istehkamlar, fortlar, səngərlər və artilleriya batareyaları üçün mövqelər tikilmişdi. Bütün döyüş səngərləri tikanlı məftillər, canavar çuxurları, maneələrlə əhatə olunmuş və minalanmışdı.

    Tərəflərin qüvvələri

    Yapon qoşunlarına qarşı döyüşən rus ordusu.

    1905-ci il fevralın əvvəlində rus ordularının tərkibi və gücü.

    Ordu (qərbdən şərqə doğru) Korpus və bölmələr Vahiddə sayı Cəmi döyüş heyəti
    Batalyonlar Eskadronlar Səhra silahları Pulemyotlar Mühəndis batalyonları Süngülər Şaşkalar Toplar
    II Mancur ordusu
    süvari generalı baron A. V. Kulbas
    Atıcı (N. B. Kutneviç),

    8-ci ordu korpusu (S. N. Mılov),
    10-cu ordu korpusu (K. V, Çerpiçskiy),
    1-ci Sibir ordu korpusu (A. A. Qernqross)
    Bölmələr:
    Lyaoxeyskiy (V. A. Kosoqovskiy), Süvari (P. K. Rennenkampf, sonradan Qrekov)

    1207943924481 7997 890439
    III Mancur ordusu
    süvari generalı baron A. A. Bilderlinq
    5-ci Sibir ordu korpusu (L. M. Dembovskiy),

    17-ci ordu korpusu (A. N. Selivanov),
    6-cı Sibir ordu korpusu (L. N. Sobolev)

    721926610356 7732 768266
    Mancur ordusu
    infanteriya generalı N. P. Lineviç
    1-ci ordu korpusu (F. E. Meyendorf),

    4-cü Sibir ordu korpusu (N. P. Zarubayev),
    2-ci Sibir ordu korpusu(M. İ. Zasuliç),
    3-cü Sibir ordu korpusu (N. İ. İvanov)
    Bölmələr:
    Çinxeçen (K. M. Alekseyev, sonradan P. K. Rennenkampf, polkovnik A. S. Madritov)

    133,549370223,7598 9465 364370
    3 orduda 11 korpus və 4 bölmə 325,51471 0755610,75237 51816 0221 075 səhra, 178 mühasirə və atıcı, 78 tavan
    Baş komandanın ehtiyatı 11-ci ordu korpusu (D. A. Topornin) və 78-ci piyada diviziyası 523,25144-139 148360144
    Ümumi 12 korpus və 4 bölüm 377,5150,2512195611,75276 66616 3821 219 səhra, 178 mühasirə və atıcı, 78 tavan

    Döyüşün əvvəlində Yapon ordularının tərkibi və gücü:

    Ordu (qərbdən şərqə doğru) Diviziya и süvari briqadaları Vahiddə sayı Cəmi döyüş heyəti
    Batalyonlar Eskadronlar Səhra silahları Pulemyotlar Mühəndis batalyonları Süngülər Şaşkalar Toplar
    III general Marasuke Noqi 1-ci (İdciya),
    7-ci (Oseko),
    9-cu (Oşima 2-ci),
    2 süvari briqada (Tamura)
    4221270442 0002 500270
    II general Yasukata Oku 8-ci (Tateymi),
    5-ci (Kikoşi),
    4-я (Teykamota),
    1-ci süvari briqada (Yüsifuru Akiyama)
    5421132354 0002 500132
    IV general Mitiçura Nodzu 6-cı (Okubu),
    10-cu (Ando)
    547204254 000800204 və 170 mühasirə
    I general Tamemoto Kuroki 2-ci (Ninşima),
    Qvardiya (Asada),
    12-я (Nue)
    549160454 0001 000160
    V general Kavamura 11-ci (Sambeşixa),
    1-ci ehtiyat diviziya (Sakaya)
    29584229 00060084
    Baş komandanın ehtiyatı 3-cü (Oşima 1-ci),
    3 ehtiyat briqada
    30342230 00040042
    5 ordu 13 səhra diviziyası və 6 ehtiyat briqadası (?) 26366892200-ə yaxın17263 0007 800892 və 170 mühasirə

    Cədvəllərdəki məlumatlar Sıtinin Hərbi Ensiklopediyasından götürülmüşdür.

    Döyüş

    Döyüşə yaponlar başladı. Fevralın 19-da Kavamuranın komandanı olduğu ordu rusların şərq cinahına hücum etdilər. İlk zərbəni general Alekseyevin Çinxeçen dəstəsinin avanqardı aldı, lakin hücumlara tab gətirə bilməyərək əvvəlcə Dalin aşırımına (Tayçıxenin yuxarı hissəsində), sonra isə Tyupintaya geri çəkilməyə məcbur oldu. Şərq cinahını gücləndirmək üçün general Kuropatkin general Danilovun 6-cı Şərqi Sibir atıcı diviziyasından ibarət ehtiyat briqadasını oraya göndərdi. Bu diviziya martın 2-ə qədər Kavamuranın irəliləməsini dayandırmağı bacardı. Rusların Kavamuranın hücumuna başları qarışdığından faydalanaraq yaponlar fevralın 24-də Kuroki ordusunun qüvvələri ilə şərq cinahına yeni bir həmlə təşkil etdilər. Bir neçə rus istehkamını ələ keçirdikdən sonra Kuroki ordusu martın 3-də Qaotulinski keçidində (Şenyanın şərqində Tayçıxe və Xunxe çaylarının arasında) dayandırıldı. İlk hücumda olduğu kimi ruslar bu dəfə də qərb cinahını (1-ci Sibir Korpusunun çıxarıldığı yer) zəiflətmək hesabına qüvvələrini şərq cinahlarına cəmləşdirməyə başladılar.

    Mukden döyüşü əsnasında öz mövqeyində olan rus batareyası.

    Fevralın 27-də yaponlar Oka, Nozu və Noqi ordulardan ibarət əsas qüvvələrini hərəkətə gətirərək rusların zəiflədilmiş qərb cinahına və mərkəzinə zərbələr endirdilər. Rusların güclü şərq cinahı isə bu proseslər zamanı heç bir aktiv reaksiya göstərmədi. Bu arada, rusların qərb cəbhəsi yaponların təzyiqinə dözməyərək geri çəkilməyə başladı. Martın 3-də Salinpu kəndi yaxınlığında (Mukdendən 10 km qərbdə) Noqi ordusunun irəliləməsi dayandırıldı. Ancaq yapon generalı riskli bir manevr edərək, qərbdən rus qoşunlarının ətrafına dolanaraq onların arxasına geçməyə cəhd etdi. Bunda əsas məqsəd metropoliya ilə rus ordusu arasında dəmiryolu əlaqəsini kəsmək idi. Diqqəti bu manevrdən yayındırmaq üçün yapon generalı Oku martın 5-də rusların qərb cinahına hücum etdi.

    Martın 7-də Mukdendən 6 km qərbdəki Yuxuantun uğrunda qərb cinahda döyüş baş verdi. Yaponların Nambu dəstəsi (5 min nəfər) bu yaşayış məntəqəsini sürətlə ələ keçirərək rusların qüvvələrini öz üzərinə cəlb etdilər. Yuxuantunu müdafiə edən bütün yapon hərbi dəstəsi demək olar ki, bütün tərkibdə həlak oldu (təxminən 4000 nəfər).

    Martın 8-də rus qoşunları qüvvələrini yenidən toparlamaq üçün qismən geri çəkilməyə başladılar. Ancaq martın 9-da yaponların Kuroki ordusu rusların şərq cəbhəsinə hücum etdi və Mukdennin şərqində Xunxe çayı üzərində, Kiyuzan kəndi yaxınlığında rus cəbhəsini yardı. Bu isə öz növbəsində rus qoşunlarının arxasındakı Mandarin yolunun kəsilməsi təhlükəsini yaratdı. Eyni vaxtda heç kim tərəfindən narahat edilməyən Lineviçin ordusunun hissələri artıq Fuşandan Telinə tərəf hərəkət edərkən, digər iki rus ordusu Mukden bölgəsində mühasirədə idi. Martın 10-na keçən gecə onların şimala çəkilməsi çətin şərtlər altında baş verdi. Belə ki, rus ordusu dar bir dəhliz boyu və düşmən tərəfindən güclü artilleriya atəşi şəraitində geri çəkilmək məburiyyətində qaldı. Martın 10-da yaponlar Mukdeni işğal etdilər.

    Mukden döyüşündən sonra geri çəkilən rus ordusu
    " "Bəzi hissələr nizam-intizamı saxlayaraq döyüşə-döyüşə yollarını açırdılar, digərləri isə dağınıq halda, nizamsız sağa-sola və arxa-arxaya hərəkət edərək yapon atəşinə tuş gəlirdilər. Ayrı-ayrı adamlar qrup halında toplanır, yenidən dağılır və köməksiz olaraq ölü döngədən çıxış yolu axtarırdılar. İstiqamətimiz çoxları üçün bir mayak rolunu oynadı ... Bütün sahə, gözlə görünən qədər əsgər arabaları, yaralı daşımaq üçün xərəklər, çaparsız atlar, tərk edilmiş qutular və səpələnmiş çamadanlar yığılmışdır. Onların arasında hətta baş komandanın karvanına daxıl olan xeyli sayda araba da var idi... Mən müharibə zamanı ilk dəfə olaraq idi ki, panika görürdüm”
    - Denikin xatırlayırdı.
    "

    İtkilər

    Mukden döyüşündən sonra 1-ci Yapon Ordusunun bölmələrinin sıra düzülüşü. Döyüş hissələrinin düzülüşündən onların tam komplektləşmədiyi yaxşı görünür.

    Mukden döyüşündə itkilər: ruslardan 8.705 nəfər öldürülmüş, 51 388 yaralanmış, 28 209 nəfər isə itkin və əsir düşmüşdü. Sonunculardan 21100 nəfər əsir düşmüş, o cümlədən 2537 nəfər yaralı halda. Döyüş meydanında 58 top və 4 pulemyot qalmışdı. Yaponlar isə döyüşdə 15,892 nəfər ölü, 59,612 nəfər yaralı, 2 min əsir vermiş 2 top və 10 pulemyot itirmişdilər. Ancaq rus ordusunun itkiləri cəmi bir ay içində yenidən dolduruldu və tədricən onların sayı artırıldı. Yaponların isə öz qoşunlarının sıralarındakı boşluqları bağlayacaq ehtiyat qüvvəsi yox idi.

    Əhəmiyyəti

    II Nikolayı karikaturası olan Yapon təbliğat plakatı.

    Rus ordusu Telinə çıxdı və sonra daha da içərilərə şimala tərəf yaxşı möhkəmləndirilmiş sıpinqay istehkamlarına doğru (Mukden 175 km) geri çəkildi. Orada müharibənin sonuna qədər qaldı. Öz qüvvələrini yeniləyərək doldurdu və yeni hücuma hazırlaşmağa başladı, lakin sülhün bağlanması ilə əlaqədar hücum baş tutmadı. Mukden əməliyyatında böyük itkilərdən təsirlənən yaponlar bütün aktiv fəaliyyətlərini dayandırdılar. Verilmiş itkiləri doldurmaq mümkün deyildi. Yaponiyanın məhdud sayda olan insan və maddi imkanları bitmişdi. Cəbhə sabitləşdi və 200 km-ə uzandı.

    Mukden döyüşü yaponlar üçün qələbə ilə sona çatsa da, yapon ordusunun hücum gücünü sındırdı. Yapon tarixçisi Okamoto Syumpeyə görə, "Yaponiya 72 008 adam itirdiyindən bu, olduqca qeyri-müəyyən bir qələbə idi." Marşal İ. Oyama Tokioya göndərdiyi raportda qoşunlarının sayı günbəgün artan güclü bir düşmənə qarşı çıxmaq üçün nə insani, nə də döyüş sursatı olmadığını bildirırdi. Mukden yaxınlığında ölkənin bütün quru qüvvələri cəmləşmişdi. Bu isə ölkənin bütün hərbi gücü demək idi. Hətta yapon generallarına belə aydın idi ki, Yaponiya bir də belə bir ümumi döyüşə hazır ola bilməyəcək. Baş Qərargah rəisi Marşal Yamaqata Aritomo, əksəriyyət qüvvəsi hələ də ölkənin içərilərində olan inadkar bir düşmənlə müharibəni davam etdirməyin təhlükəli olduğunu qeyd edirdi, halbuki yaponlar "artıq öz qüvvələrini tükətmişdi".

    1905-ci il martın 28-də Yapon Mancuriya Ordusunun qərargah rəisi, general-leytenant Kodama Qentaro, imperatora Mukden döyüşünün təfərrüatlarını təsvir etmək üçün Tokioya gəldi, lakin bu səfərin əsas məqsədi hökuməti sülh müqaviləsinin bir variantını axtarmağa başlamağa inandırmaq idi. Nazirlər kabineti, qenro və imperiya qərargahında hərbi liderlərlə görüşən general Kodama Yaponiya ordusunun daha da irəliləməsinin mümkün olmadığını söylədi. Marşal Oyama adından Kodama Yaponiyadan müharibənin dayandırılması üçün verilən fürsətdən istifadə etməsini tələb etdi.

    Döyüşün nəticələrindən və Mukdenin təslim olmasından sonra rus ordusunun baş komandanı Kuropatkin vəzifəsindən azad edildi və daha kiçik vəzifəyə keçirildi. O, 1-ci Mancur ordusunun komandiri təyin edildi. Onun yerini 1-ci Mancur ordusunun keçmiş komandiri Nikolay Lineviç tutdu.

    Ədəbiyyat

    • Левицкий Н. А., Быков П. Д. Русско-японская война. — М.: Эксмо; Изографус; СПб.: Terra Fantastica, 2003. — 672 с. — ISBN 5-7921-0612-6 ; 5-699-02964-8
    • Clodfelter, M. (2017). Warfare and Armed Conflicts: A Statistical Encyclopedia of Casualty and Other Figures, 1492–2015 (4th ed.). Jefferson, North Carolina: McFarland. ISBN 978-0786474707.
    • Connaughton, Richard (2003). Rising Sun and Tumbling Bear. Cassell. ISBN 0-304-36657-9
    • Kowner, Rotem (2006). Historical Dictionary of the Russo-Japanese War. Scarecrow. ISBN 0-8108-4927-5
    • Martin, Christopher. The Russo-Japanese War. Abelard Schuman. ISBN 0-200-71498-8
    • Menning, Bruce W. Bayonets before Battle: The Imperial Russian Army, 1861–1914. Indiana University ISBN 0-253-21380-0
    • Nish, Ian (1985). The Origins of the Russo-Japanese War. Longman. ISBN 0-582-49114-2
    • Palmer, R. R.; Colton, Joel; Kramer, Lloyd (2007). A History of the Modern World (10th ed.). Boston: McGraw-Hill. ISBN 978-0-07-310748-6.
    • Tucker, Spencer (23 December 2009). A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East: From the Ancient World to the Modern Middle East. ABC-CLIO. ISBN 978-1-85109-672-5. Retrieved 25 April 2015.
    • Sedwick, F. R. (1909). The Russo-Japanese War. Macmillan.

    İstinadlar

    1. "17 февраля 1905 года началось Мукденское сражение". 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
    2. 19 февраля 1905 — Началось Мукденское сражение
    3. Война с Японией 1904—1905 гг. Санитарно-статистический очерк. — 1914.
    4. Русско-японская война 1904–1905 гг. Т. IV. Шахэ-Сандепу. Приложение. Arxivləşdirilib 2017-10-02 at the Wayback Machine / Работа Военно-исторической комиссии по описанию русско-японской войны. — СПб.: Тип. Н. В. Гаевского, 1910. — Карта №.2–3.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.